• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

MY mövsümü titulla bitirə bildi

Dünya futbolu

29-05-2024, 23:0

İngiltərədə futbol mövsümünə şənbə günü keçirilən ölkə kubokunun final oyunu ilə yekun vuruldu.

“Football-plus.az” xəbər verir ki, finalda Mançester nəhəngləri – “Yunayted”lə “Siti” qarşılaşdı. Həmişə olduğu kimi, Qvardiola vacib matçda ya heyət, ya da taktika ilə bağlı səhvə yol verdi. Topa nəzarətdə total üstünlüyü ələ keçirən “şəhərlilər” qol vəziyyəti yaratmaqda çətinlik çəkdi. Əvəzində Ten Haqın seçdiyi heyət mərkəzdə sıxlıq yaratdı, yığcam müdafiə olundu və asanlıqla əks-hücuma çıxdı. “Qırmızı şeytanlar” ilk qolu 30-cu dəqiqədə vurdu. Dalotun meydanın dərinliyindən ötürməsini Qarnaço ələ keçirib irəlilədi, Qvardiola ilə Orteqa bir-birini anlamadı. Nəticədə müdafiəçi qapıçını çaşdırdı, boş qapı önündə qalan Qarnaço bu şansı boşa verə bilməzdi. Bu qol “Siti”ni ayıltmadı. Reşford daha bir qol vursa da, ona assistentlik edən Qarnaçonun ofsaydda olması üzündən qeydə alınmadı. Fasiləyə bir neçə dəqiqə qalmış “Yunayted”in sürətli hücumu Fernandeşin Maynuya incə ötürməsi ilə bitdi, o isə fərqi artırmaqda çətinlik çəkmədi. Ten Haqın komandası fasilədən sonra tam “müdafiəyə oturdu”. Əlbəttə, “şəhərlilər”in müəyyən imkanları oldu. Oyun canlanandan 10 dəqiqə sonra Holann tiri silkələdo. Uoker iki dəfə uzaq məsafədən bəxtini sınadı, Alvares oyunu canlandırdı. MS qol vurmasaydı, MS olmazdı. Qarnaçonun başını gicəlləndirən Dokyu cərimə meydançasının xətti üzərindən topu yaxın küncə göndərdi. Hər halda, Ten Haqın komandası qələbə hesabı qorumağı bacardı. Bu isə o deməkdi ki, MY bütövlükdə arzuolunmaz təsir bağışladığı mövsümü titulla gözəlləşdirə bildi.
Mankunianlar bununla həm də avrokuboklara vəsiqə qazandı. Onlar Avropa Liqasının növbəti mövsümünə vəsiqəni təmin etdi. Premyer-liqada 6-cı yeri tutan “Çelsi” isə tarixində ilk dəfə Konfrans Liqasında oynayacaq. Hadisələrin belə axarından ən çox ziyan görən “Nyukasl” oldu. Premyer-liqada 7-ci yeri tutan “sağsağanlar” avrokuboklardan kənarda qaldı.

final
Mançester Siti – Mançester Yunayted 1:2
MS: Orteqa, Uoker, Stounz, Ake (Akanci, 46), Qvardiol, Rodri, Kovaçiç (Dokyu, 46), B.Silva, De Bruyne (Alvares, 56), Foden, Holann.
MY: Onana, Van-Bissaka, Varan, Martines (Evans, 73), Dalot, Maynu, Amrabat, Qarnaço (Lindelöf, 90+3), Reşford (Heylunn, 74), Maktominey (Maunt, 90+3), Fernandeş.
Qollar: Qarnaço, 30 (0:1). Maynu, 39 (0:2). Dokyu, 87 (1:2).
Vərəqələr: Maynu, 45. Maktominey, 90+3. Alvares, 90+8 – sarı.
Hakim: Endi Medli (Haddersfild).
25 may. London. “Uembli” stadionu. 84814 tamaşaçı.

Faktlar
* “Yunayted” İngiltərə kubokunu 13-cü dəfə qazandı. “Qırmızı şeytanlar” bu göstəricidə yalnız “Arsenal”dan (14) geri qalır. “Mançester Siti” 7 dəfə bu turnirin qalibi olub. “Liverpul”, “Tottenhem” və “Çelsi”nin hərəyə 8 titulu var.
* Ten Haq MY-nin “sükanı arxasında” ardıcıl ikinci mövsümdə titul qazandı. Mankunianlar ötən il də Liqa kubokunun qalibi olmuşdi. Niderlandlı mütəxəssis məşqçi karyerasında ümumilikdə 8 titul qazanıb. O, “Ayaks” ilə də üç dəfə Niderland çempionu, iki dəfə bu ölkənin kubokunun, bir dəfə isə Superkubokunun qalibi olub.
* İngiltərə Superkuboku uğrunda oyunda “Mançester Siti” ilə “Mançester Yunayted” qarşılaşacaq. Bu oyun avqustun 10-da “Uembli”də keçiriləcək. “Şəhərlilər” çempionatın, “qırmızı şeytanlar” isə kubokun qalibi kimi meydana çıxacaq. MS İngiltərə Superkubokunu sonuncu dəfə 2019-cu ildə olmaqla 6 dəfə qazandı. Özü də Qvardiolanın komandası bu mükafat uğrunda son üç oyunda uduzub. MY İngiltərə Superkubokunu hamıdan çox – 21 dəfə qazanıb. Bu komandanın son uğuru 2016-cı ilə təsadüf edib. Ötən il Superkuboku MS-ni məğlub edən (1:1, p. – 4:1) “Arsenal” qazanıb.

Reaksiyalar
Pep Qvardiola, MS-nin baş məşqçisi:

“MY-nin ünvanına təbriklə başlayacam. Oyunla bağlı planım yaxşı deyildi. İkinci hissəni daha yaxşı keçirdik, intensivliyi artırdıq. Oyun bərabər səviyyədə keçdi. “Yunayted”in ikinci qola və ustalıq səviyyəsinə görə haqqını vermək lazımdı. Rəqib asanlıqla boş zonalar tapır, müdafiədən hücuma uğurla keçirdi. Bu gün məyus olmağımız təbiidi. Finalda uduzan komandanın halı həmişə belə olur. Ancaq mövsüm yaxşı alındı. Bütün mükafatlar uğrunda heç də pis mübarizə aparmadıq. İndi bir qədər dincəlmək və sonra yaşıl meydana qayıtmaq lazımdı”.


Erik ten Haq, MY-nin baş məşqçisi:
“Komandamın ünvanına kompliment demək istəyirəm. Fərdi keyfiyyətlərimizə uyğun, çox güclü oyun göstərdik. Heyətimizdə müəyyən futbolçular olanda necə oynaya bildiyimizi gördüz. Onların bəziləri hətta oyuna tam hazır deyildi. İlboyu siz jurnalistlərə deyirəm ki, oyunçular sağlam olanda yaxşı futbol göstərə bilirik. Dünyanın ən yaxşı komandalarından birinə qarşı yaxşı oyun göstərdik. Öz şəhərindən olan komandaya qarşı oynayanda belə qarşılaşmaların önəmi daha da artır. Ancaq qarşımızda duran vəzifə derbini qazanmaq yox, bir sıra uğursuzluqlardan sonra imkanlarımızı göstərmək idi. Oyunçularım mətanət göstərdi, onlarla qürur duyuram. Komandamın ünvanına yönələn tənqidlər bəzi hallarda ədalətsiz idi. Oyunçularımız yox idi. Bəzən yaxşı futbol göstərə bilmirdik. Ancaq buna da heyətlə bağlı daim güzəştli variantlar tapmağa çalışmağımız səbəb olurdu. Belədə istədiyin oyunu göstərə bilmirsən. Son iki il ərzində cəmi üç-dörd dəfə mənim sərəncamımda tam heyət olub. Hətta bu gün də Maquayr, Şou və Kazemiro kimi oyunçuların xidmətindən məhrum idik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-06-2023, 19:0

“Mançester Siti” daha bir kubok qazandı - REPORTAJ

Dünya futbolu

24-04-2022, 14:0

Qvardiola ''Yunayted''in yeni məşqçisini təriflədi

Dünya futbolu

29-04-2023, 18:0

“Mançester Yunayted” ilə yenidən anlaşdı

Dünya futbolu

27-02-2023, 11:0

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun qalibi oldu

Dünya futbolu

13-05-2023, 11:0

Qvardiola təqvimdən narazılıq etdi

Dünya futbolu

8-08-2023, 22:0

“Arsenal” “Mançester Siti”nin titul seriyasını bitirdi

Aktual
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Son xəbərlər
  • Bu gün, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Bu gün, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Bu gün, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Bu gün, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Bu gün, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Bu gün, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Bu gün, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Bu gün, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Bu gün, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
Daha çox
Oxunub: 197
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 137
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 118
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə