• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Siti” Superkuboku 7-ci dəfə qazandı - İCMAL

Dünya futbolu

13-08-2024, 19:0

İngiltərədə futbol mövsümü ənənəvi olaraq, Superkubok uğrunda oyunla açılır.

Bu dəfə “Uembli”də son çempion “Mançester Siti” ilə kubokun finalında elə məhz “şəhərlilər”ə qalib gələn “Mançester Yunayted” qarşılaşdı.

Komandaların mövsümlərarası dövrdə keçirdiyi yoxlama oyunlarının nəticəsi maraq doğurur. “Siti” buna qədər “Milan” (2:2), “Seltik” (3:4) və “Barselona”ya (2:2, penalty seriyasında) uduzaraq yalnız “Çelsi”yə qalib gələ bilmişdi. Ancaq bir məqam da var ki, Qvardiola həmin oyunlarda eksperimental heyətdən yararlanmışdı. “Şəhərlilər”in bir çox oyunçusu, məsələn, Foden, Rodri, Stounz, Uoker uzun keçən mövsümün ardından hələ də dincəlir. “Yunayted” isə sonuncu yoxlama oyununda “Liverpul”a uduzsa (0:3) da, daha əvvəl “Betis”lə (3:2), “Reyncers”ə (2:0) qalib gəlmişdi. “Qırmızı şeytanlar” zədəlilərin – debütant Yoro, Heylunn, Van-Bissaka, Şou, Fiş, Lindelöf və Malasiyanın köməyindən məhrum idi.

MY bu oyunun gedişində iki qəfə qələbəyə yaxın oldu, ancaq son anda imkanı qaçırdı. İlk yarı tribunalara toplaşan 75 minə qədər azarkeşin ürəyincə olmadı. Komandalar çox ləng davranırdı, müntəzəm səhvə yol verirdilər. Düzdü, “Siti” bir qədər “canlı” görünürdü və hissənin sonuna qədər qol vəziyyətləri yaratmağı bacardı. 2-ci hissədə meydanda daha maraqlı mübarizə getdi. “Yunayted” daha maraqlı, kəskin hücumlar qurdu. Əvəzəetmələr də oyunun axarını canlandırdı. Qapılar önündə təhlükəli vəziyyətlərin sayı artdı. 82-ci dəqiqədə topu sağ cinahda ələ keçirən Qarnaço mərkəzə meyilləndi, oyundaşları müdafiəçilərin başını qatdı, argentinalı qapının küncünü “nişan aldı”. Bundan dərhal sonra Sançonu əvəz edən Reşford imkanları boşa verdi. Hər kəs MY-nin qələbə qazanacağını düşündüyü anda “Siti” bərabərlik qolunu vurdu. Bobb qapıçı meydançasının küncünə asma etdi, burda Pelyistri ilə mübarizədən qalib ayrılan Bernardo Silva hesabı bərabərləşdirdi. Qvardiola dərhal De Bruyne ilə Akeni meydana buraxdı. Ya penalti seriyası, ya da oyunun taleyini elə əsas vaxtda həll etmək üçün. “Lotereya”da da əvvəlcə “Siti”nin oyunçusu, daha dəqiqi, Bernardo Silva büdrədi. Ancaq Sanço ilə Evansın qeyri-dəqiqliyi “Siti”ni tarixində 7-ci dəfə Superkubokun qalibi etdi. Bu turnirdə qələbə sayına görə rekordçu “Yunayted”di (18). Mükafatı ötən il “Arsenal”ın qazandığını da xatırladaq.

Mançester Yunayted – Mançester Siti 1:1, p. – 6:7
MY: Onana, Martines, Evans, Maquayr (Pelyistri, 59), Dalot, Maynu (Kollyer, 59), Kazemiro, Dyallo (Qarnaço, 59), Maunt (Maktominey, 59), Fernandeş, Reşford (Sanço, 83).
MS: Ederson, Lüis, Akanci, Diaş, Qvardiol (Ake, 90+1), O”Rayli (Nunyeş, 63), Kovaçiç, Bobb (De Bruyne, 90+1), Makeyti (B.Silva, 80), Dokyu (Savinyo, 63), Holann.
Qollar: Qarnaço, 82 (1:0). B.Silva, 89 (1:1).
Penalti seriyası: Fernandeş – 1:0. B.Silva – 1:0 (qapıçı). Dalot – 2:0. De Bruyne – 2:1. Qarnaço – 3:1. Holann – 3:2. Sanço – 3:2 (qapıçı). Savinyo – 3:3. Kazemiro – 4:3. Ederson – 4:4. Maktominey – 5:4. Nunyeş – 5:5. Martines – 6:5. Diaş – 6:6. Evans – 6:6 (üst). Akanci – 6:7.
Vərəqələr: Nunyeş, 68. B.Silva, 87 – sarı.
Hakim: Carred Cillett (Qold-Kost).
10 avqust. London. “Uembli” stadionu. 78146 tamaşaçı.

Reaksiyalar
Xosep Qvardiola:

“Mövsümə hazır olub-olmadığımızı deyə bilmərəm. Bu gün uduza bilərdik, sona bir neçə dəqiqə qalmış məğlubiyyətə yaxın idik. Ən yaxşı formamızdan uzağıq ki, bu da normal haldı. Ancaq mövsümə kubok qazanmaqla başlamaq əladı. Həqiqət ondan ibarətdi ki, bu qələbə heç nəyi dəyişmədi”.

Erik ten Haq:
“Belə nəticə ilə barışmaq çətindi. Komanda yaxşı oyun göstərirsə, oyunun əsas vaxtında və penalti seriyasında irəli çıxırsa və sonradan uduzursa, adama heç xoş gəlmir. Belə məğlubiyyət adamı yaralasa da, qəbul etməliyik. Bəzən ağrını da sınamaq lazımdı, o adama daha yaxşı çalışmaq üçün motivasiya verir. Bu oyunun əsasında gəldiyimiz qənaət odu ki, “Siti” ilə bərabər səviyyədə rəqabət apara bilərik, bunu liqaya da daşımalıyıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-06-2023, 19:0

“Mançester Siti” daha bir kubok qazandı - REPORTAJ

Dünya futbolu / Reportaj

28-04-2023, 22:0

Mançester klubları kubokun finalında ilk dəfə qarşılaşacaq - ŞƏRH

Dünya futbolu

29-05-2024, 23:0

MY mövsümü titulla bitirə bildi

Dünya futbolu

29-05-2022, 09:0

İngiltərədə çıxış edən iki futbolçu "Milan"ın hədəfində

Dünya futbolu

8-08-2023, 22:0

“Arsenal” “Mançester Siti”nin titul seriyasını bitirdi

Dünya futbolu

15-04-2022, 15:0

Kim çempion olacaq: “Mançester Siti”, yoxsa “Liverpul”?

Aktual
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Son xəbərlər
  • Bu gün, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Bu gün, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Bu gün, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Bu gün, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Bu gün, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Bu gün, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Bu gün, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Bu gün, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Bu gün, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
Daha çox
Oxunub: 196
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 137
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 118
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə