• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hər kəsin qürur duyacağı bir komanda yaratmalıyıq” - Bronkhorst imza mərasimində nələr dedi?

Dünya futbolu

18-06-2024, 20:0

Xəbər verdiyimiz kimi, “Beşiktaş”ın yeni məşqçisi Covanni van Bronkhorst srağagün İstanbula ayaq basdı.
“Football-plus.az” xəbər verir ki, dünən isə “Tüpraş Stadionu”nun moda mərkəzində niderlandlı mütəxəssis üçün imza mərasimi keçirildi. Başqan Hasan Aratın da iştirak etdiyi mərasimdə 49 yaşlı çalışdırıcı həm “2+1” illik müqaviləyə imza atdı, həm də türkiyəli həmkarlarımıza ilk açıqlamalarını verdi:

“Beşiktaş”dan təklif alarkən qürurlandım. Çünki “Beşiktaş” böyük klubdu və çoxlu sayda tərəfdarları var. Böyük klublar həmişə titullar üçün savaşmalıdı. Güclü, təslim olmayan və titullar üçün savaşan bir komanda yaradacağıq. Başqanımıza və rəhbərliyə məni isti qarşıladıqları üçün minnətdarlığımı bildirirəm. Çalışmaya başlamaq üçün səbirsizlənirəm. Onsuz da klubun böyüklüyündən xəbərim var idi. İlk növbədə fanatlarımızı görmək, onlarla tanış olmaq üçün səbirsizlənirəm. Mənim üçün çox böyük və məsuliyyətli bir andı. İlk gündən etibarən ən güclü şəkildə çalışmalarımız başlayacaq. Hər kəsin yardımına ehtiyacım var. Köməkçilərim arasında klubu yaxşı tanıyan məşqçilər var. Onların da mənə köməyi dəyəcək. Özümü rahat və enerjili hiss edirəm. İndi bu enerjidən düzgün şəkildə faydalanmalıyam. Ayın sonunda rəsmi şəkildə işə başlayacam. Mövsümöncəsi hazırlıq dönəmi çox mühüm əhəmiyyət daşıyır. Ona görə də hər kəsin istəkli və eyni fikirdə olması önəmlidi. Transfer çalışmalarına da, təbii ki, start vermişik. Komandaya gətirə biləcəyimiz oyunçularla bağlı araşdırmalar, danışıqlar davam edir. Əslində mənim ağzımdan komandadan ayrılacaq və yeni gələcək futbolçularla bağlı o qədər də çox söz eşitməyəcəksiz. Bu mövzuya girməyəcəm. Bu məsələni Bred Fridel və rəhbərlik ilə müzakirə edəcəm. “Reyncers”lə Avropa Liqasında finala yüksəldiyimiz mövsümdə çox yaxşı qrafik cızmışdıq. Orda məndən əvvəl çalışmış məşqçi də çox yaxşı bir komanda qoyub ayrılmışdı. Həmin heyətdə yer alanlar uzun illər bir yerdə oynamışdılar. Bu işlər çox çalışmaq və inam hissi ilə başlayır. Mən çalışdığım hər klubda futbolçulara ilk növbədə inam aşılamağa çalışıram. Onlar uğur qazana biləcəklərinə inanmalıdılar. “Beşiktaş”ı çoxdan izləyirdim. Burda işləmək arzum həyata keçdiyi üçün şadam. Komandanın ötən mövsümdəki bir çox oyununu izlədim. Çempionatda işlər qaydasında getmədi. Çünki xal fərqi çox erkən açılmağa başladı. Amma futbolçuların Türkiyə kubokuna nə dərəcədə kökləndiyini gördüm. Kuboku qazanmağımız məni ikiqat sevindirdi. Artıq bunlar hamısı geridə qalıb. Yeni bir səhifə açılır. İlk oyundan tam hazır vəziyyətdə olduğumuza əmin olmalıyıq. Həyatda insanın əlinə bir neçə dəfə meydan oxumaq fürsəti düşür. Belə şeylərə ehtiyacımız var. Hər birimiz üçün bu, tamə yeni bir meydan oxumaq fürsətidi. Ona görə də hər kəsin qürur duyacağı bir komanda yaratmalıyıq. Bunu sözdə yox, meydanda göstərəcəyik. Avropanın ən yaxşı stadionlarından birinə malikik. Elə etməliyik ki, rəqiblərin burdan xalla qayıtması çox çətin bir məsələyə çevrilsun. “Altyapı”mız güclüdü. Semih Kılıçsoy kimi futbolçunun yetişməsi bunu bir daha təsdiq edir. Ümumiyyətlə, gənc futbolçularımız bizim üçün böyük önəm daşıyır. Akademiyadakı futbolçuların əsas komandaya yüksəlmək üçün çox istəkli olduqlarını gördüm. Bu, məni həm sevindirir, həm də həyəcanlandırır. Bilirəm ki, indi siz jurnalistləri ilk növbədə transfer mövzusu maraqlandırır. Amma az öncə də dediyim kimi, bu mövzunu az aramızda müzakirə edəcəyik və bizə lazım olan futbolçuları müəyyənləşdirəcəyik. Oyun anlayışımın futbolçulara inkişaf etmək baxımından yardım edəcəyinə inanıram. Çünki komandanın ötən mövsümdəki oyunlarını izlədikdən sonra “Beşiktaş”ın necə oynamalı olması ilə bağlı beynimdə konkret fikirlər formalaşdı. Təbii ki, bu, həm də rəqibə görə dəyişəcək. Mən hədəfi olan məşqçiyəm. Bu sahəyə titullar, çempionluqlar qazanmaq üçün gəlmişəm. Futbol mentallığım məhz belədi. Ona görə də çalışmışam ki, hədəfləri olan klublarda işləyim. Hədəfsiz klubda işləməmişəm. Niderlandda 4-3-3 sistemi ilə böyümüşəm. Amma həm oynadığım, həm də baş məşqçisi olduğum klublar konkret bir sistemdən asılı olmayıb. “Beşiktaş”a da bunu aşılamağa çalışacam”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-01-2024, 23:0

“Beşiktaş”ın yeni baş məşqçisi bəlli oldu

Dünya futbolu

1-08-2023, 16:0

Xorvatiyalı ulduz “Beşiktaş”ı seçdi

Dünya futbolu

2-10-2023, 10:0

“Koç Holdinq” yenə “Beşiktaş”ı darda qoymadı!

Dünya futbolu

23-09-2023, 12:0

''Beşiktaş'' stadion üçün yeni sponsor tapdı

Dünya futbolu

21-01-2023, 13:0

''Beşiktaş'' 3-cü dəfə Abubakara qovuşdu

Dünya futbolu

11-06-2024, 11:0

Van Bronkhorstun maaşı açıqlandı

Aktual
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Son xəbərlər
  • Bu gün, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Bu gün, 18:45
    Kukurelya hara üz tutacaq?
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 311
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 177
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə