• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənər” Türkiyə futbolunun ən bahalı transferini həyata keçirdi!

Dünya futbolu

28-07-2024, 20:0

“Fənərbaxça” “transfer bomba”sını partladaraq bu yayın Türkiyədə ən hay-küylü keçidini rəsmiləşdirdi.

“Football-plus.az” xəbər verir ki, İstanbul nəhəngi uzun müddətdi danışıqlar apardığı Yussef Ən-Nəsirini heyətinə qatdı. Özü də Türkiyə futbolu üçün rekord məbləğ qarşılığında. Bu yazıda həm bu transferə, həm Ən-Nəsirinin göstəricilərinə, həm də “Fənər”in transfer siyasətinə toxunacağıq.

Rekordların adamı
Mərakeş yığmasının və “Sevilya”nın üzvü ilə hələ ötən həftəsonu ilkin razılıq əldə olunmuşdu. Hər halda, bunu Türkiyə mətbuatı iddia edirdi. Amma Ən-Nəsiri Türkiyəyə yalnız çərşənbə günü ayaq basdı. Hava limanında futbolsevərlərin qarşısına çıxan kimi onun əllərini gözünə qoyaraq “eynək” işarəsi ilə məşhur qol sevincini sərgiləməsi gözdən qaçmadı. Srağagün isə bu transfer rəsmən açıqlandı. Ən-Nəsiri “sarı-lacivərdlilər”lə beşillik müqavilə imzaladı. Bu transfer “Fənər”ə 19,5 milyon avroya başa gəlib. Amma klubdan verilən məlumatda qeyd olunub ki, bu məbləğ “Sevilya”ya 4 il ərzində 8 hissəyə bölünərək ödəniləcək. Bununla da Ən-Nəsiri Türkiyə çempionatında reallaşmış ən bahalı transfer kimi tarixə düşüb! Buna qədər rekord Mario Jardelə məxsus idi. “Qalatasaray” 2000-ci ilin yayında braziliyalı forvarda görə “Portu”ya 17 milyon avro ödəmişdi. Bu siyahıda 3-4-cü pillələri Cengiz Ündərlə Nikolo Zanyolo bölüşür. Ündər ötən ilin avqustunda “Marsel”dən “Fənərbaxça”ya, Zanyolo isə ötən ilin fevralında “Roma”dan “Qalatasaray”a 15 milyon avroya transfer olunmuşdu. Siyahıda 5-ci pillədə “Fənər”in 2009-da 14 milyon avroya “Malyorka”dan transfer etdiyi Daniel Giza qərarlaşıb.

Maraqlıdı ki, Ən-Nəsiri karyerasında ilk dəfə İspaniyadan kənarda oynayacaq. 1997-ci il iyunun 1-də Mərakeşin Fes şəhərində doğulan bu futbolçu öz ölkəsində - “Məhəmməd Akademi” klubunun akademiyasında futbolun sirlərini öyrənərkən təsadüfən “Malaqa” skautlarının diqqətini cəlb edib və 18 yaşında İspaniyaya dəvət olunub. 1 il ərzində aşağı yaş qruplarından ibarət komandalarda sərgilədiyi məhsuldar oyundan sonra 2016-da əsas komandaya dəvət alıb. İki mövsüm ərzində 41 rəsmi oyunda 5 qol, 1 məhsuldar ötürməlik performansdan sonra 2018-də “Leqanes”ə transfer olunub. Burda isə ilyarım ərzində 15 qol vurandan sonra 2020-nin yanvarında 20 milyon avroya “Sevilya”ya yollanıb. Ən-Nəsiri Jül Kunde və Luis Murieldən sonra “Sevilya” tarixinin ən bahalı 3-cü futbolçusudu. İlk tam mövsümündə 18 qolla La Liqada bombardirlər yarışında 5-ci pilləni tutub. Həmin vaxt Messi, Suares, Benzema kimi nəhənglər hələ İspaniyada idi.

Növbəti mövsüm daha çox zədələrlə çarpışan və 19 oyunu qaçırmalı olan forvard 29 rəsmi oyuna çıxaraq 5 qol vurub. Ötən mövsümü 47 rəsmi oyun, 20 qol, 2 məhsuldar ötürmə göstəriciləri ilə tamamlayıb və zədə üzündən cəmi bir oyunu buraxmalı olub. Əslində o qədər də fenomenal göstəricilər deyil. Amma onun arxası rəqib qapıya doğru olduqda topu özündə saxlaya bilmək özəlliyi, eləcə də fiziki cəhətdən güclü olması Joze Mourinyonun bu transferdə israr etməsinə səbəb oldu. Ən-Nəsiri bir sıra maraqlı göstəricilərə malikdi. Məsələn, o, 73 qolla XXI əsrdə Fabiano, Kanute və Neqredodan sonra “Sevilya”nın ın məhsuldar 4-cü futbolçusudu. Ümumilikdə klub tarixində ən məhsuldar 10-cu futbolçudu. La Liqa tarixində ən çox (69) qol vuran mərakeşli oyunçudu. 3 qolla Mərakeş tarixində DÇ-lərdə ən çox qol vuran futbolçudu. 4 fərqli Afrika Kubokunda qol vuran yeganə futbolçudu!

“Rəqib forvardlar məni maraqlandırmır”
Srağagün “Fənərbaxça” vitse-prezident Acun Ilıcalı və idman direktoru Mario Brankonun iştirakı ilə Ən-Nəsiri üçün imza mərasimi təşkil etdi. Futbolçu ilk açıqlamalarını verdi və jurnalistlərin suallarını cavabladı:

“Fənərbaxça”ya gəldiyim üçün sevincliyəm. Mükəmməl və uzun müddətdi təqib etdiyim bir komandadı. Rəhbərliyə, klub rəsmilərinə, eləcə də Mourinyoya mənə güvəndikləri üçün təşəkkür edirəm. Məni yalqız qoymayan və bura gəlməklə bağlı qərarı verməyimdə yardım edən menecerimə, ailəmə də təşəkkür edirəm. Bir çox təklif alsam da, “Fənərbaxça”nı seçdim. Bu qərarıma görə çox rahatam. Düzdü, danışıqlar prosesi bir qədər uzandı. Amma nəticə etibarilə bura gəldim. Meydanda var gücümü qoyacam. Son iki mövsümdə “Fənərbaxça”nı yaxından izləyirəm. İki mövsüm öncə “Sevilya”nın heyətində “Fənər”lə qarşılaşmışdım. İstanbulda fanatların dəstəyi, stadiondakı atmosfer diqqətimi çəkmişdi. Həmin fanatları sevindirmək üçün əlimdən gələni edəcəm. Rəqib komandadakı forvardlar məni maraqlandırmır. Özümə köklənirəm. Nələr edə biləcəyimin fərqindəyəm. Bura şəxsi hədəflərimə çatmağa yox, titullar qazanmağa gəlmişəm. İspaniyadan kənarda keçirəcəyim ilk mövsüm olacaq. Ancaq peşəkar futbolçu hər getdiyi yerə uyğunlaşmağı bacarmalıdı. Meydan hər yerdə eynidi və futbolun dili birdi. Bura gəlməmiş məsləhət aldığım oyunçuların hamısı “Fənərbaxça”nın böyüklüyündən bəhs etdilər. İnşallah, hər şey gözəl olacaq. “Fənərbaxça”da xoşbəxt olmasaydım, bura gəlməzdim. Rəqabətin yüksək səviyyədə olacağını bilirəm. Mən heç vaxt komanda yoldaşlarım və hücum bölgəsindəki oyunçular ilə problem yaşamamışam. Qərarı Mourinyo verəcək. Ümid edirəm ki, çoxlu qollar vuracağıq və qələbələri sıralayacağıq”.


Yeni transfer rəsmi oyuna çıxmadan ayrıla bilər
“Fənərbaxça” ilə bağlı digər xəbərləri də diqqətinizə çatdıraq. Komanda yeni transferlərin böyük əksəriyyətini artıq tamamlayıb. Bunu idman direektoru Branko da Ən-Nəsirinin imza mərasimində dilə gətirdi. İstanbul nəhəngi bu yay Ən-Nəsiridən başqa Ləvənt Mərcan, Çağlar Söyüncü, Oğuz Aydın, Cenk Tosun və Allan Sent-Maksimini heyətinə qatıb. Artıq lazımsız futbolçularla yolları ayırmaq zamanıdı. Rəsmi şəkildə ayrılan bəzi isimlər bəllidi. Məsələn, Sərdar Dursun “Alanyaspor”la ikiillik müqavilə imzalayıb. 2021-dən bəri klubda ümumilikdə 2,5 il keçirən 32 yaşlı təcrübəli forvard 74 qarşılaşmada 22 qol vura bildi. Bundan başqa, ötən mövsümün ikinci dövrəsini “Pendikspor”da icarədə keçirən Umut Nayır ilə əsas heyətə düşmək şansı olmayan Melih Bostan “Konyaspor”a yollanıb. Mourinyonun qərarı ilə Kruniç, Zayts, Peres, Krespo, Kent, Joao Pedro, Əmrə Mor və Cengiz Ündər üçün gələcək təkliflər dəyərləndiriləcək. Artıq Cengizin meneceri İstanbula çağrılıb. Bu futbolçuya yeni mövsümdə yer olmayacaq. Çünki Mourinyo sol cinahda Sent-Maksimin ilə Oğuz Aydına, sağ cinahda isə Tadiç ilə İrfan Can Kahveciyə üstünlük verəcək.

Rəhbərlik ötən yay 15 milyon avroya transfer edilən Cengizi 10-12 milyon avroya satmağa hazırdı. Bu arada Ləvənt Mərcanın da komandadan ayrıla biləcəyi ilə bağlı şayiələr peyda olub. Halbuki futbolçu bu yay heyətə cəlb olunub! Ona görə də digər futbolçulardan fərqli Mourinyo Mərcanın birdəfəlik satılmasını yox, yalnız icarəyə verilməsini istəyir. Artıq oyunçunun menecerinə bu barədə məlumat verilib. 23 yaşlı sol müdafiəçi iyunun 21-də 2 milyon avroya “Fatih Karagümrük”dən heyətə cəlb olunmuş və onunla dördillik müqavilə imzalanmışdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-08-2023, 21:0

''Fənər'' Zahanın qisasını Fredlə aldı

Dünya futbolu

3-09-2022, 10:0

Batşuayi rəsmən "Fənər"də

Dünya futbolu

2-02-2023, 17:0

“Fənərbaxça”nın transfer gündəmi

Dünya futbolu

16-09-2023, 17:0

''Fənərbaxça'' bu yay 2 rekordu birdən yenilədi

Dünya futbolu

28-07-2023, 23:0

“Fənərbaxça” oyunçu satışından nə qədər qazanıb?

Dünya futbolu / Manşet

25-07-2024, 22:0

''Fənərbaxça'' Türkiyə futbolunda yeni rekord müəyyənləşdirdi

Aktual
“Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
Liberknextdən yeni hoqqa – Mahirə heç ehtiyat oyunçular skamyasında da yer vermədi!
Masazırdakı savaşın xronikası: cəzalananlar da oldu, gözdən qaçanlar da
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
Son xəbərlər
  • Bu gün, 00:00
    DÇ-2026-da İranın yerinə İtaliya çıxış edəcək?
  • Dünən, 23:26
    ''Fənərbaxça''nın oyununda hakimin kobud səhvi sübuta yetirildi
  • Dünən, 22:58
    Gözlənilən ayrılıq rəsmiləşdi
  • Dünən, 22:27
    ''Böyük beşliy''in ilk qadın məşqçisi məğlubiyyətləri sıralayır
  • Dünən, 22:10
    Vernidub, Kara-Mustafa və Almeyda derbini buraxacaq
  • Dünən, 21:58
    “Milan”la oyunu buraxa bilər
  • Dünən, 21:27
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:56
    “İkinci hissəyə əsasən demək olar ki, 2 xal itirdik” – Kaxaber Sxadadze
  • Dünən, 20:45
    “Komandanı mən qurmamışam” - Andrey Demçenko
  • Dünən, 20:42
    5 aylıq həsrəti sona çatdı
  • Dünən, 20:20
    "Sumqayıt" qalib gəldi, Qəbələdə "sülh" - YENİLƏNİB
  • Dünən, 19:59
    Qvardiola da biletlərin qiymətinə etiraz etdi
  • Dünən, 19:45
    "Hakimlər barədə çox təəccüblü və narazıyam" - Jorj Kaşkilya
  • Dünən, 19:28
    Cinsiyyətini dəyişdiyi deyilən futbolçu nəhayət, ortaya çıxdı!
  • Dünən, 19:22
    "Belə davam etsə, növbəti dəfə mətbuat konfransında iştirak etməyəcəm"
  • Dünən, 18:57
    “Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
  • Dünən, 18:04
    “Sabah” “Gəncə”ni məğlub etdi
  • Dünən, 17:57
    "Qəbələ" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ
  • Dünən, 17:24
    "Qarabağ" və "Neftçi" birgə bəyanat yaydı
  • Dünən, 16:33
    Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
  • Dünən, 16:01
    Yeni mövsümdən İspaniyada işləyə bilər
  • Dünən, 15:30
    "İmişli" - "Sumqayıt": START HEYƏTLƏRİ
  • Dünən, 15:01
    ''Barsa'' və ''Siti''nin sabiq ulduzu ''Qalatasaray''ı ziyarət etdi
  • Dünən, 14:18
    “Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
  • Dünən, 14:06
    “...elə komanda olacaq ki, bütün ölkə onunla fəxr edəcək” – Ruy Jorje
  • Dünən, 13:43
    "Neftçi" - "Qarabağ" matçına nə qədər bilet satılıb?
  • Dünən, 13:26
    PSJ-yə kömək edə bilməyəcək
  • Dünən, 12:55
    “Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
  • Dünən, 12:14
    “Final görüşünün Azərbaycanda keçirilməsini istəyirik” - Sərxan Hacıyev U-20 mundialı haqda
  • Dünən, 11:54
    Ulduz futbolçu klubu ilə anlaşdı
  • Dünən, 11:23
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 11:13
    Azərbaycan derbisi Rəhim Həsənovun ifşa etdiyi referiyə tapşırılacaq?
  • Dünən, 10:52
    ''Trabzonspor''un zədəli müdafiəçisi geri dönmək əvəzinə əməliyyat olunacaq
  • Dünən, 10:31
    Klubu ona qiymət qoydu
  • Dünən, 10:00
    ''Sivasspor'' və ''Beşiktaş''da oynamış sabiq nigeriyalı futbolçu dünyasını dəyişdi
Daha çox
Oxunub: 655
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 238
“Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 182
Arzuolunmaz kürəkən... – REPLİKA
Oxunub: 178
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Oxunub: 177
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə