Türkiyə - Portuqaliya matçının ən yaxşı futbolçusu bəlli oldu

22.06.2024 22:25 320
Dünya futbolu
Almaniyada keçirilən AÇ-2024-ün 2-ci turunda baş tutan Türkiyə - Portuqaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı yarımmüdafəçi Bernardu Silva qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. O, görüşdə bir qolla yadda qalıb.

Qeyd edək ki, portuqaliyalılar 3:0 hesablı qələbəyə sevinib.