“Liverpul”u tərk etdi

16.08.2024 15:36 326
Dünya futbolu
Fabio Karvalyo “Liverpul”u tərk edib.

“Brentford” hücumameyilli yarımmüdafiəçini transfer edib. Portuqaliyalı oyunçu ilə “5+1 il” sxemi üzrə müqavilə bağlanıb. Yerli mənbələr 21 yaşlı futbolçu üçün 23 milyon avro təzminat ödənildiyini xəbər verib.

Xatırladaq ki, Karvalyo “Liverpul”a 2022-ci ilin yayında “Fulhem”dən keçmişdi.