• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zenit” ilk xallarını və ən məhsuldar oyunçusunu itirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

21-08-2024, 11:0

Premyer-liqada 5-ci tur şənbə günü keçirilən iki oyunla start götürdü.

“Dinamo” “Krılya Sovetov” üzərində çox çətin qələbə qazandı. Moskva təmsilçisi ötən mövsümü də nəzərə almaqla evdə ardıcıl 6-cı çempionat oyununda qalib gəldi. Komandanın sonuncu dəfə bundan daha yaxşı (7) seriyası 2011-də olub. “Rostov” isə “Orenburq”la oyunda mükəmməl bir geridönüşə imza atdı. Komandanın iki top fərqi ilə geridə olduğu qarşılaşmada 3 xal qazanmasına sonuncu dəfə 2022-də “Krasnodar”la matçda rast gəlinmişdi. Özü də rostovlular hələ penaltini də əldən verdilər. “Orenburq”un qapıçısı Moskviçev premyer-liqada debüt (!) oyununda penalti dəf etməklə diqqət mərkəzinə düşdü. Bu turnirdə sonuncu dəfə debüt oyununda penalti dəf edən qapıçı 2022-də “Ural”ın heyətində Alekseyev olub.

Bazar günü sürpriz nəticə ilə start götürdü. “Zenit” debütant “Ximki” ilə oyunda aşkar favorit sayılsa da, 1 xalı çətinliklə qazandı. Oyun hər baxımdan Sankt-Peterburq nəhəngi üçün uğursuz alındı. Komanda həm mövsümdə ilk dəfə qol buraxdı, həm ilk xallarını itirdi, həm də qısa müddətdə liderə çevrilmiş Qluşenkovu zədə üzündən itirdi. İlk 4 turun hər birində fərqlənməyi bacaran və bombardirlər yarışına başçılıq edən Maksimin seriyası qırıldı. Növbəti tur isə “Zenit”i “Spartak”la prinsipial oyun gözləyir. “Spartak”dan söz düşmüşkən, komanda turu inamlı qələbə ilə başa vurdu. Autsayder “Fakel” Moskva nəhənginə müqavimət göstərə bilmədi. “Spartak” 2018-dən bəri ilk dəfə premyer-liqada ardıcıl 3 oyunda qapısını toxunulmaz saxladı. Yeni transfer Barko premyer-liqada ilk 4 oyunda artıq 2 qol, 3 məhsuldar ötürmə ilə 5 qolun vurulmasında yaxından iştirak edib. Buna qədər “Spartak” tarixində ilk 4 çempionat oyununda heç bir futbolçu 5 qolda yaxından iştirak etməmişdi!

Turun mərkəzi oyunu “VEB-Arena”da keçirildi. ÇSKA-nın “doğma divarlar” arasında “Lokomotiv”ə uduzacağını az adam proqnozlaşdırardı. Bu mövsüm çempionluq mübarizəsində “Zenit”in əsas rəqibi olacağı gözlənilən Marko Nikoliçin komandası oyunboyu rəqibdən üstün təsir bağışladı. Hər şey qolsuz heç-heçəyə doğru gedərkən 90-cı dəqiqədə yerli fanatlar şoka düşdü. Tiknziyan çətin vəziyyətdə olmasına baxmayaraq, Akinfeyevi məyus etdi. Maraqlıdı ki, bu, “Loko”nun “çərçivə”yə yönələn ilk zərbəsi idi! Erməni futbolçu ÇSKA-nın yetirməsi olduğundan qola sevinmədi. ÇSKA ardıcıl 2-ci həftəni xalsız tamamladığı halda, “Loko” ardıcıl 22-ci premyer-liqa oyununda qol vurmaqla öz rekordunu təkrarladı. Komandanın daha öncə bu cür seriyası noyabr 2022 – sentyabr 2023 aralığında olmuşdu. “Krasnodar” yavaş-yavaş dirçəlir. Murad Musayevin komandası ilk turlarda heç-heçələri sıralayırdısa, artıq qələbələri sıralayır. Kobnan klub tarixində Vanderson (2017), Markus Berq (2019) və Viktor Klassondan (2020) sonra premyer-liqa matçında sonradan meydana çıxaraq iki qol vuran 4-cü futbolçu oldu. “Krasnodar” “Zenit”lə birlikdə hələ ki məğlub olmayan iki klubdan biridi.

5-ci tur
Ximki – Zenit 1:1
Farinya, 55 – Mostovoy, 88.
Zenit: Latışonok, Volkov (Yeroxin, 77), Yerakoviç, Nino, Santos, Barrios, Klaudinyo, Qluşenkov (Qorşkov, 24), Mantuan (Mostovoy, 58), Pedro (Sergeyev, 77), Kassyerra (Artur, 58).
ÇSKA – Lokomotiv 0:1
Tiknizyan, 90.
ÇSKA: Akinfeyev, Qayiç (Kellven, 87), Diveyev, Roşa, Moyzes, Kruqovoy (Lukin, 87), Zdelar, Oblyakov, Davila (Yakovlev, 90+3), Fayzullayev (Jemaletdinov, 87), Musayev (Koyta, 73).
Lokomotiv: Lantratov, Nenaxov (Tiknizyan, 76), Nyamsi, Morozov, Silyanov, Barinov (Timofeyev, 66), Karpukas (Sarveli, 77), Samoşnikov, Pinyaev (Rakov, 61), Batrakov, Vorobyov (Süleymanov, 76).
Spartak – Fakel 3:0
Uqalde, 3. Babiç, 9. Barko, 60-p.
Spartak: Maksimenko, Denisov, Litvinov, Babiç, Ryabçuk, Martins (Prutsev, 65), Umyarov (Zorin, 79), Bonqonda (Medina, 66), Barko, Zinkovski (Markinyos, 65), Uqalde (Joze, 80).
Krasnodar – Nijni Novqorod 2:1
Kobnan, 76; 80 – Boselli, 36.
Krasnodar: Aqkatsev, Petrov (Qonsales, 61), Tormena, Kosta, Olasa (Olusequn, 75), Pina (Kozlov, 75), Kastanyo (Krivtsov, 61), Sa, Spertsyan, Batçi (Kobnan, 69), Kordoba.
Dinamo Mos. – Krılya Sovetov 1:0
Bitello, 75.
Dinamo: Lunyov, Dasa, Balbuena, Maystoroviç, Laksalt, Çaves (Mariçal, 85), Fomin (Kutitski, 85), Karraskal (Skopintsev, 63), Bitello (Makarov, 90+3), Nqamaleu (Qladışev, 46), Tyukavin.

Rostov – Orenburq 3:2
Komliçenko, 51; 52. Ronaldo, 90+4 – Mansilya, 18. Marin, 35.
Akron – Rubin 1:2
Paliyenko, 9 – Saviçev, 55-öz qapısına. Daku, 90.
Dinamo Mah. – Axmat 1:0
Hosseynnecad, 87.

1. Zenit 5 4 1 0 15-1 13
2. Dinamo Mos. 5 4 0 1 9-3 12
3. Lokomotiv 5 4 0 1 12-5 12
4. Spartak 5 3 1 1 9-3 10
5. Krasnodar 5 2 3 0 5-3 9
6. Rostov 5 2 2 1 7-9 8
7. ÇSKA 5 2 1 2 9-4 7
8. Rubin 5 2 1 2 9-111 7
9. Nijni Novqorod 5 2 0 3 5-9 6
10. Ximki 5 1 2 2 6-8 5
11. Dinamo Mah. 5 1 2 2 2-4 5
12. Orenburq 5 1 2 2 7-10 5
13. Akron 5 1 1 3 7-9 4
14. Krılya Sovetov 5 1 0 4 3-11 3
15. Axmat 5 0 3 2 1-7 3

16. Fakel 5 0 1 4 1-10 1

Bombardirlər: Qluşenkov (Zenit) – 7, Diveyev (ÇSKA), Uqalde (Spartak), Daku (Rubin) – 4.

Növbəti turun oyunları avqustun 23-25-i aralığında keçiriləcək: Rubin – Dinamo Mah., ÇSKA – Akron, Fakel – Orenburq, Zenit – Spartak, Axmat – Ximki, Krılya Sovetov – Nijni Novqorod, Dinamo Mos. – Krasnodar, Lokomotiv – Rostov.

Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:

“İstədiyimiz kimi oynaya bilmədik. Qluşenkov ilk yarıda məcburi əvəzləndikdən sonra oyun planımızı dəyişməli olduq. Nəticə, təbii ki, bizi qane edə bilməz. Onsuz da zədə üzündən Vendeli itirmişdik. İndi də Qluşenkovu itirdik. Böyük ehtimalla o, “Spartak”a qarşı oyunda meydana çıxa bilməyəcək. Heyətimiz geniş olsa da, bu futbolçuları tam şəkildə əvzələyə biləcək oyunçular yoxdu. Amma vəziyyətlə barışmalı və bir çıxış yolu tapmalıyıq. Çünki zədə futbolun ayrılmaz hissəsidi. Bizim oyunçumuz olan Zəlimxan Bakayevin bizə qarşı oyunda meydana çıxması barədə nə düşünürəm? Onun bu matçda oynamaq icazəsinin olub-olmadığını bilmirəm. Bunu rəhbərlikdən və ya sənədə qol çəkən şəxslərdən soruşmaq lazımdı. Mənim bu haqda məlumatım yoxdu”.

Marko Nikoliç, ÇSKA-nın baş məşqçisi:
“Məğlubiyyətin və qol vura bilməməyimizin konkret səbəblərini söyləmək çətindi. Səbəblər müxtəlifdi. Amma deyə bilərəm ki, bu gün uduzmağa layiq deyildik. Oyunun böyük əksəriyyətində topa nəzarət etdik. Görünür, üzərimizdə daha çox işləməliyik. Qol fürsətlərindən daha yaxşı faydalanmalıyıq. Bu gün yeganə zəif cəhətimiz məhz bu oldu. Futbol belə oyundu. Şanslarından istifadə etmirsənsə, sonda bunun əvəzini ödəməli olursan. Qapımıza vurulan ilk zərbə qolla nəticələndi. Hər halda, bir komanda bundan üzücü şəkildə uduza bilməzdi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-09-2023, 00:0

“Krasnodar”ın seriyası Kadinin sayəsində davam etdi – TURUN ŞƏRHİ

Dünya futbolu

6-09-2023, 21:0

“Krasnodar” liderliyini möhkəmləndirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

2-06-2023, 16:0

“Spartak” 2-ci pilləyə yüksəlmək “istəmədi” - TURUN ŞƏRHİ

Dünya futbolu

10-05-2023, 19:0

“Zenit”: ardıcıl 5-ci çempionluq! - TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 15:0

Kadili “Krasnodar” qarşısıalınmazdı – TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 15:0

“Krasnodar” zirvəni əldən vermədi

Aktual
Tovuzda tribunalar dolmadı - niyə?
Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Son xəbərlər
  • Bu gün, 22:00
    "Neftçi" qalib gəldi, "Zirə" hesabı açdı - YENİLƏNİR
  • Bu gün, 21:53
    “Milan”ı tərk etməli olacaq
  • Bu gün, 21:22
    İspaniya klubunda gürcü futbolçu
  • Bu gün, 20:51
    "Zirə" - "Şəfa": START HEYƏTLƏRİ
  • Bu gün, 20:27
    Serbiya klubunda yeni təyinat
  • Bu gün, 19:56
    Londondan Madridə yollandı
  • Bu gün, 19:25
    Tovuzda tribunalar dolmadı - niyə?
  • Bu gün, 18:56
    "Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı
  • Bu gün, 18:27
    “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
  • Bu gün, 17:56
    "Sumqayıt" - "Neftçi": START HEYƏTLƏRİ
  • Bu gün, 17:25
    Doğma klubuna qayıtdı
  • Bu gün, 16:54
    "Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
  • Bu gün, 16:23
    Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
  • Bu gün, 15:52
    AFFA-nın baş katibi "Sabahın Ulduzları" yarışında
  • Bu gün, 15:31
    Niderlanda yollanacaq
  • Bu gün, 15:00
    İki boksçumuz 1/4 finalda - Avropa çempionatı
  • Bu gün, 14:29
    Milandan Turinə yollana bilər
  • Bu gün, 13:58
    "Yeni mərhələyə başlamağın vaxtıdı" - Zubir
  • Bu gün, 13:27
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 12:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Bu gün, 11:54
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 133
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 122
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə