"Qarabağ"ın oyununda anşlaq olacaq

4.07.2022 10:34 389
Çempionlar Liqası
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Lex" - "Qarabağ" oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, "Poznan" stadionunda baş tutacaq görüşə 22 mindən çox bilet satılıb. Bu barədə Polşa klubunun mətbuat xidməti məlumat yayıb.

"Lex"in stadionunun tutumu 43 min 269 nəfərdi.

Matç iyulun 5-də baş tutacaq. Komandalar arasındakı cavab oyunu 12-də Bakıda olacaq.