• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qazaxıstanla Azərbaycanın oxşarlığı - YAZI

Manşet / Yazarlar

11-06-2024, 16:0

Azərbaycanın minifutbol yığması Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatının 1/4 finalında Qazaxıstana məğlub olaraq mübarizəni dayandırdı.

Bir qədər də dəqiqləşdirsək, həmin qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə ilə yekunlaşdı. Xəzərin o tayından olan qardaşlarımız yalnız oyunsonrası penaltilərdə bizimkiləri üstələməyi bacardılar. Məlum məsələdi ki, meydana çıxan iki komandadan biri uduzmalıdı. Bu tipli yarışlarda rəqibin gücünü düzgün qiymətləndirən komandalar yaxşı müdafiə olunmaqla qapını toxunulmaz saxlamağı bacarır, ümidini penalti vuruşlarına bağlayır. İndiki halda qazaxlar penalti epizodlarında bizimkilərdən daha soyuqqanlı davranmaqla sevinən tərəf olublar.

Minifutbol millimizin baş məşqçisi Elşad Quliyevin müsahibəsini oxudum. Hiss etmək çətin deyil ki, Elşad bəy ləyaqətli insandı, məğlubiyyəti asanlıqla həzm edib, azarkeşlər qarşısında da bəhanələrlə özünü təmizə çıxarmağa çalışmır. Bəli, hər bir məşqçi özünü və komandasını tənqidlərdən xilas etmək üçün müəyyən manevrlər edir. Amma biz illərdi ki, əcnəbi çalışdırıcıların simasında bunun necə həyasızlıqla edildiyinə şahid olmuşuq. Foqt, Prosineçki, De Byazi kimilər hər məğlubiyyətdən sonra üstümüzə elə gəliblər ki, az qalmışıq biz onlardan üzr istəyək. Sanki uduzan komandanı biz çalışdırmışıq, ona görə də əcnənbilərin də bizə qınaqları da haqlı olub. Elşad bəyin davranışını məhz bu səbəbdən qiymətləndirirəm, onun təəssüfünü paylaşıram.

Ümumiyyətlə, bu futzal, minifutbol, üç nəfərin oynadığı basketbol kimi idman növlərinə ciddi yanaşa bilmirəm. Bəli, sağlam bədəndə sağlam ruhun olması baxımından yanaşsaq, istənilən idman növü faydalıdı. Əsas odu ki, insanlar idmanla məşğul olsunlar, sağlam yaşasınlar. Amma bu cür idman növlərində nəticələrə ciddi yanaşmaq artıq məşğuliyyətdi. O cümlədən də futzala, minfutbola üç nəfərlik basketbola görə böyük pullar xərcləməyə dəyməz. Özünüz diqqət yetirin. Minifutbol yığmamız sonuncu Avropa çempionatında Belçika, İtaliya və Fransa kimi rəqibləri üstələyib. Hər üçünün adı yetərincə əzəmətli səslənir. İtaliya ilə Fransanın futbol yığmaları dünya və Avropa çempionatlarında dəfələrlə birinci olublar. Bu iki ölkə Avropanın ən güclü beş futbol ölkəsindən sayılır. Belçikanın özü də son illərdə boy göstərməyi bacarıb, az qala bütün böyük turnirlərin final mərhələsinə vəsiqə qazanırlar, favorit hesab olunurlar. Deməli, onlar minifutbola heç də ciddi yanaşmayıblar. Fransızlarla italiyanlar da bizim kimi veteran sayılan futbolçularını minifutbol yığmasına cəlb etsəydilər, mənzərə başqa cür olardı. Reallığı qəbul etmək lazımdı. Həmin reallıq acı olsa da.

Maraqlı məqamdı ki, Qazaxıstan da Azərbaycan kimi belə yarışlara böyük əhəmiyyət verir. Böyük futbolda onlar da bizi kimi böyük uğurlara acdılar. Əvəzində qazaxlar minifutbolda və futzalda daim sözlərini deyir, reytinqdə öncüllərdən sayılır, daim mükafatçılar sırasında yer alırlar. Az öncə qeyd etdiyimiz kimi, böyük futbolda nəticə qazanmaq üçün çox iri miqyaslı işlər görmək tələb olunur. Özü də bunun üçün təkcə pul kifayət deyil. Peşəkar yanaşma, səbr və xeyli zaman lazımdı ki, futbolda ciddi uğur qazanasan. Hər iki ölkədə idmana ayırmağa yetərincə vəsait var. Amma o vəsaiti tam şəffaflıqla xərcləmək, peşəkar idarəçilik etmək və uğurun qazanılması üçün səbr nümayiş etdirmək heç də asan deyil. Elə ona görə də “xırda meydançalar”da böyük uğur axtaran, orda qazanılan uğurların ətrafında ajiotaj yaradan ölkələr arasında Azərbaycanla Qazaxıstan öncüllərdəndi.

Qəribə təsadüfdü ki, minifutboldakı qarşılaşmadan az sonra bu iki ölkənin futbol yığması böyük meydanda üz-üzə gələcək. Onda görəcəyik ki, kimin futbolu daha çox inkişaf edib. Hərgah bu sualın cavabı axşamkı qarşılaşma olmadan da məlumdu. Həmin cavabı siz də bilirsiz. Gözləyək görək axşamkı qarşılaşmada kim sevinəcək?!

AMAL

Paylaş:
Digər xəbərlər

Yığma

6-06-2024, 20:0

AÇ: Azərbaycan millisi mübarizəni dayandırdı

Yığma / Manşet

8-06-2024, 21:0

Qazaxlar yenə yolumuzu kəsdi - AÇIQLAMA

Ölkə futbolu

31-03-2024, 16:0

Azərbaycan rəqiblərini gözləyir

İdman

3-11-2023, 21:0

DÇ: Minifutbol millimiz yarımfinalda dayandı

Ölkə futbolu / Manşet

7-04-2024, 14:0

Yığmanın AÇ-dəki rəqibləri müəyyənləşdi, baş məşqçi razı qaldı

Ölkə futbolu / Manşet

5-06-2024, 20:0

Minifutbol millimiz 1/4 finalda

Aktual
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Son xəbərlər
  • Bu gün, 18:13
    Kocaman bu ulduzun ''Fənərbaxça''da qalmasını istəyir
  • Bu gün, 17:45
    “Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
  • Bu gün, 17:09
    Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
  • Bu gün, 16:53
    "Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşdı
  • Bu gün, 16:38
    Fransa təmsilçisi ''Trabzonspor''dan FİFA-ya şikayət etdi!
  • Bu gün, 16:10
    Bu gün Lənkəranda güləş festivalı keçiriləcək
  • Bu gün, 15:56
    "Şəfa" üç futbolçu ilə yolları ayırdı
  • Bu gün, 15:27
    AFFA-nın təşkilatçılığı ilə keçirilən turnirə yekun vuruldu
  • Bu gün, 15:05
    Ölkəmizdən Dünya Millətlər Kubokuna 13 boksçu qatılacaq
  • Bu gün, 14:37
    Xəyal müalicə olunmaq üçün Madridə getdi
  • Bu gün, 14:06
    “Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
  • Bu gün, 13:52
    San Marinoya da yox da!
  • Bu gün, 13:33
    “Sabah”ın Bakı seçmələrinə yekun vuruldu
  • Bu gün, 13:16
    Əziz Yıldırım 2926 gün sonra geri döndü! - “Fənərbaxça” keçmişlə yaşamağı sevir”
  • Bu gün, 12:57
    U-17 millimiz Qazaxıstanla yenidən qarşılaşacaq
  • Bu gün, 12:46
    Millimiz seçmə mərhələdə son oyununu keçirəcək
  • Bu gün, 12:42
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 12:29
    U-20 millimiz Pakistanla üz-üzə
  • Bu gün, 12:13
    “Dirçəliş Kuboku”nun final oyunu keçirildi, qaliblər mükafatlandırıldı
  • Bu gün, 11:55
    Nicat Mehbalıyev "Şəfa"da
  • Bu gün, 11:35
    Türkiyə yığmasını müşayiət edən polis qəzaya düşdü
  • Bu gün, 11:20
    Ehtiram Quliyevin milyonlarını kim havaya sovurub?
  • Bu gün, 10:56
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 10:27
    AFFA nümayəndələri “Football Conference Baku” tədbirində
  • Bu gün, 10:00
    U-21 millimiz Qırğızıstana qarşı
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
Daha çox
Oxunub: 723
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 254
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 190
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 160
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə