• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kurban Qurbanı zirvədən uzaqlaşdırdı - REPORTAJ

Premyer-liqa / Reportaj

28-08-2024, 15:0

Qarabağ (Ağdam) – Turan Tovuz 0:1 (0:1)
99. Mateuş Koxalski – 5,0
20. Riçard Almeyda – 4,5
(6. Julio Romao, 46) – 4,5
55. Bədavi Hüseynov (k) – 5,0
30. Abbas Hüseynov – 4,5
(22. Musa Qurbanlı, 78) – qiymətsiz
24. Aleksey İsayev – 4,5
27. Toral Bayramov – 5,0
90. Nəriman Axundzadə - 5,5
81. Kevin Medina – 4,5
17. Hamidu Keyta – 4,5
(10. Abdulla Zubir, 65) – 4,5
19. Redon Cica – 4,5
(18. Olavio Juninyo, 65) – 4,5
15. Leandro Andrade – 4,5
(7. Yassin Benzya, 65) – 4,5
Ehtiyat oyunçular
97. Fabian Buntiç
12. Sadiq Məmmədzadə
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
66. Patrik Andrade
2. Mateus Silva
11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Nəriman Axundzadə

1. İvan Konovalov – 5,0
4. Şəhriyar Əliyev (k) – 5,0
10. Xəyal Nəcəfov – 4,5
(33. Eltun Turabov, 78) – qiymətsiz
8. Tural Bayramlı – 4,5
(13. Fərid Yusifli, 46) – 4,5
88. Faiq Hacıyev – 5,0
(7. İsmayıl Zülfüqarlı, 78) – qiymətsiz
5. Roderik Miller – 5,0
23. Alexandro Serrano – 5,0
15. Emmanuel Hakman – 4,5
25. Denis Marandiçi – 5,5
80. Otto Con – 6,0
21. Aleks Souza – 5,0
(11. Ayxan Quseynov, 66) – 5,0
Ehtiyat oyunçular
71. Mehman Hacıyev
41. Sergey Samok
39. Sadiq Quliyev
44. Rüfət Əhmədov
99. Sadiq Şəfiyev
70. Məzahir Məmmədzadə
20. İbrahim Ramazanov
22. Nahid Əliyev
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Otto Con

Qol: O.Con, 18-p.
Con, 90+4-cü dəqiqədə penaltidən yararlana bilməyib (üst).
Vərəqələr: R.Miller, 5 (qeyri-idman hərəkəti). A.Serrano, 15 (qeyri-idman hərəkəti). Y.Benzya, 19 (hakimin qərarına etiraz). R.Almeyda, 20 (hakimin qərarına etiraz). K.Medina, 89 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: FƏRİD HACIYEV, Kamran Bayramov, Teymur Teymurov, Tural Qurbanov (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Akif Əmirəli (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Bəhram Qurbanov (Bakı).
24 avqust. Bakı. “Azərsun Arena”. 2000 tamaşaçı (4677 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Yeni mövsüm start götürəndən bəri futbol ictimaiyyəti səbirsizliklə Berdıyevlə Qurbanov duelini gözləyirdi. Hər birinin özünə görə uğurları, şan-şöhrəti var. Və hər biri də fərqli oyun üslubundan yararlanır.

Əlbəttə, Zaqreb “Dinamo”suyla cavab oyunu Qurban Qurbanovun heyətlə bağlı planlarına təsir etmişdiş Əvvəlki iki turda rəqiblərini eksperimental heyətlə belə asanlıqla üstələyən “köhlən atlar”ın Berdıyevin sərt müdafiəsi qarşısında necə çətinlik çəkdiyini gördük. Deməli, bu mövsüm “Qarabağ”ın çempionluq yolunda əməlli-başlı əziyyət çəkəcəyini güman edə bilərik.

Yenə də “Qarabağ” ənənəyə uyğun qalaraq, meydanda dominant tərəf idi. Amma “köhlən atlar” nə qədər hücum qursalar da, tovuzluların müdafiəsi heş bir keçidə imkan vermirdi. Qonaqlar müdafiə olunmaqla yanaşı, əks-hücumlar zamanı da yetərincə təhlükəli olurdu. Belə durumlardan biri də 14-cü dəqiqəyə təsadüf etdi. Cica ofsayda düşəndən sonra sərbəst zərbə ilə dərhal əks-hücuma atılan “bozqurd” Marandiçinin cərimə meydançasına göndərdiyi ötürmənin ardından penalti zərbəsi qazandı. Belə ki, ötürmədən sonra Bədavidən geri dönən topun ardından İsayevin Aleksi yerə sərdiyini görən baş hakim VAR-a baxaraq, medyan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. Topun arxasına keçən Otto bu fürsəti boşa vermədi – 0:1. Qoldan ruhlanan qonaqlar 21-ci dəqiqədə daha bir təhlükəli vəziyyət yaratdı. Cərimə zərbəsindən sonra Marandiçinin qapı önünə göndərdiyi topu Hakman saxlamadan birbaşa “çərçivə”yə tuşladı. Lakin ağdamlıların yeni qolkiperi Koxalski zərbəni dəf etdi. Epizodun davamında künc zərbəsi qazanan tovuzlular yenə meydan sahiblərini daha diqqətli olmağa çağırdılar. Yenə də Marandiçinin ötürməsindən sonra Aleksin başla qapıya göndərdiyi topun qarşısını Koxalski gözəl seyvlə kəsdi. Artıq dominantlığın “Qarabağ”ın əlindən çıxdığını deyə bilərik. 35-ci dəqiqədə Bayramovun qapı önünə ötürməsindən sonra Keytanın dabanla vuruşu yerdə qalan Nərimandan geri döndü. Ardınca Leandronun və daha sonra Abbasın zərbəsini bloklayan “Turan Tovuz” müdafiəsi topun tora qovuşmasına icazə vermədi.

Fasiləyə üstün durumda yollanan qonaqlar matçın qalan dəqiqələrində də fəallığını qorudu. 60-cı dəqiqədə pressinq hesabına Millerdən topu qazanan Nərimanın qapı önünə göndərdiyi ötürmə təhlükəli alınsa da, Cica buna yetişə bilmədi. İrəliləyən dəqiqələrdə ağdamlılar hər iki cinahda hücumlar qururdu. Amma illərin təcrübəsi Berdıyev elə bir “beton sədd” çəkmişdi ki… 82-ci dəqiqədə tovuzlular da real qol fürsətini boşa verdi. Ayxanın ideal ara ötürməsindən sonra Otto Koxalskiylə təkbətək mübarizədən məğlub ayrıldı. Bərabərlik qolu üçün can atan meydan sahibləri yenə də hücumlarda fəallıq göstərirdi. 87-ci dəqiqədə Nərimanın ötürməsindən sonra Juninyonun başla zərbəsi “çərçivə”dən aralı keçdi. 90-cı dəqiqədə Ayxanın ötürməsindən sonra Şəhriyarın başla vuruşu auta çıxdı. Epzidoun davamında isə “Turan Tovuz” futbolçuları əllə oyuna görə etirazlarını bildirdilər. VAR-a baxan Hacıyev bu dəfə də “nöqtə”ni göstərdi. İlk penaltini düzgün yerinə yetirən Ottonun zərbəsi qeyri-dəqiq oldu. Bir qədər sonra Ottonun Mediadaan sıyrılaraq “çərçivə”yə göndərdiyi zərbə də qapının üstündən keçdi. Son saniyələrə qədər bərabərlik qolunu vurmağa çalışan “köhlən atlar” yekunda məğlubiyyətlə barışmalı oldular.

Beləliklə, Ağdam təmsilçisi Zaqreb “Dinamo”suyla cavab oyunu ərəfəsində məğlub olaraq işini bir qədər də çətinə saldı. “Turan Tovuz” isə turnir cədvəlinin vahid lideridi. Bu qələbə həm də Kurban Berdıyevin 72 yaşının tamamına gözəl hədiyyə oldu.

Gözdən qaçmadı
* “İmarət Tayfa”, “Qarabağ Ordu” və “Ultras Turan” tribunadakı yerindəydi. Onlar sonacan komandalarına fəal dəstək verdi. Hətta “Qarabağ”ın fanklubları oyundan sonra da məğlubiyyətə baxmayaraq, komandanı dəstəklədilər.
* “Turan Tovuz”un ilk penaltisindən sonra Qurban Qurbanov yan xətt hakiminə etirazını bildirdi.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

24-08-2024, 17:0

"Qarabağ" - "Turan Tovuz": START HEYƏTLƏRİ

Premyer-liqa

17-05-2024, 20:0

“Qarabağ” - “Turan Tovuz”: START HEYƏTLƏRİ

Çempionlar Liqası

17-08-2024, 11:0

"Qarabağ" yeni qapıçısını "Dinamo" ilə oyunlar üçün sifariş etdi

Premyer-liqa

20-10-2023, 17:0

"Turan Tovuz" - "Qarabağ: START HEYƏTLƏRİ

Ölkə futbolu

16-07-2024, 18:0

“Qarabağ” - “Əl-Şabab”: START HEYƏTİ

Premyer-liqa

9-08-2024, 18:0

“Qarabağ” - “Kəpəz”: START HEYƏTLƏRİ

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə 0 qol!
  • Bu gün, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Bu gün, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Bu gün, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Bu gün, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Bu gün, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Bu gün, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
  • Bu gün, 08:52
    Səidcəmşid və Murad yarımfinalda - Dünya kuboku
  • Bu gün, 08:30
    “Bəlkə də İtaliya 64 komandalı turnirə vəsiqə qazanacaq...” - DÇ-nin zarafatı
  • Bu gün, 08:08
    Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası
  • Bu gün, 08:00
    PFL qalibləri mükafatlandırdı - "Ayın qolu"
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Dünən, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Dünən, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Dünən, 15:35
    Milli komandada yeni müqavilə
  • Dünən, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Dünən, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə