“Qarabağ” bu gün ÇL-in 2-ci təsnifat mərhələsi çərçivəsində “Linkoln”un qonağı olacaq.
Bilindiyi kimi, oyun “qırmızı şeytanlar”ın ev oyunlarını keçirdiyi “Viktoriya”da yox, “Europe Point” stadionunda keçiriləcək. Təxminən 2 min yerlik stadionda nə qədər tamaşaçının oyunu izləyəcəyi maraq doğurur. Görəsən, anşlaq yaşanacaqmı? Eyni zamanda, ağdamlılara azarkeşlik edənlər olacaqmı? Həm bu suallar, həm də komandanın son durumu barədə məlumat almaq üçün “köhlən atlar”ın mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri: