Barış Şimşək ayrılır?

5.04.2024 17:55 275
Ölkə futbolu / Manşet
AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəklə müqavilənin müddətinin uzadılmayacağı ilə bağlı xəbərlər yayılır.

“Football-plus.az” həm xəbərin doğruluğunu, həm də müqaviləsinin müddəti iyunda başa çatacaq türkiyəli mütəxəssisin yerinə kimin gətiriləcəyini öyrənmək istəyib. Bunun üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamantinin rəhbəri Elnur Məmmədliylə əlaqə saxladıq:

“Hələ ki Barış Şimşəyin müqaviləsi davam edir, işinin başındadı. Bu barədə heç bir yeni məlumat yoxdu”.

KAMAL SƏFƏR