• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Həyatımın ən çətin anları idi” - Musleranın ən çox bəyəndiyi seyvi hansıdı?

Dünya futbolu / Manşet

27-07-2024, 00:0

Fernando Musleranı artıq “Qalatasaray”ın canlı əfsanəsi adlandırmaq olar.

Zarafat deyil, ötən ay 38 yaşını tamamlayan uruqvaylı qapıçı sahibi İstanbul nəhəngində 14-cü mövsümünə qədəm qoymağa hazırlaşır. Muslera göstəriciləri və performansı ilə klub tarixində iz buraxmış Simoviç, Mondraqon, Taffarel kimi qapıçıları çoxdan üstələyib. O, “Qalatasaray”da 509 oyuna çıxıb və 7-si çempionluq olmaqla 17 titul qazanıb. Hər iki göstəricidə klub tarixində legionerlər arasında aşkar fərqlə liderdi. Hazırda “Cim-Bom”la birlikdə Avstriya toplanışında olan Muslera bugünlərdə “Fanatik” nəşrinə müsahibə verib.

- Ötən mövsümü hansı hisslərlə xatırlayacaqsan?
- Qəribə, fərqli və çətin bir mövsüm oldu. İki komanda orta hesabla lap çox xal topladı. Amma sonluq bizim üçün mükəmməl alındı. Yenidən çempion olduq. Çempionluq ruhu, başını aşağı əymədən hədəflərə çatmaq alışqanlığı “Qalatasaray”ın ruhunda var. Bizim üçün hər il önəmlidi. Burda olduğum 13 il ərzində 7 dəfə çempion olmuşuq. Yəni 50 faizdən də yüksək bir göstəricidi. Daha öncə Türkiyə çempionatında bu qədər qısa müddət ərzində bu qədər çempionluq yaşayan başqa bir komandanın olub-olmadığını bilmirəm. Bəlkə də bu, çempionatın yeni rekorddu. Qarşıdakı mövsümdə də hədəfimiz çempionluqdu.

- Türkiyəyə gələrkən bu qədər uzun müddət qalacağını gözləyirdin?
- Xeyr, qətiyyən gözləmirdim. Həyatımın az qala yarısını burda keçirmişəm. 2011-ci ildə verdiyim bu qərar çox doğru bir qərar imiş. Yaxşı ki, bura gəldim. Türkiyədə pis günümdə də, yaxşı günümdə də hər kəsdən dəstək gördüm. Səhv etmirəmsə, “Latsio” ilə müqaviləni yeniləmək üzrə idim. Amma məsələ bir qədər uzanınca, dərhal Fatih Terimlə Taffarel mənimlə əlaqə qurdu. Çox israr etdilər və məni Türkiyəyə gəlməyə razı saldılar. Yəni onların sayəsində “Qalatasaray”lı oldum və sonda Lorik Sana ilə dəyişdirildim.

- Bir müddət öncə müqaviləni yenilədin. Neçə yaşına qədər oynamağı planlaşdırırsan?
- Futbol əvvəlki illərlə müqayisədə çox dəyişib. Dincəlmək, qida qəbul etmək, çalışmaq metodları fərqli olub. Artıq 38 yaşlı bir futbolçuya “yaşlı” deməyə adamın dili gəlmir. Bu yaşda olan bir futbolçu çox rahat şəkildə “hələ 3-4 il də oynaya bilərəm” deyə bilir. Mən hələ ki bu mövzuda heç bir qərar verməmişəm. Sadəcə, üzərimdə çalışmağa davam edirəm.

- Karyeranı bitirəndən sonra nə edəcəyinə qərar vermisənmi? Səncə, nə üçün qapıçıların çox az bir hissəsi baş məşqçi olur?
- Bunun səbəbini bilmirəm. Ancaq düşünürəm ki, qapıçı futbolda ən az dəyər verilən mövqedi. Halbuki qapıçı zədələnən kimi oyun dayandırılır. Amma sahə oyunçusu zədələnəndə oyun dayanmır. Mənə görə futbol tarixinin ən yaxşı və vacib mövqeyi qapıdı. Qapıçılardan nə üçün baş məşqçi çıxmadığını həqiqətən bilmirəm. Məsələn, uşaqlardan “hücumçu olmaq istəyirsən, yoxsa qapıçı” soruşsaq, böyük əksəriyyəti “hücumçu” deyəcək. Qapıçı olmaq istəyən çox azdı. Həm də qapıçılara, adətən, “dəli” deyirlər. Zərbəni üzünlə qaytarmaqdan qorxmamaq üçün ancaq dəli olmalısan...

- Transferdən qazandığın ilk pulla nə aldın?
- Ailəmə ev aldım. 3 il həmin evdə yaşadıq.

- Seyvlərin arasında ən çox bəyəndiyin hansıdı?
- 2011-də Amerika Kubokunun finalında Uruqvayın heyətində 1/4 finalda Argentina ilə oyundakı qurtarışım mənim üçün unudulmazlar arasındadı. Teves cərimə zərbəsini yerinə yetirəndən sonra top “canlı sədd”ə dəyərək istiqamətini dəyişdi. Mən artıq tullanmışdım və son anda ayağımla topun qarşısını kəsdim. Ardından İquayn ikinci zərbəni vurdu və onun da qarşısını kəsdim. Karyeramda ən çox sevdiyim qurtarışdı.

- Neçə yaşında peşəkar olmusan? Nə vaxtsa ehtiyatda qalmısanmı?
- 2004-cü ildə - 18 yaşımda peşəkar oldum. Təbii ki, ilk illərimdə çox ehtiyatda qalmışam. Yalnız 2009-dan bəri daim klubda və yığmada əsas heyətdə oynamağa başladım. “Latsio”da ilk ilim 2007/08 mövsümünə təsadüf etmişdi. O vaxt Marko Ballotta da komandada idi. Mənim 21, onun 43 yaşı var idi. Çempionatın ilk 5 turunda mən oynadım. Amma “Milan”a evdə böyük hesabla uduzduğumuz oyundan sonra mənim üçün işlər qəlizləşdi. İkinci qapıçıya çevrildim və uzun müddət ehtiyatda qaldım. Həyatımın ən çətin anları idi. Amma o hadisədən özüm üçün lazımi dərslər çıxardım, çox şey öyrəndim. Nə olur-olsun, vaz keçmədim. Çox çalışdım. Mənim üçün sanki hər şeyin başlanğıcı həmin il oldu.

- “Panenka zərbəsi” haqda nə düşünürsən?
- Hərənin topa bir cür zərbə vurmaq tərzi var. Bəziləri sərt vurur, bəziləri isə topu konkret bir küncə yönəldir. Amma burda əsas olan yekun nəticədi. Kimin topu necə vurmasından asılı olmayaraq, hər kəsin hədəfi qol vurmaqdı.

- Qapıçı gözü ilə baxanda Mauro İkardi necə forvarddı?
- İkardinin necə dəyərli futbolçu olduğunu qısa bir fikirlə izah etməyə çalışacam. Evimdə başqa futbolçulara aid üç cüt buts var. Biri Suaresin, biri Droqbanın, digəri isə İkardinindi. Əslində Burak Yılmazdan da bir dəfə istəmişdim. Amma ondan ala bilmədim.

- Müasir futbolda sanki fenomen qapıçıların sayı azalıb. Bunun səbəbi nədi?
- Səbəb odu ki, artıq qapıçılar səviyyə baxımından bir-birinə yaxındı. Əvvəllər Buffonla başqaları arasında fərq böyük idi. Amma indiki qapıçılar arasında fərq böyük deyil. Məsələn, Martines, Simon, Donnarumma səviyyə baxımından bir-birinə yaxın olan yaxşı qapıçılardı. Hərçənd Donnarumma həmişə Donnarummadı. O bir qədər ayrıdı.

- AÇ-2024-də ən çox bəyəndiyin qapıçı kim oldu?
- Çempion olduqları üçün demirəm, həqiqətən də İspaniya yığmasının qapıçısı Unay Simonu çox bəyənirəm.

- Yığma karyeranı bir qədər erkən bitirdiyini düşünmürsənmi?
- Xeyr. Əksinə, yığma ilə tam zamanında vidalaşdığımı düşünürəm. Yığma ilə bağlı bütün arzularım həyata keçdi. Bu il ABŞ-da keçirilən Amerika Kubokunu izləyərkən bir dəfə də olsun “kaş mən də orda olaydım” demədim. Turniri böyük maraqla izlədim.

- Torreyraya “Qalatasaray”a gəlməyi sən məsləhət görmüşdün. Hazırda başqa elə bir futbolçu var?
- Bəli, Torreyranın “Qalatasaray”a gəlməsini mən istəmişdim. Kaş ki, indi də elə biri olaydı. Amma hazırda elə bir futbolçu yoxdu.

- Muslera olmaq üçün nə etmək lazımdı?
- Özüm haqda danışmağı xoşlamıram. Amma qısaca cavab verməli olsam, işin sirri tənqidlərə qarşı dözümlü olmaq, daim böyüməyə can atmaq və hər gün güclənməkdi. Heç bir uğur öz-özünə qazanılmır. Çalışmaq, çalışmaq və yenə də çalışmaq!

ƏLİ RAUFOĞLU hazırladı

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-04-2023, 13:0

Musleranın yubiley oyunu

Dünya futbolu

31-10-2023, 15:0

''Qalatasaray'' Muslera ilə bağlı qərarını verdi

Dünya futbolu

29-09-2022, 18:0

Muslera ''Qalatasaray''da tarix yazmaqda davam edir

Dünya futbolu

25-02-2024, 21:0

''Qalatasaray'' ilə Muslera anlaşa bilmir

Dünya futbolu

20-03-2024, 12:0

''Qalatasaray'' ilə Muslera arasında problem yoluna qoyuldu

Dünya futbolu / Manşet

10-03-2024, 20:0

Musleradan növbəti yubiley

Aktual
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
Son xəbərlər
  • Bu gün, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Bu gün, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Bu gün, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Bu gün, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Bu gün, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Bu gün, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Bu gün, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Bu gün, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Bu gün, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 217
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 196
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 176
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə