• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Dünyada ən yaxşı oyunçulardan birinə çevrilə bilərəm” - Leao özünü mərkəz hücumçusu qismində görmür

Dünya futbolu / Manşet

7-08-2024, 21:0

Rafael Leao “Milan”da 6-cı mövsümünə qədəm qoymağa hazırlaşır.

“Football-plus.az” xəbər verir ki, portuqaliyalı ulduzla bağlı tez-tez transfer şayiələri yayılsa da, o hələ də “rossonyerlər”ə sadiqdi. Baxmayaraq ki, PSJ, “Çelsi”, eləcə də Səudiyyə Ərəbistanı klubları ona ciddi maraq göstərir. Ötən mövsümü A seriyasında 34 oyun, 9 qol, 9 məhsuldar ötürmə göstəriciləri ilə tamamlayan 25 yaşlı vingerin “Milan”la 2028-ə qədər müqaviləsi var. Təzminatı isə 190 milyon avrodu. Bu üzdən onun ən azı bu yay İtaliyanı tərk edəcəyi gözlənilmir. Bir neçə gün öncə tətilini tamamlayaraq “Milan”ın məşqlərinə qoşulan Leao İtaliyanın “Qazetta dello Sport” nəşrinə müsahibə verib.

- “Gülüş” adlı kitabında güclü bir cümlə var. Orda “ürəyimi heç kimə 100 faiz aça bilmirəm, çünki kiminsə məni incidəcəyindən qorxuram” ifadəsini yazmısan. Bu mövzu barədə danışa bilərik?
- Uşaqlığım Yamaykanın Lissabon kvartalında keçib. Orda böyümüşəm. Kvartaldan kənara çıxan kimi mənə xoş gözlə baxmırdılar. Yardım əlini uzatmaq istəyən insanlar? demək olar, yox idi. Yəni bu, özünü müdafiə etməyin bir növüdü. Heç kimə qəlbimi tam açmıram. Belədə özümü daha inamlı hiss edirəm.

- “Mənə xoş gözlə baxmırdılar” dedikdə nəyi nəzərdə tutursan?
- Bizim qaldığımız rayonda insanlar elə işlərlə məşğul idi ki, bunu dilə gətirməmək daha məqsədəuyğundu. Bu da bütövlükdə Yamaykanın nüfuzuna təsir edirdi. Əslində isə insanlar gələcəklərini daha uğurlu etmək üçün yollar axtarırdılar. Amma bu fürsəti tapa bilmirdilər. Andre, Emmanuel, Paulu mənim uşaqlıq dostlarımdı. İndiyə qədər də onlarla əlaqəm var.

- Bir il öncə verdiyin müsahibədə qeyd etmişdin ki, tezliklə ata olmaq arzusundasan. Bu mövzuda irəliləyiş var?
- Bəli, bu yaxınlarda arzuma çataraq həqiqətən də ata olacam. Bizim əkizlərimiz olacaq. Doğuş təxminən noyabrda gözlənilir. Əminəm ki, mənim üçün gözəl bir təcrübə olacaq. Çünki uşaqları sevirəm. Ailəyə dəyər vermək, onlara hər şey etmək üçün daha bir səbəb yaranacaq.

- Təbrik edirik. Adları artıq bəllidi?
- Rodriqo və Tyaqo.

- Deməli, indi həyatında ən xoşbəxt anlardan birini yaşayırsan.
- Bəli. Düzdü, AÇ-də mübarizəni 1/4 finalda dayandırmağımız heç yaxşı olmadı. Amma bunun özü də bir təcrübədi. Ailəmlə keçirdiyim tətilin psixoloji cəhətdən mənə böyük faydası dəydi. Portuqaliyaya yollanaraq bir sıra qohumlarıma baş çəkdim. Onlar həmişə yanımdadılar. İstər çətin, istərsə də xoş anlarımda məni dəstəkləyirlər. Yeni mövsümə ümidlə baxıram. “Milan”da böyük məmnuniyyətlə daha bir mövsüm keçirəcəm. Komanda yoldaşlarımı yenidən gördüyüm üçün şadam. Onlardan bir çoxu ilə ünsiyyətdəydim. Florensi tez-tez məndən məşq edib-etmədiyimi soruşurdu.

- Sosial şəbəkələrdəki paylaşımlarına əsasən istəkli və maraqlı şəkildə məşqlər etdiyini görmək olardı.
- Mənim məşqlərim heç vaxt maraqsız keçmir. Həmişə özümə xoş gələn şeylər edirəm. Şəxsi məşqçimlə birlikdə həm qapıya zərbələrin, həm də hava toplarının üzərində xeyli işlədim. Çünki qollarımın sayını artırmaq istəyirəm.

- Fanatlar arasında belə fikir gəzir ki, sən hədsiz dərəcədə xeyirxah insan olduğun üçün məhsuldarlığın aşağıdı. Yəni rəqib qapısı önündə səndə qatil instinkti çatışmır...
- Uşaq vaxtı futbol oynayanda ən sevdiyim şey rəqibləri aldadıcı fəndlərlə geridə qoyandan sonra ötürmə vermək idi. Xavi və İnyestanın oyunlarını böyük maraqla izləyirdim. Onların hücumçulara tərəf verdikləri istər 5, istərsə də 30 metrlik ötürmələri diqqətlə izləyirdim. Mən eqoist deyiləm. Digər tərəfdən Ronaldinyonun və “Yunayted”də Kriştiano Ronaldonun oyununu həmişə bəyənirdim. Belə parlaq futbolçular məni cəlb edirdi. Onlar həm də inanılmaz ötürmələr verirdilər. Mən də bu cür olmaq, bu şəkildə diqqət mərkəzinə düşmək istəyirəm.

- Bəs qolları kim vuracaq?
- Müasir futbol başdan-ayağa statistikadan ibarətdi. Təbii ki, statistika da önəmlidi. Amma o, futbolçunun həqiqi istedadına qiymət verməyi çətinləşdirir. Məsələn, müasir futbolda normal ötürmə verə bilməyən, amma mövsümə 30 qol vuran futbolçu öz oyunu və ötürmələri ilə seçilən futbolçudan güclü sayılır. Halbuki futbol baxımlı olmalıdı. Çünki futbol şoudu. İnsanlar stadiona gözəl bir şou izləmək üçün gəlirlər.

- Uzun sözün qısası, səni heç vaxt mərkəz hücumçusu qismində görə bilməyəcəyik...
- Təbii ki, daha çox qol vurmağa çalışacam. Gözəl oyunla yanaşı, məhsuldarlığımı da artırmağa səy göstərəcəm. Mən meydanda bir çox taktikaya uyğunlaşa bilirəm. Lazım olanda hücumçulara mümkün qədər yaxın oynayıram. Amma müasir futbolda taktika önəmlidi. Bir çox komandalar elə müdafiə olunur ki, mərkəzi tam bağlayır. Çoxdandı arxam rəqib qapısına tərəf ola-ola oynamıram. Çünki meydanı tam görmək üçün boş zonaya ehtiyacım var. Ona görə də qarşıdakı dönəmdə özümü mərkəz hücumçusu qismində görmürəm.

- Sənin AÇ-dən öncə Portuqaliyada “Milan”ın yeni baş məşqçisi Paulo Fonseka ilə görüşün barədə çox şeylər yazılıb-pozuldu. İlkin təəssüratların necə oldu?
- Fonseka çox səmimi, düzgün və düşündüyünü dərhal dilə gətirən insandı. Onun komandaları həmişə gözəl futbol sərgiləyib. Hücum oyunçuları üçün Fonseka top-məşqçidi. Şadam ki, onun başçılığı altında oynayacam. Elə komanda yoldaşlarım da belə düşünür. Məşqlər çox intensiv keçir. Həmişə topla işləyirik. Biz artıq onun ideyalarını anlamağa başlamışıq. Yeni mövsüm çox maraqlı olacaq. “Milan” tarixən topa nəzarət etməyi xoşlayan komandadı. Artıq bu prosesdə bütün futbolçular iştirak edəcək.

- Səninlə bağlı xüsusi tələbləri varmı?
- Mümkün qədər geniş oynamağımı istəyir. Daim topu axtarmağımı, lazım olduqda “divar ötürməsi” oynamağımı tələb edir. Çünki rəqibin cərimə meydançasına mümkün qədər tez yaxınlaşmağımı istəyir.

- Artıq rəqiblərin cərimə meydançasında Morata qərarlaşacaq. Səncə, düzgün seçimdi, yoxsa başqa transferə üstünlük vermək olardı?
- Morata da, Jiru da çempion xarakterli futbolçulardı. Jiru adını “Milan”ın tarixinə yazdırmağı bacardı. Moratanı isə gözəl tanıyıram. Üzərində çox çalışır. Həmişə hərəkətdədi. Onunla oynamaq xoşdu. Ümid edirəm ki, “Milan” üçün çoxlu qol vuracaq.

- Bəs Kamarda? Onunla ünsiyyətin var?
- Kamarda çox gənc olsa da, özünü göstərməyi bacarır. Mən şəxsən ondan çox şey gözləyirəm. Tez-tez müxtəlif söhbətlər aparır, bacardığım qədər yardım edirəm. Ona başa salmağa çalışıram ki, əsas komandada işlər bir qədər başqa cür qurulub. Burda psixoloji cəhətdən güclü olmalı və daim mübarizə aparmalısan. Qol vura bildiyini göstərib. İndi də başqa şeylər öyrənməlidi. Kamarda “Milan”ın gələcəyidi.

- Sanki yaşa dolduqca müdrikləşirsən...
- Mən burda artıq 6-cı mövsümümə qədəm qoyuram. Həmişə gənclərə kömək etməyə çalışıram. Çünki mən özüm də “Milan”a ilk dəfə gələndə bütün təcrübəli oyunçular mənə yardım etmişdi.

- Bəzi fanatlar sənin oyununu bəyənmir. Onlar sənin çox tənbəl olduğunu və meydanda az hərəkət etdiyini deyirlər. Bu tənqidlə razılaşırsan?
- Bəzən insanlar futbolu dərindən anlamaqda çətinlik çəkir. Amma bu, məni çox da narahat etmir. Mən yalnız “Milan”dakı məşqçilər korpusunun, direktorların və digər şəxslərin tənqidlərinə önəm verirəm. Burda məni sevirlər və nələrə qadir olduğumu bilirlər. Elə mən özüm də bunu bilirəm. Tək “Milan”da yox, dünyada ən yaxşı oyunçulardan birinə çevrilə bilərəm.

- Pyolidən “Milan”a hansı miras qalıb?
- Biz onunla birlikdə böyüdük. Mənə çox böyük köməyi dəydi. Onun sayəsində vacib futbolçuya çevrildim. Bu üzdən ona daim minnətdar olacam. Futbolla vidalaşana qədər mənim üçün karyeramın ən vacib məşqçilərindən biri kimi qalacaq.

- Florentsi “Mançester Siti” ilə oyunda zədələndi. Onun yoxluğunda “Milan” nə itirəcək?
- Təcrübə. Florentsi “Milan” üçün meydandan kənarda da çox vacib futbolçudu. Amma onun döyüşkən xarakterə malik olduğunu bilirəm. Ona görə də tezliklə qayıdacağını düşünürəm.

- Çukvueze yoxlama oyunlarında əla təsir bağışlayır. “Milan”dakı ilk mövsüm onun üçün çətin alındı. Səncə, yeni mövsümdə onun əsl potensialını görə biləcəyik?
- Bəli. Futbolçu üçün daimi oyun təcrübəsinə malik olmadıqda özünü göstərmək çətinləşir. İndi onun özünəinamı daha yüksək səviyyədədi. Daim top qəbul etmək, meydanda fərq yaratmaq istəyir. Onunla bağlı ümidlərim böyükdü. Belə davam etsə, əla mövsüm keçirəcək.

- Olimpiada motivi əsasında səninlə kiçik bir oyun keçirək. Eysebio, Fiqo və Kriştiano Ronaldo arasında qızıl, gümüş, bürünc medalçıları necə bölüşdürərdin?
- Qızıl medalı Krişitanoya verərdim. Gümüş medalçı Eysebio, bürünc medalçı isə Fiqodu.

- Bəs sol vingerlər arasında seçim etsən? Ronaldinyo, Giqqz, Riberi...
- Şübhəsiz, ilk pillə Ronaldinyonundu. Gümüş medalı Riberiyə verərdim.

- Bəs basketbolda? Cordan, Kobi, Lebron.
- Qızıl medalı Kobiyə verərdim. Onun başqalarından tam fərqli olan bir aurası var idi. Cordana gümüş, Lebrona bürünc medal verərdim.

- Musiqiyə olan həvəsini nəzərə alaraq repçilər arasında da seçim etməyini istərdik. Lil Beybi, Cey Zi, Tupak.
- Qızıl, təbii ki, Tupakındı. Sol ayağımda Nelson Mandela, Malkolm İks və Martin Lüter Kinqin yanında ona da aid döymə var. Gümüşü Lil Beybiyə verərdim.

- Bu yay bədəninə yeni döymə əlavə etmisən?
- Bəli, belimə yeni döymə vurmuşam. “Yalnız Tanrı məni sorğulaya bilər” döyməsi. İbrada da ondan var.

- İbra artıq idman direktorudu. Onunla əvvəlki kimi ünsiyyətiniz qalıb?
- Komanda yoldaşı olanda dostluğumuz bir qədər fərqli səviyyədə idi. Həmişə yanımda idi. İndi də bilirəm ki, günün istənilən vaxtı İbraya zəng vura bilərəm. O məni yeni səviyyəyə yüksəltməyə qadir olan şəxslərdən biridi.

- Hansı məsləhətləri verir?
- Mənə tez-tez mentallıq haqda danışır. Meydanda daha hirsli olmağımı istəyir.

- Belə çıxır ki. yeni mövsüm üçün əsas hədəf daha çox hirsli olmaqdı?
- Bəli.

ƏLİ RAUFOĞLU hazırladı

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-04-2023, 20:0

“Milan”da qalmaq istəyir, amma şərtləri var

Dünya futbolu

5-06-2023, 21:0

Leao formallığı aradan qaldırdı

Dünya futbolu

12-05-2023, 17:0

Leaonun məsələsinə aydınlıq gəldi

Dünya futbolu

15-05-2023, 17:0

Leaonun qiyməti şahə qalxdı

Dünya futbolu

14-10-2022, 23:0

Leao Fransa nəhənginin hədəfində

Dünya futbolu

8-09-2022, 23:0

Leao rəhbərliyə çətin şərt irəli sürüb

Aktual
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Son xəbərlər
  • Bu gün, 21:39
    Bolonyada qərar tutdu
  • Bu gün, 21:28
    İstefası qaçılmaz oldu
  • Bu gün, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Bu gün, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Bu gün, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Bu gün, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Bu gün, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Bu gün, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Bu gün, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Bu gün, 15:54
    İranlılara viza verildi
  • Bu gün, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Bu gün, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Bu gün, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Bu gün, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Bu gün, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Bu gün, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Bu gün, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Bu gün, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Bu gün, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Bu gün, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Bu gün, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Daha çox
Oxunub: 682
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 235
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 213
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə