Jorj Mikautadze klubunu dəyişməyə yaxındı.
Gürcüstan millisinin və “Mets”in hücumçusu karyerasını “Monako”da davam etdirməyə yaxındı. Fabritsio Romanonun məlumatına görə, “knyazlıq klubu” artıq 23 yaşlı futbolçu ilə razılaşıb. “Monako” rəhbərliyi bundan sonra “Mets”ə transfer qiyməti bağlı təklif göndərib. “Monako” AÇ-2024 sonuna qədər gürcüstanlı futbolçunun keçidi üçün bütün detalları həll etməyə çalışır.
Qeyd edək ki, Mikautadze 3 qolla Avropa çempionatının qrup mərhələsinin bombardiri olub.