• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Fritx Stuxlik və Barış Şimşək kimi əcnəbilərdən sonra vəziyyət göz qabağındadı"

Ölkə futbolu / Manşet

4-07-2024, 15:0

AFFA Hakimlər Komitəsinin sabiq sədri Barış Şimşəyin yeri hələ də boş qalıb.

"Football-plus.az" xəbər verir ki, onu əvəz edəcək şəxsin yerli, yoxsa əcnəbi olacağı yönündə hələ ki qərar yoxdu. Ölkənin ali futbol qurumu bu mövzuda səssizliyi qoruyur. Yeni - 2024/25 mövsümünün startına isə cəmi bir ay qalır. Barış bəyin ölkəmizdə çalışdığı son iki ili futbol ictimaiyyəti heç də yaxşı qiymətləndirmədi. Fritx Stuxlikin 4 illik fəaliyyətinin ardından türkiyəli mütəxəssisin gördüyü iş bir çox futbol adamının əcnəbilərə inamını sarsıtdı. İndi yeni rəhbərini yerli mütəxəssis olmasını istəyənlərin sayı daha çoxdu. Bəs bizə yerli, yoxsa əcnəbi hakim, daha doğrusu, hakimlər korpusunun rəhbəri lazımdı?

Sabiq FİFA referisi Fariz Yusifovun fikrincə, əcnəbi mütəxəssislərin fəaliyyəti inkişafa səbəb olmaq əvəzinə qüsurları artırıb:

“Hələ ki bu mövzuda susqunluq görürük. Ümid edirəm ki, AFFA-nın yeni rəhbərliyi əvvəlkindən fərqli bu sahəyə diqqəti artırar. Yəqin ki, əcnəbi namizəd gündəmdə olmaz. Fritx Stuxlik və Barış Şimşək kimi əcnəbilərdən sonra vəziyyət göz qabağındadı. Hakimlər Komitəsinin idarəçiliyini çempionatın sonundakı nəticələrdən hiss etdik. Hətta eşitdiyimə görə, komandaların sayının artırılmamasının səbəblərindən biri də hakimlərin azlığı ilə bağlıdı. Əcnəbi hakimlər biri iki, o biri dörd il işlədi. Qazandılar, yedilər, getdilər. Amma onların heç birindən hesabat alınmadı ki, işlədiyiniz müddətdə Azərbaycan hakimlik məktəbinə nə töhfə verdiz, kimləri yetişdiz? Açığı, 10 ilə yaxındı hakimlik fəaliyyətimi bitirmişəm. Amma hələ də mənimlə çiyin-çiyinə hakim işləyən həmkarları görürəm. İstər baş hakim, istər köməkçi olsun, əksəri köhnələrdi. Halbuki vaxt gedir, komandalar ildən-ilə inkişafdadı. Hakimlər Komitəsində isə son dönəmlər susqunluqdu. Ümid edirəm ki, rəhbərlik bu isdə daha diqqətli, səriştəli, qəti qərarlar verər. Bacarığına, savadına gorə Azərbaycan hakimliyinə fayda verə biləcək bir şəxs tapar, bu vəzifəni ona həvalə edər. Yeni rəhbərlik də onun qarşısına tələblər qoyar. Bu elə bir sahədi ki, rəhbər vəzifədə hər kəsin qəbul və hörmət etdiyi sima olmalıdı. Boşuna kimisə gətirmək olmaz. Əcnəbilər işlədi, heç nə də vermədi. Azərbaycanlı, bacarıqlı, bu sahəni yaxşı bilən yerli namizəd seçmək olar. Mütləq onlara güvənmək lazımdı. Hər hansı qərara verərkən tələsməsələr, yaxşı olar. Çox istərdim ki, ölkəmizdə bu sahədə nöqsanlar aradan qalxsın. Fəqət bizdə futbolun inkişafı, komandaların strukturu yaxşılaşdırması yönündə addımlar atılsa da, Hakimlər Komitəsi geri qalır. Avropa çempionatına da baxanda görürük ki, hakimlər komandaların səviyyəsinə uyğun idarəçilik edirlər. Hansısa hakim təlimatdan kənar çıxan kimi çempionatdan kənarlaşdırılır. Bir də özümüzə baxaq: Azərbaycana Hakimlər Komitəsinin sədri kimi gətiriləsən, 4 il işləyəsən, heç bir nəticə vermədən də çıxıb gedəsən. Heç kim də səndən hesabat istəməsin. Belə şeylər olmasın deyə gətirilən mütəxəssis məsuliyyət hiss etməlidi ki, hansı ölkəyə gedir, harda işləyəcək? Başda Tofiq Bəhramov olmaqla ondan sonra hakimlik məktəbimiz postsovet məkanında sayılıb-seçilib. İstərdim ki, inkişaf olsun, yeni simalar üzə çıxaraq. Regionlarda gənc və perspektivli hakimlər var ki, onları tapmaq, üzə çıxarmaq lazımdı. Yerli mütəxəssis seçilsə, mən də sevinərəm, əlimdən gələn köməyi də əsirgəmərəm. Bu sahədə uzun illər can qoyduğum üçün mən də istərdim bir köməyim dəysin”.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

5-04-2024, 17:0

Barış Şimşək ayrılır?

Ölkə futbolu / Manşet

6-04-2024, 16:0

Barış Şimşək Tahir Süleymanovla əvəzlənir - veteran hakim AFFA-ya hansı mesajı göndərdi?

Ölkə futbolu

17-07-2022, 21:0

"Çoxları deyir ki, Barış Şimşək sırf VAR mütəxəssisi olduğu üçün irəli çəkilib"

Aktual / Manşet

15-07-2022, 13:0

AFFA Hakimlər Komitəsinin yeni sədri bəlli oldu

Ölkə futbolu / Manşet

30-05-2023, 17:0

Əliyar Ağayevin hərəkəti Barış Şimşəyin xoşuna gəlməyib – ÖZƏL

Ölkə futbolu

16-07-2022, 20:0

AFFA-nın seçimi niyə Barış Şimşək olub? - AÇIQLAMA

Aktual
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
Son xəbərlər
  • Bu gün, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Bu gün, 21:12
    Şimali Amerikaya yollandı
  • Bu gün, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Bu gün, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Bu gün, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Bu gün, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Bu gün, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Bu gün, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Bu gün, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Bu gün, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Bu gün, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Bu gün, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Bu gün, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 13:05
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Bu gün, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Bu gün, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 169
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 158
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə