Ağcabədinin komandası kuboku qazandı

16.08.2024 17:31 333
Ölkə futbolu
Ağcabədi şəhərində həvəskar komandalar arasında ölkə kubokunun final oyunu keçirilib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının (AHFF) 25 illiyinə həsr olunmuş yarışın həlledici görüşündə yerli “Olimpiya” komandası “Salyan 2018” kollektivi ilə qarşılaşıb.

Rəqibini 5:1 hesabı ilə məğlub edən “Olimpiya” kubokun qalibi olub.

Mükafatları Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Qarabağ RFF-nin prezidenti Əliş Şərifov, Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov, baş katibi Füzuli Nəcəfov, Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru Əfqan Həmzəyev və futbol veteranı Asif Əliyev təqdim ediblər.