2-ci Liqanın ən çox tamaşaçı toplayan oyunu 1-ci tura təsadüf edib.
“Football-plus.az” xəbər verir ki, "Şəki Siti" ilə “Dinamo” arasında görüşdə 1100 izləyici olub. “Lerik” – “Qusar” matçında 900, “Cəbrayıl” – “Füzuli” oyununda 800 seyrçi qeydə alınıb.
2-ci Liqanın 182 oyunundan 6-sı texniki nəticə ilə yekunlaşıb. Digər 176 matçı 24092 tamaşaçı izləyib. Ev oyunlarındakı orta seyrçi sayında Şəki təmsilçisi liderdir. “Ağdaş” bu göstəricidə ikincidir. İlk “üçlüy”ü “Şəmkir” qapayıb.
Ən çox azarkeş “Şəki Siti” - “Dinamo” matçında qeydə alınıb
I liqa






