• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zaur Axundov “Araz-Naxçıvan”ın və futzalın da yükünü daşıya biləcəkmi?

Ölkə futbolu / Manşet

9-07-2024, 21:0

İyulun 6-da Naxçıvan Futbol Federasiyasının inzibati binasında qurumun prezidenti vəsifəsinə seçkiylə bağlı iclas keçirilib.

İclasda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının əməkdaşları, gənclər və idman idarələrinin rəisləri, federasiya nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər. Gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov gündəlikdə duran əsas məsələylə bağlı fikirlərini bölüşüb, federasiyadakı prezident seçkisinin Naxçıvan futbolunda əsaslı dönüşün yaranmasına səbəb olacağına inamını ifadə edib, təmsil etdiyi qurumun öz səlahiyyətləri çərçivəsində idmanın inkişafına xidmət edən istənilən əməkdaşlığa, dəstəyə daim hazır olduğunu vurğulayıb.

Məcid Seyidov federasiya prezidenti vəzifəsinə Zaur Axundovun namizədliyini irəli sürüb. Açıq səsvermənin nəticələrinə uyğun olaraq Zaur Axundov yekdilliklə federasiyanın prezidenti seçilib.Yeni seçilmiş rəhbər etimada görə minnətdarlığını bildirib, ilk növbədə Muxtar Respublikada uşaq futbolunun inkişafıyla bağlı işlər aparacağını diqqətə çatdırıb. Naxçıvandakı futbolsevərlərin “Araz-Naxçıvan” intizarına son qoymaq, eyni zamanda yerli futbolçuların inkişafına nail olmaq üçün yaxın zamanlarda Muxtar Respublika stadionunun təmir olunaraq beynəlxalq tələblər səviyyəsinə gətirilməsiylə bağlı işlər aparıldığını deyən federasiya prezidenti, bununla paralel bölgələrdə yeni futbol qruplarının yaradılması, yarışların keçirilməsi, məşqçilərin təhsili və digər planlar barədə danışıb, Naxçıvanda futbolun dirçəlişi üçün maksimum çalışacaqlarını diqqətə çatdırıb. Qeyd edək ki, o, bu vəzifədə Qəzənfər Abdullayevi əvəzləyib.

Bilindiyi kimi, Zaur Axundov həm də 2008-ci ildən Azərbaycan Futzal Federasiyasının prezidentidi. Yeni prezident paralel şəkildə başqa işlərini də həyata keçirəcək. Yəni Futzal Federasiyasından da ayrılmayacaq. Bəs ümumi durum nə yerdədi? Belədə bəzi detallara varmaqda fayda var.
Maraqlıdı ki, Zaur bəy həm də “Araz-Naxçıvan”ın qeyri-rəsmi rəhbəridi. Baxmayaraq ki, klubun “de-yure” sahibi qardaşı Ramin Axundovdu. Düzü, Muxtar Respublika təmsilçisi premyer-liqanın 2023/24 mövsümünün ilk yarısında yaxşı mənada ün qazanmışdı. Həmin dövrdə komanda baxımlı oyunla diqqət mərkəzində idi ki, daha çox sevilirdi. Zaur Axundov da kollektivlə birgə bölgələrdəki səfər matçlarına yollanır, oyun bitəndən sonra, hətta məğlub olduqları halda belə biz jurnalistlərin önünə çıxır, suallarımızı cavablamaqdan çəkinmirdi. Lakin “qırmızı-ağlar”ın nəticələri pisləşdikcə media nümayəndələrindən aralı gəzməyə başladı. Onu görmək üçün “sky-box”lara boylanmalı olduq. Zaur bəyin idarəsi altında olan futzalda da ürəkaçan mənzərə yoxdu.

Artıq bu idman növünün şəriksiz lideri “Araz-Naxçıvan”ın hər mövsüm rəqiblərini sillələməsinə, maddi üstünlüyü sayəsində komandalara aman verməməsinə alışmışıq. Lap yaxşı edirlər, amma belədə Muxtar Respublika təmsilçisindən beynəlxalq arenalarda uğur gözləyirik ki, gözümüz yolda qalır. Bu dəfə uğurlu olacaqlarmı? Bilmirik. Amma futzalımızın ümumi durumu bəllidi. Bir sözlə ifadə etsək, fiasko! Növbəti mövsüm fərqli olacaqmı? Bilmirik. Hər şeyə rəğmən, ümidli olmaq istəyirik. Ona görə ki, stadionu olmadan premyer-liqada çıxış edən “Araz-Naxçıvan” məxsus olduğu yerə qayıtmalı, doğma publika önündə meydana çıxmalıdı. Ona görə ki, futzaldakı “Araz-Naxçıvan”a tən komandalar olmalıdı. Çempion olmasınlar demirik ki, ciddi rəqabət şəraiti arzulayırıq. Odu ki, Zaur Axundovun bundan sonra hər iki vəzifəsinin öhdəsindən gələ biləcəyinə inanmaq istəyirik. Hər halda, növbəti mövsüm yaxınlaşır. Belədə Zaur bəyin prezident seçilərkən işlətdiyi ifadələri qalxan edib Naxçıvan futbolunun inkişafına, futzalda islahatların aparılacağına və premyer-liqa iştirakçısı “Araz-Naxçıvan”ın ən azı evinə dönməsinə ümid edə bilərik.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

6-07-2024, 13:0

Zaur Axundov Federasiya sədri seçildi

İdman

20-05-2022, 10:0

Fərid Qayıbov rayon gənclər və idman idarələrinin rəisləri ilə görüşdü

Aktual
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Son xəbərlər
  • Bu gün, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Bu gün, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Bu gün, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Dünən, 11:30
    Milandan Madridə yollanacaq
  • Dünən, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Dünən, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 10:00
    London klubunu tərk etdi
  • 6-06-2026, 23:0
    A seriyasında istefa
Daha çox
Oxunub: 711
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 247
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 153
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə