Bundesliqada tarix yazdılar

19.05.2024 17:00 153
Dünya futbolu
Bundesliqanın 34-cü turunda "Auqsburq”u məğlub edən"Bayer" mövsümü məğlubiyyətsiz başa vurub.

“Football-plus.az” xəbər verir ki, Xabi Alonsonun komandası çempionatda 28 dəfə qalib gəlib, 6 dəfə bərabərə qalaraq məğlub olnayıb.

"Bayer" tarixdə Bundesliqada bütün mövsüm ərzində məğlub olmayan ilk klub olaraq tarix yazıb. Həmçinin, "Bayer" 21-ci əsrdə Avropanın TOP-5 liqa komandaları arasında ölkə çempionatında bütün mövsüm ərzində bir dəfə belə uduzmayan 3-cü komandadı. Buna "Arsenal" (2003/2004 mövsümü) və "Yuventus"da (2011/2012 mövsümü) nail olub.