• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mübariz Süleymanlı “İrəvan”dan PFL-ə şikayət edəcək - “300 min manat havaya sovruldu”

1-ci liqa / Manşet

11-06-2024, 14:0

Məlum olduğu kimi, son mövsümün ən qalmaqallı komandası “İrəvan” artıq birinci liqadan uzaqlaşdırılıb.

Bu klubun ətrafında yaşanan artıq başqa bir qərar üçün əlyeri qoymurdu. Başqa klublar, futbol ictimaiyyətinin nümayəndələri AFFA-nın məlum qərarını alqışladı. Cəmi bir il yaşayan komanda günbəgün ciddi problemlərin içinə yuvarlandı. Halbuki yaradılanda nə vədlər verilmiş, nə sözlər deyilmişdi. Əvəzində nələr eşitdik, nələr gördük...

Təkrarçılıq olmaması üçün yaşananları bir daha xatırlatmayacam. Bizi düşündürən klubdakıların taleyidi. Xatırlayırsızsa, bir neçə həftə əvvəl klubun mətbuat xidmətinin rəhbəri Mübariz Süleymanlı qəzetimizə verdiyi geniş müsahibədə klub daxilində başverənlər barədə danışmışdı. Hətta onu da bildirmişdi ki, klubun taleyi ilə bağlı qərar verildikdən sonra bizə bəzi məsələləri açıqlayacaq. Buna görə də artıq Mübariz bəyin deyəcəklərini eşitmək vaxtın çatdığını düşünüb, onunla əlaqə saxladıq. Aramızdakı dialoqun mətnini təqdim edirik:

- Klubunuzla bağlı heç də yaxşı qərar verilmədi...
- Bildiyiniz kimi, klubun 1-ci liqadan uzaqlaşdırılmasına səbəb təkcə maliyyə problemi deyil. Son 3-4 ayda klub rəhbərinin olmaması səbəbindən onu vitse-prezident Həsən Həsənov əvəz edirdi. O da fevraldan bəri idarə iş başında idi. Futbolçular ona qədər klubu tərk etməyə başlamışdılar. Çünki onlar da əməkhaqlarını, məvaciblərini ala bilmirdilər. AFFA-nın ödədiyi 30 min manatı oyunçulara, məşqçi və köməkçilərə düzgün paylaya bilmədiklərinə görə borclar yiğılıb qalmışdı. Ona görə də maliyyə çətinliyi yarandı. Oyunçuların sayının azalması klubun gündən-günə zəifləməsinə gətirib çıxardı. Özünüz gördüz ki, nə vəziyyətdə çıxış edirdilər. Hətta sonuncu oyunda qapıçı Andrey Sinenko meydan oyunçusu kimi oynadı.

- Mövsüm bitəndən sonra klubdaxili iclas olubmu?
– Klubda başverənlərin hamısı mətbuatda izlənilir. Ağır günlərin yaşanması sonda belə məhvə gətirdi. Parçalanmaya səbəb də maliyyə oldu. Hələ Aleksandr Jidkov da pulunu tələb etdi, verilmədiyənə görə Azərbaycandan getdi. Orda bizim klubu məhkəməyə verdi. İnanıram ki, iyunun 15-nə qədər klubun taleyilə bağlı mətbuata açıqlama veriləcək.

- Futbolçular maaşını almayıbsa, nə edəcəklər?
- Nəinki futbolçular, mən özüm də qara qəpik almamışam.

- Siz ötən müsahibədə də bunu qeyd etdiz. Demişdiz ki, ayın sonunda danışacam.
- Aldandım, mən də aldadıldım. Pulum verilmədi. Köməkçim Elsevərin işdən getməsinə burdan maaş almaması səbəb oldu. Cəmi 500 manat pul almışdı, ona görə də uzaqlaşıb getdi. İdarə Heyətində olanlar, klubun vitse-prezidenti Vaqif Ayvazov və Canbaxış Hüseynov mart ayına qədər pul almamışdı. Martdan sonra cüzi miqdarda - 100-200 manat ödənilib, hələ də tam pullarını ala bilməyiblər. Yəni onlar da aldadılıb. Klubun İdarə Heyətinin sədri Zülfüqar Kazımov gördü ki, nöqsanlar var, o da klubdan ümidini üzdü. Bu qədər vəsait qoyasan, istədiklərinə nail ola bilməyəsən. Əsas istək İrəvan adının yaşaması idi. Düşünmürdüm ki, klub bu vəziyyətə, bu həddə gəlib çıxar.

- Konkret kimdi günahkar?
– Klub prezidentinin səriştəsizliyi, səhvləri. O təcrübəli olsaydı, bu vəziyyətdə olduğunu görə-görə, müqavilələr bağlamazdı. Bunu sadəlövhlük kimi qələmə verə bilərlər. Amma bu, necə sadəlövhlük ola bilər axı?! Bu, Zahid Niyazəliyevin səhvidi.

- Siz pulunizi kimdən alacaqsız?
– Peşəkar Futbol Liqasına müraciət etmişəm. Mənim pulum da, digər əməkdaşların pulları da ödənilməlidi. Nəyin bahasına olur-olsun. PFL-dən bildirdilər ki, əmək müfəttişliyinə müraciət edim. Bu vəziyyətdə olanlar gəlmədi ki, yığışaq gedək, sözümuzü deyək. Mən məcburam ki, özüm ora gedim. Bu dərəcədə olmaz axı?! Heç olmasa, bir-iki ayımızın maaşı verilsəydi, bu həddə gəlib çıxmazdıq. Klubun vitse-prezidentinin, mənim, köməkçimin və başqalarının maaş almaması, hətta müqavilə imzalandığı halda pulumuzu verməmələri hər kəsi klubdan soyutdu. Üç yüz min manat dövlət bizə pul ayırmışdı. Bu pulu düzgün böl, paylaya bilmirdi. Bax, faciə budu.

- Yəqin ki, futbolçular da dusərgəni tərk etməyə başlayıb...
– Gediblər. Bildiyiniz kimi, 28 futbolçudan 14-15 nəfəri tərk eləmişdi. Mən əvvəl elə bilirdim, onlar gedib başqa klublarda itib-batarlar. Amma şükür ki, başqa klublarda yerləşdilər, özlərinə bir yol tapdılar. Yəni karyeralarına bir xələl gəlmədi.

- Şikayətiniz sırf maaşla bağlıdı?
– Yəqin ki, bazaar ertəsi AFFA-ya yollanacam. Artıq rəsmi surətdə şikayətimi PFL-ə bildirəcəm. Ordan çıxanda sizinlə danışacam.

- Özünüz bayaq qeyd etdiz ki, xoşagəlməz hallara görə neçə nəfər klubdan ayrıldı. Özünüz də pul ala bilməmisiz. Sizi orda qalmağa nə vadar edirdi?
– Bizi orda qalmağa vadar edən klubun adı idi. Kim istəməzdi ki, Azərbaycanda yeni yaranan, birinci liqada mübarizə aparan klubda çalışmasın. Biz başlamışdıq ki, İrəvan adı yaşasın. Mənə oranın maaşı maraqlı deyildi. Amma gördüm ki, bu 300 min manat havaya sovruldu.

- Sizə nə qədər məbləğ verilməlidi?
- Minimum əməkhaqqı nə qədərdisə, aylıq onu tələb edəcəm. Əmək qanunlarına müvafiq olaraq minumum aylıq maaşımı tələb edəcəm. Düzdü, onların verdiyi vəd başqa idi. Mən bura gələndə mətbuat xidmətinin rəhbəri kimi gəlmişdim. Ancaq görürəm ki, pulları yoxdu.

– Bu olanlardan sonra hələ də orda qalacaq, fəaliyyətinizə davam edəcəksiz?
– Yox. Pulumu alandan sonra, sözsüz, orda qalmaram. Sizə geniş müsahibə verəcəm, sonra da istefa verib gedəcəm.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

21-10-2023, 21:0

Futbolçular “İrəvan” rəsmisinin yalanlarını ifşa etdi – VİDEO+AÇIQLAMA

1-ci liqa / Manşet

15-01-2024, 13:0

“İrəvan” üçünü yola salıb, yeddisini transfer etmək istəyir

1-ci liqa / Manşet

15-04-2024, 21:0

“İrəvan”ın prezidentinin saxlanılması təsdiqləndi

Ölkə futbolu

27-05-2024, 16:0

Bu klub 1-ci liqadan çıxarıldı - AFFA-dan sərt qərar

1-ci liqa / Manşet

16-07-2023, 21:0

"İrəvan" bu jurnalistləri məhkəməyə verə bilər - AÇIQLAMA

1-ci liqa / Manşet

21-10-2023, 11:0

“İrəvan” rəhbərliyinin 5 gün vaxtı var

Aktual
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Son xəbərlər
  • Bu gün, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Bu gün, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Bu gün, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Bu gün, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Bu gün, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Bu gün, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Bu gün, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Bu gün, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Bu gün, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Bu gün, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Bu gün, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Bu gün, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Bu gün, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Bu gün, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Bu gün, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Bu gün, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Bu gün, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Bu gün, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Bu gün, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Bu gün, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Bu gün, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Bu gün, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Bu gün, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Bu gün, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Bu gün, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • Dünən, 23:52
    Almeyda xəyanətlə üzləşib
  • Dünən, 23:31
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • Dünən, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Dünən, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Dünən, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Dünən, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Dünən, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Dünən, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
  • Dünən, 20:07
    Fransa klubunda ağır itki
  • Dünən, 19:31
    İraolanın xələfinin kimliyi müəyyənləşdi
Daha çox
Oxunub: 590
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 267
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 193
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə