Cüdoçularımızdan daha 3 medal

21.06.2024 23:20 279
İdman
Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarının ilk günündə cüdoçular 3 medal qazanıb.

“Football-plus.az” xəbər verir ki, hər üç medalın əyarı bürünc olub.

Qadınların mübarizəsində Südabə Ağayeva (70 kq) 3-cü yeri tutub. Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (70 kq) yarışı 5-ci pillədə tamamlayıb.

Kişilər yarışında isə Hüseyn Allahyarov (60 kq) və Rəşad Yelkiyev (66 kq) fəxri kürsüdə yer alıblar. Nəriman Mirzəyev (73 kq) oyunları 5-ci pillədə başa vurub.

Bununla da Azərbaycan idmançılarının Oyunlarda qazandığı medalların sayı 24-ə qalxıb. Komandamızın hesabında 6 qızıl, 5 gümüş və 13 bürünc mükafat var.