• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gənclər Bolqarıstanı məğlub edə bilmədi - REPORTAJ

Yığma

13-06-2024, 22:0

U-21 srağagün növbəti yoldaşlıq oyununa Mərdəkanda çıxdı.

Rəqib Bolqarıstan idi. Tribunalarda “Göyqurdlar”dan və futbolçuların ailələrindən başqa kimisə görmədik. Media sektorunda isə sadəcə, iki-üç jurnalist qərarlaşmışdı. Təbii ki, bunun səbəbi əsas yığmanın da eyni gündə Qazaxıstanla qarşılaşması idi.

Oyun qarşılıqlı hücumlarla başladı. Tərəflər ilk dəqiqələrdən kəşfiyyat xarakterli hücumlara üstünlük verdi. Salyanski 3-cü dəqiqədə “çərçivə”yə düşsə də, qolkiper yerində idi. Qonaqların buna cavabı özünü gözlətmədi. 5-ci dəqiqədə Atanasovun zərbəsi qüvvətli, amma qeyri-dəqiq alındı. Ardından irəli atılan futbolçularımız qola yaxın oldu. Lakin rəqib müdafiəçilər nə Nərimanın, nə də Ağadadaşın zərbə vurmasına imkan verdi. 35-ci dəqiqədə Rüfət Abbasov düşünülmüş ötürmə ilə Salyanskini zərbə mövqeyinə çıxardı. Amma Ağadadaş topu qapıdan keçirə bilmədi. Çox keçmədən Xəyal Əliyev diqqət mərkəzinə düşdü. Lakin onun da zərbəsində dəqiqlik çatmadı. Əvəzində bolqarlar hesabı açmağa yaxın oldu. İliyevin uzaq məsafədən zərbəsi qapıdan yan keçdi.

İkinci yarı da eyni ssenari ilə başladı. 50-ci dəqiqədə İliyevin zərbəsini Ramazanov dəf etdi. Epizodun davamında komandamız təhlükəli əks-hücuma çıxdı. Nərimanın ötürməsini Rzayev zərbə ilə tamamladı. Lakin qapıçı yerində idi. Oyunun davamında tərəflər əsasən müxtəlif taktikaları sınadı. Matçda ən real qol vəziyyəti isə 76-cı dəqiqədə yaşandı. Samir Abdullayev baxımlı ötürmə ilə Xəyal Əliyevi qapıçı ilə təkbətək çıxardı. Lakin Xəyal elə imkanı boşa verdi ki, bunu sözlə təsvir etmək mümkün deyil. Tərəflərin səylərinə baxmayaraq, hesab açılmadı – 0:0.

Oyundan sonra yığmanın baş məşqçisi Samir Əliyevə müraciət etdik. O, əvvəlcə matç və toplanış ilə bağlı fikirlərini bildirdi:

“Keyfiyyətli komandaya qarşı oynadıq. Qol vəziyyətləri yaratdıq, müdafiədə etibarlı oynadıq. Düşünürəm ki, ustalıq səviyyəsi çatmadı. Qapıçı ilə təkbətək yüzfaizlik qol vəziyyətidi, bundan istifadə etməlisən. Ümumilikdə futbolçuların işə yanaşmasından, mübarizəsindən narazılığımız yoxdu. Sağ olsunlar, sona qədər bacardıqlarını elədilər. Slovakiya ilə matçdan sonra yorğunluq da var idi. Həmin yorğunluq bu gün də hiss olunurdu. Bilirsiz ki, futbolçular yüksək tempdə az oyuna çıxırlar. 3-4 gündən bir oynamaq onlar üçün ağırdı.”


- Bu toplanış komandaya nə verdi?
- Təlim-məşq toplanışına yeni futbolçular cəlb etmişdik. Eşqin Əhmədov, Şahin Şahniyarov millidə yeni oyunçulardı. Həmçinin Xəyal Fərzullayevə də matçın gedişində şans verdik. İki ilə yaxındı yığmadayam. Bu müddətdə 53 futbolçunu sınaqdan keçirmişik. İşimiz yoldaşlıq oyunlarında onlara şans vermək, yoxlamaqdı. Məncə, toplanış çox faydalı oldu. Gənc oyunçular beynəlxalq təcrübə qazandılar. Baxmayaraq ki, qələbəmiz olmadı, ümumilikdə pis keçmədi.

- Gələcək matçlardan nə gözləmək olar?
- Düzdü, bu gün bir neçə itkimiz də var idi. Zədəli və hazırlıqsız futbolçuların sayı az deyildi. Qarşıda 4 oyunumuz var. Lüksemburqla səfər, Serbiya ilə ev qarşılaşmaları olacaq. Oyunçularla danışmışıq. Ciddi hazırlaşıb, həmin matçlardan xal və xallar qazanmalıyıq ki, qrupda mövqeyimiz yaxşı olsun.

Abdulla Rzayev də suallarımızı cavabladı. Gənc müdafiəçi öncə təlim-məşq toplanışını dəyərləndirdi:
”Toplanışda yaxşı hazırlıq keçdik. İki yoxlama matçında qüvvəmizi sınadıq. Slovakiya ilə görüş çox ağır keçdi. Güclü rəqiblə üz-üzə gəlirdik. Həmin oyunda çox güc itirdik. Bolqarıstanla matça da yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, qələbə qazanıb, azarkeşləri sevindirək. Təəssüf edirəm ki, bu mümkün olmadı. Xeyli səhvlərimiz var. Bunların üzərində işləyəcəyik.”


- Həmişə 90 dəqiqə meydanda olmağına öyrəşmişik. Son iki matçda isə əvəzlənirsən. Səbəb nədi?
- Slovakiya ilə oyunun 87-ci dəqiqəsində əvəzləndim. Buna səbəb ayağımdan zədə almağım idi. Bugünkü matçda Samir müəllim sağ olsun, yenə şans verdi. Əvəzlənməyim isə onun qərarıdı. Şans qazanmayan futbolçuları da meydana buraxdı.

- “Sabah”a qayıdırsan?

- Müqavilə ilə “Sabah”a məxsusam. “Araz-Naxçıvan”la sözləşməmin müddəti bitdi və “Sabah”a qayıtdım.

- Adın başqa klublarla da hallanır...
- Bəli, bu barədə məlumatlıyam. Amma bu işlərə özüm baxmıram. Menecerim var. Özüm isə “Sabah”ın futbolçusuyam və belə mövzulardan danışmağım doğru olmaz.

Ardından Rüfət Abbasovun oyunla bağlı fikirlərini öyrəndik:
“Maraqlı oyun oldu. Görüş üstünlüyümüz şəraitində keçdi. Xeyli qol epizodumuz oldu. Təəssüf ki, yararlana bilmədik. Bizim üçün yaxşı sınaq idi. Növbəti dəfə sentyabrda yığışacağıq. Əsas hədəfimiz Lüksemburq üzərində qələbə qazanmaqdı. Ardınca da Serbiyadan xal almalıyıq. Qrupda sonuncu pillədə qərarlaşsaq da, istəyirik ki, əlimizdən gələnin ən yaxşısını edək”.


“Arda”da legioner həyatı yaşayan Cəlal Hüseynovun fikirləri: “
Səfərdə Slovakiya kimi güclü rəqiblə qarşılaşdıq. Rəqibin gücünü bilirdik. Bizdən öncə İspaniya, Xorvatiya kimi rəqibləri məğlub eləmişdilər. Maksimumuzu göstərməyə çalışdıq. Məncə, pis alınmadı. Məğlub olsaq da (2:3 – red.), “dişimizi göstərə” bildik. Mübarizə apardıq. Bu gün isə tək istəyimiz qələbə idi. Qələbə qazana da bilərdik. Amma olmadı. Ən əsası qapımız qarşısında rəqibə epizodlar yaratmağa şans vermədik. Üstünlük bizim tərəfimizdəydi. Məncə, qol vurmaq üçün ustalıq səviyyəmiz çatmadı. Bolqarıstan yığması da qapanan rəqibdi. Müdafiədə oturmuşdular. Klub karyerama gəlincə, yeni nəsə yoxdu. Komanda ayın 13-ü məşqlərə başlayır. Toplanışda olduğum üçün komandaya gec qoşulacam”.


İSMAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

21-05-2024, 21:0

“Neftçi” yenidən 2-ci pilləyə yüksəldi - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2024, 18:0

“Kəpəz”in seriyası üç oyun çəkdi - REPORTAJ

Premyer-liqa / Reportaj

27-02-2024, 21:0

Ramalinqom qoldan doymur, “Səbail” irəliləyir – REPORTAJ

Premyer-liqa / Reportaj

3-04-2024, 17:0

Bayılda heç-heçə oldu, komandalar yerində saydı - REPORTAJ

Premyer-liqa / Reportaj

15-02-2024, 22:0

Qol vurmadılar, amma narazı da qalmadılar – REPORTAJ

Premyer-liqa / Reportaj

30-01-2024, 22:0

“Zirə” son dəqiqədə yıxıldı - REPORTAJ

Aktual
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Son xəbərlər
  • Bu gün, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Bu gün, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Bu gün, 12:16
    Vembanyama niyə ağladı?
  • Bu gün, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Bu gün, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Bu gün, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Dünən, 11:30
    Milandan Madridə yollanacaq
  • Dünən, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Daha çox
Oxunub: 712
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 248
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 247
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 154
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə