• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Milan”: ilk 2 oyuna yalnız 1 xal... - İCMAL

Dünya futbolu

29-08-2024, 12:0

A seriyasının 2-ci turunun avqustun 24-25-də keçirilən oyunlarında bir sıra diqqəti cəlb edən nəticələr qeydə alındı. “Milan”ın və paytaxt komandalarının turu məğlub başa vurması ilk növbədə vurğulanmalıdı.

İlk turda “İnter” üçün Genuyaya səfər çətin keçmiş, son çempion 2:2 hesablı heç-heçəyə nail ola bilmişdi. Milanlılar yeni mövsümdə ilk qələbəni qazanmaq üçün “Leççe” ilə ev oyununda ilk dəqiqələrdən rəqibi qapısına sıxışdırdılar. Və tezliklə Darmian hesabı açdı. Simone İnzaqinin komandası fasiləyə qədər daha bir neçə qol vura bilərdi. Lakin səhhətində bir qədər problemi olan Lautaro Martinesin yoxluğunda imkanlardan istifadə edilmədi. Amma qonaq komanda da fasilə ərəfəsində cavab qolunu vurmaq üçün real imkandan yararlana bilmədi. İkinci hissədə hücumlarını davam etdirən ev sahiblərinin oyunçusu Türam iki gözəl şansı boşa verdi. Nəhayət, Çalhanoğlu həmin Türama qarşı cərimə meydançasında edilən kobudluğa görə qazanılan penalti ilə ikinci qolu vurdu.

Milan şəhərinin eyniadlı təmsilçisi də mövsümü məhsuldar “sülh”lə açmışdı: vitse-çempionun “Torino” ilə ev oyunu da 2:2 hesabıyla nəticələnmişdi. Paulu Fonsekanın “Milan”ın baş məşqçisi kimi fəaliyyəti hələ ki istənilən və gözlənilən nəticəni vermir. “Parma” ilə səfər oyununun nəticəsi lombardiyalılar üçün uğursuz oldu. Artıq 2-ci dəqiqədə topu qapısında görən milanlılar ilk hissədə kollektiv şəkildə müdafiə olunmaq problemi yaşadılar. Ev sahibləri bundan bir neçə dəfə yararlana bilərdilər. Fonsekanın komandası yalnız fasilədən sonra gözlənilən hücumları qurmağa nail oldu və Pulişiç Leaonun ötürməsi ilə hesabı bərabərləşdirdi. Qonaqların bundan sonra hücumları artırmaqla qələbə qolunu vuracağını düşünmək olardı. Lakin Kançelyeri 77-ci dəqiqədə rəqib müdafiəsindəki problemdən maksimum yararlanaraq “Parma”nı yenidən önə keçirdi. Milanlıların gücü heç hesabı bərabərləşdirməyə də çatmadı. İndi ortaya belə fakt çıxıb: mövsümə çempionluq hədəfi ilə başlayan “Milan” ilk 2 oyunda yalnız 1 xal qazanıb...

“Atalanta” ilk turda “Leççe”ni 4:0 hesabıyla darmadağın etmişdi. Avropa Liqasının son qalibi “Torino” ilə səfər oyununda hesabı açsa da, iki top buraxaraq məğlub oldu. Paşaliç son saniyələrdə berqamoluları xilas edə bilərdi. Lakin ev sahiblərinin qapıçısı Milinkoviç-Saviç xorvat yarımmüdafiəçinin penalti zərbəsini dəf etməklə komandasına qələbə qazandırdı.

Paytaxt klubları turu uğursuzluqla başa vurdular. “Latsio” üçün Udineyə səfər çox çətin alındı. Artıq ikinci hissənin əvvəlində iki top fərqi ilə geri düşən Marko Baroninin komandasının gücü yalnız son saniyələrdə təsəlli qolunu vurmağa çatdı. Paytaxtın digər təmsilçisi isə öz meydanında azarkeşlərini şoka saldı. “Empoli” ilə matçda birsaatlıq mübarizə arxada qalandan sonra “Roma” penalti ilə qapısında ikinci topu gördü. “Canavarlar” qalan vaxtda yalnız bir qolun əvəzini çıxa bildilər.

İlk turda “Verona”dan üç cavabsız top buraxan “Napoli”də yeni baş məşqçi Antonio Kontenin debütü fiasko ilə nəticələnmişdi. 55 yaşlı mütəxəssisin yeni komandası startdakı uğursuzluğun əvəzini “Bolonya”dan çıxdı. Xatırladaq ki, son mövsümü 5-ci yerdə başa vurmaqla Çempionlar Liqasına vəsiqə qazanan bolonyalılar yeni baş məşqçi Vinçentso İtalyanonun rəhbərliyi altında keçirdikləri ilk matçda “Udineze”yə evdə qalib gələ bilməmişdilər (1:1). Heyətinin bir sıra aparıcı oyunçularını itirən “Bolonya” Neapolu boynubükük tərk etdi. Ev sahibləri Kvaratsxeliyanın fenomenal oyunu sayəsində 3:0 hesablı qələbə qazandılar. Gürcü yarımmüdafiəçi bir qol və hesabı açan Di Lorentsoya verdiyi məhsuldar ötürmə ilə əvvəlki xoş günlərini xatırlatdı.

2-ci tur
İnter – Leççe 2:0
Darmian, 5. Çalhanoğlu, 69-p. (70921)
İnter: Zommer, Dimarko (Auqusto, 72), Bastoni, Açerbi, Pavar, Darmian (Dyumfris, 72), Barella (Frattezi, 72), Mxitaryan, Çalhanoğlu (Asllani, 82), Türam (Arnautoviç, 76), Taremi.
Parma – Milan 2:1
Man, 2. Kançelyeri, 77 – Pulişiç, 66. (21808)
Milan: Menyan, Ernandes, Pavloviç, Tomori, Kalabriya (Emerson, 67), Musa (Fofana, 67), Reynders, Leao, Pulişiç (Çukvueze (86), Loftus-Çik, Okafor (Yoviç, 86).
Udineze – Latsio 2:1
Lukka, 5. Toven, 49 – İsaksen, 90+5. (21636)
Latsio: Provedel, Maruşiç (Hüsay, 82), Romanyoli, Kazale (Patrik, 46), Latsari, Dele-Başiru (Dia, 60), Vesino, Genduzi, Zakkanyi (Çauna, 82), Noslin (İsaksen, 60), Kastelyanos.
Torino – Atalanta 2:1
İliç, 31. Adams, 49 – Retegi, 26. (20451)
Atalanta (Berqamo, İtaliya): Karnesekki, Hin (Palestra, 70), De Roon, Cimşiti, Rucceri, Zappakosta, Ederson (Matsoni, 85), De Ketelare (Kassa, 85), Paşaliç, Breşianini (Samarciç, 53), Retegi (Zanyolo, 70).
Fiorentina – Venetsiya 0:0
(18915)
Fiorentina: P.Terraçano, Komutso (Lukas Martines, 78), Biraqi, Ranyeri, Parizi, Dodo, Amrabat, Riçardson (Mandraqora, 78), Kuame (Sottil, 68), Barak (Kolpani, 55), Ken.
Napoli – Bolonya 3:0
Di Lorentso, 45+2. Kvaratsxeliya, 75. Simeone, 90+4.
Napoli: Meret, Buoncorno, Rrahmani, Di Lorentso, Olivera, Matsokki (Spinatsola, 77), Zambo Angissa, Lobotka, Kvaratsxeliya, Politano (Neres, 89), Raspadori (Simeone, 84).
Bolonya: Skorupski, Likoyannis (Karlsson, 83), Beukema, Erliç (Lukumi, 19), Poş, Fröyler, Ebişer (Fabbian, 80), Moro, Ndoy (Miranda, 63), Orsolini (Odqor, 63), Kastro.
Roma – Empoli 1:2
Şomurodov, 80 – Qyasi, 45. Kolombo, 61-p.
Roma: Svilar, Anxelinyo, Ndika, Mançini, Çelik (Zalevski, 65), Kristante (Le Fe, 62), Paredes (Baldantsi, 63), Lorentso Pelleqrini, Sule (Şomurodov, 77), Dibala, Dovbik.
Montsa – Cenoa 0:1
Pinamonti, 45+7. (10394)
Kalyari – Komo 1:1
Pikkoli, 44 – Kutrone, 54.
Verona – Yuventus 0:3
Vlahoviç, 28; 53-p. Savona, 39.

1. Yuventus 2 2 0 0 6-0 6
2. İnter 2 1 1 0 4-2 4
3. Torino 2 1 1 0 4-3 4
4. Cenoa 2 1 1 0 3-2 4
5. Udineze 2 1 1 0 3-2 4
6. Parma 2 1 1 0 3-2 4
7. Empoli 2 1 1 0 2-1 4
8. Atalanta 2 1 0 1 5-2 3
9. Latsio 2 1 0 1 4-3 3
10. Napoli 2 1 0 1 3-3 3
11. Verona 2 1 0 1 3-3 3
12. Fiorentina 2 0 2 0 1-1 2
13. Kalyari 2 0 2 0 1-1 2
14. Milan 2 0 1 1 3-4 1
15. Roma 2 0 1 1 1-2 1
16. Montsa 2 0 1 1 0-1 1
17. Venetsiya 2 0 1 1 1-3 1
18. Komo 2 0 1 1 1-4 1
19. Bolonya 2 0 1 1 1-4 1
20. Leççe 2 0 0 2 0-6 0


Bombardir: Retegi (Atalanta) - 3.
Növbəti turun oyunları avqustun 30-u - sentyabrın 1-i aralığında keçiriləcək: Venetsiya - Torino, İnter – Atalanta, Bolonya - Empoli, Leççe - Kalyari, Latsio - Milan, Napoli – Parma, Fiorentina – Montsa, Cenoa - Verona, Yuventus – Roma, Udineze - Komo.

Turun rəqəmi
8 - “İnter” evdə “Leççe”ni Darmian və Çalhanoğlunun qolları ilə məğlub etdi. Sonuncu İtaliya çempionatında keçirdiyi ardıcıl 8-ci mövsümdə də qapıya yol tapdı. 30 yaşlı Hakanın 2017-21-ci illərdə Milanın eyniadlı komandasında oynadığını qeyd edək. O, A seriyasında keçirdiyi 236 oyunda 46 qolun müəllifi olub.

Turun ulduzu
Florian Toven (Udineze) – fransalı hücumçu “Latsio” ilə matçda əla oyun sərgilədi. O, hər hissənin əvvəlində etdiyi məhsuldar hərəkətləri ilə komandasının qələbəsində böyük rol oynadı. Start fitindən bir neçə dəqiqə sonra hesabı açan Lukkaya ötürmə edən 31 yaşlı futbolçu fasilədən az sonra özü qapıya yol tapdı. Florianın qolu romalıların uzun müddət özünə gələ bilməməsinə səbəb oldu.

Turun sitatı
Paulu Fonseka, “Milan”ın baş məşqçisi:

“Nəticələrə görə məsuliyyətin əsas hissəsinin mənim üzərimdə olduğunu deməliyəm. Bu yükü çiyinlərimə götürürəm və ondan harasa qaçıb canımı qurtarmaq fikrində deyiləm. Söhbət müdafiədəki və aqressiv oyun planında problemlərdən gedir. Bəli, bu komandanın problemləri var. “Torino” ilə ilk oyundakı çətinlyimiz güclü pressinq tətbiq edə bilməməkdə oldu. Bu gün bu problemi aradan qaldırsaq da, başqa planda çətinliyimiz ortaya çıxdı. Mən problemlərin işə münasibətdə, enerjidə və komanda halında müdafiə oluna bilməməkdə olduğunu görürəm. Əslində mövsümə yaxşı hazırlıq keçmişik, lakin hazırkı reallığımız tam başqa mənzərədən xəbər verir. Böyük komandalara qarşı oynamaq həmişə asandı, belə halda motivasiya həmişə yüksək olur. Həftəiçi keçdiyimiz məşqlərdə komandamız yaxşı təsir bağışlayır, rəsmi matçlarda isə belə vəziyyət yaranır. Buna məntiqi izah tapa bilmirəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-01-2024, 22:0

“Latsio” yenə “İnter” ilə bacara bilmədi

Dünya futbolu

6-09-2023, 21:0

Milanlılar zirvəyə sahib çıxdılar, “Roma” son 73 ildə belə zəif start götürməmişdi - TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 20:0

Milanlılar yenə şərikli liderdi - TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 12:0

“Milan” 11 ildən sonra öz meydanında ilk dəfə... - TURUN ŞƏRHİ

Dünya futbolu

20-12-2023, 23:0

“İnter” “Yuventus”dan 4 xal irəli çıxdı – TURUN ŞƏRHİ

Dünya futbolu

24-08-2024, 11:0

Kontenin “Napoli”dəki debütü fiasko ilə nəticələndi - İCMAL

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 166
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə