• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi”nin yeni baş məşqçisi açıqlandı

Ölkə futbolu

26-06-2024, 16:0

“Neftçi”nin baş məşqçisi vəzifəsinə ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb:

"Təcrübə mübadiləsi məqsədilə beynəlxalq tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olan Qriqorçukla anlaşma əldə olunub və 2 illik müqavilə imzalanıb.

Məşqçilik fəaliyyətinə 1998-ci ildə köməkçi məşqçi kimi başlayan, 2000-ci ildən etibarən isə baş məşqçi postunu tutan mütəxəssis Latviyanın “Dinaburq” (1998-2005) və “Ventspils” (2005-2009), vətənində “Metallurq” (2009-2010) və “Çernomorets” (2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Azərbaycanın “Qəbələ” (2015-2018), Qazaxıstanın “Astana” (2018-2019), Belarusun “Şaxtyor” (2020-2021) klublarında çalışıb.

Təcrübəli məşqçi “Ventspils”dəki fəaliyyəti dövründə klubuna 3 dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), 2 dəfə Latviya kubokunu (2005, 2007) qazandırıb və Latviyanın ən yaxşı məşqçisi adına layiq görülüb (2009). Onun rəhbərliyi altında Odessanın “Çernomorets” klubu 2010/11 mövsümündə Premyer Liqaya çıxıb, 2012/13 mövsümündə isə Ukrayna kubokunun finalçısı olaraq UEFA Avropa Liqasında iştirak etmək hüququ qazanıb və turnirin qrup mərhələsinə yüksəlib. Qriqorçuk komandası ilə Xorvatiyanın “Dinamo” (Zaqreb), Hollandiyanın “PSV Eyndhoven” və Bolqarıstanın “Ludoqorets” (Razqrad) klubları ilə apardığı mübarizələrin nəticəsində 2-ci yeri tutaraq daha bir uğura imza atıb və UEFA Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb. Qriqorçukun “Qəbələ”də çalışdığı 3,5 mövsümlük fəaliyyət dövrünü də uğurlu hesab etmək olar. Belə ki, onun başçılığı altında klub Azərbaycan premyer-liqasının bürünc və gümüş medallarına yiyələnib, ölkə kubokunun finalçısı olub, eləcə də tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə çıxmağı bacarıb və daha sonra bu uğuru təkrarlayıb. O, həmçinin Qazaxıstan premyer-liqasının və superkubokunun qalibi etdiyi “Astana” ilə Avropa Liqasının qrup mərhələsində “Mançester Yunayted” üzərində qələbə qazanıb. 2020-ci ildə Belarus “Şaxtyor”unun sükanı arxasına keçib və qısa müddət ərzində klubu ölkə çempionatının və superkubokunun qalibi edib.

“UEFA Pro” lisenziyalı məşqçi 1965-ci ildə Ukraynanın İvano-Frankovsk vilayətinin Korniç kəndində anadan olub. Futbolçu kimi 5 ölkədə çıxış etmiş 59 yaşlı mütəxəssis vətənində “Prikarpatye” (1988-1994) və “Krivbass” (1995-1996), Avstriyada “Sankt-Pelten” (1994), Polşada “Petroximiya” (1995), Rusiyada “Saturn” (1996-1997) və Latviyada “Dinaburq” (1998-1999) kimi klubların şərəfini qoruyub".

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

28-06-2022, 17:0

"Neftçi" yeni məşqçi ilə müqavilə imzaladı

Ölkə futbolu

25-06-2024, 17:0

"Qəbələ"nin məşqçilər korpusunda yeni təyinat

Premyer-liqa / Manşet

25-02-2024, 21:0

Kaxaber Sxadadze "Qəbələ"də

Premyer-liqa

18-05-2022, 15:0

Azərbaycan derbisi rəqəmlərin gözü ilə

Premyer-liqa / Manşet

27-05-2024, 18:0

"Qəbələ"dən baş məşqçi qərarı

Premyer-liqa

10-04-2023, 10:0

“Neftçi” rekordu yenilədi: 21-ci mükafat

Aktual
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Masazır təmsilçisinin qəribə Şüvəlan seçimi... - klub rəsmisi səbəbi dedi
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
"Sabah"ın məğlub heyəti, qələbə həsrəti - "bayquşlar" ÇL-yə hazırdımı?
“Xızıroğlu” Xızır kimi yetişdi
Boqomolski coşdu – 10 oyunda 0 qol, 4 oyunda 4 qol!
Son xəbərlər
  • Bu gün, 21:32
    “Rəqibin ötən mövsümdəki 6-7 oyununu izləmişik” - "Nyu Seynts"in baş məşqçisi
  • Bu gün, 21:20
    "Neftçi" "Partizan"a da uduzdu
  • Bu gün, 20:39
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 19:21
    "Sumqayıt"ın rəqibləri bilindi
  • Bu gün, 18:50
    "Bu dəfə daha yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Bu gün, 18:30
    "Qarabağ" azarkeşləri üçün şad xəbər - ciddi problem aradan qalxdı!
  • Bu gün, 18:10
    Dünya çempionatının antirekordçusu oldu
  • Bu gün, 17:39
    Salah üçün növbəti mükafat
  • Bu gün, 17:08
    Səudiyyə Ərəbistanı klubunda yeni təyinat
  • Bu gün, 16:40
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 15:42
    Kapitan “gəmini” tərk etməyəcək
  • Bu gün, 15:23
    Niderlandda qərar tutdu
  • Bu gün, 15:11
    “Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır
  • Bu gün, 14:40
    Tural Qurbanov Konfrans Liqası matçını idarə edəcək
  • Bu gün, 14:19
    Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
  • Bu gün, 13:58
    Mbappe yenidən liderliyə yüksəldi
  • Bu gün, 13:27
    İspaniya klubunda yeni təyinat
  • Bu gün, 12:57
    Masazır təmsilçisinin qəribə Şüvəlan seçimi... - klub rəsmisi səbəbi dedi
  • Bu gün, 12:26
    Qol vurduğu üçün fikrini dəyişdi
  • Bu gün, 11:55
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:34
    Millimizin seçmə mərhələ heyəti açıqlandı
  • Bu gün, 11:13
    Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
  • Bu gün, 10:52
    “Neftçi” bu gün “Partizan”la üz-üzə gələcək
  • Bu gün, 10:31
    Bundestimin rekordu təkrarlandı
  • Bu gün, 10:00
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 07:48
    İngiltərə də 1/4 finala vəsiqə qazandı - DÇ səhəri
  • Bu gün, 02:05
    Holann Braziliyanı evə göndərdi - DÇ gecəsi
  • Dünən, 23:59
    Romadan Milana üz tuta bilər
  • Dünən, 23:39
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:00
    Fransaya qayıtmayacaq
  • Dünən, 22:37
    Mahir Almaniyaya yollandı, sabah məşqlərə başlayacaq! - başqa klubla anlaşıb?
  • Dünən, 22:21
    "Qarabağ"da daha bir ayrılıq - hücumçu Şotlandiya çempionuna gedir!
  • Dünən, 22:00
    "Qəbələ" hazırlıqlara başladı
  • Dünən, 21:30
    “Şamaxı”dan növbəti transfer
  • Dünən, 21:05
    İngiltərədə klubunu dəyişəcək
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 175
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 140
Kaşkilyanın da Allahı var!
Oxunub: 139
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə