• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bu şərt baş məşqçinin müqaviləsində qeyd edilməlidi”

Yığma / Manşet

8-06-2024, 20:0

Hələ də baş məşqçisiz qalan yığmamız dünən yoldaşlıq oyunu keçirdi.

Macarıstanın Sombathey şəhərində Albaniya ilə üz-üzə gələn milli iyunun 11-də eyni məkanda Qazaxıstanla qarşılaşacaq. Azərbaycanda fanat hərəkatının gələcəyi, yığmanın perspektivləri haqda millinin ən böyük azarkeş qrupu “Göyqurdlar”ın rəhbəri Elnur Şəriflinin fikirlərini öyrəndik:

"Fikrimcə, federasiya məşqçi seçimində çox gecikir. Çox güman, bu dəfə menecerlər tərəfindən də təklif olunan məşqçilərə münasibətdə çox həssas davranılır. Budəfəki seçimin çox araşdırıldığı və tez seçilməməsi müsbət haldı. Buna bir bucaqdan baxsaq, gözəl amildi, ancaq başqa bucaqdan baxanda məşqçi seçimində gecikdiyimiz aşkardı. Yeni məşqçi seçilməmişdisə, Macarıstana toplanışa getmək düzgün deyil. Onun yerinə matçları Bakıda keçirib ən azı azarkeşləri sevindirmək olardı. Azarkeşlər olaraq, seçimimiz açıqdı. Hamımız Qurban Qurbanovun məşqçi təyin edilməsini istəyirik. Ancaq indiyə qədər təyinat yubanıbsa, aydındı ki, məşqçimiz əcnəbi olacaq. Bizim əcnəbi məşqçidən tək istəyimiz fəaliyyəti dövründə Bakıda yaşamasıdı. Bu şərt baş məşqçinin müqaviləsində qeyd edilməlidi.

Millinin perspektivi, fanat hərəkatının gələcəyi haqda deyərdim ki, hazırda azarkeşlərin milliyə itən inamını bərpa etməyə çalışırıq. Milli komandanın azarkeş ordusu bizim, yəni "Sektor 11"in tribunadan çəkilməsindən sonra illərlə davam edən uğursuz nəticələrlə birlikdə əriyib yox oldu. Ancaq bir ildi qrupumuzu "rebrendinq" edərək "Göyqurdlar" altında yenidən ayağa qaldırmağa nail olmuşuq. Milli komanda üçün azarkeş toplamaq həddən artıq çətindi. Lakin birillik qayıdışımız nəticəsində müsbət mənada irəliləyiş nail olmuşuq. Qeydiyyatından keçən 1262 üzvümüz var və bunu daha da artırmaq üçün dayanmadan əlimizdən gələni edirik. Bildiyiniz kimi, biz federasiyadan və ya heç bir qurumdan maliyyə yardımı almırıq, hər şeyi öz hesabımıza edirik. Bizdə heç vaxt pul ilə iştirak edən muzdlu azarkeş olmayıb və olmayacaq da. Nəticədən asılı olmayaraq, bütün üzvlərimizə üçrəngli bayrağımız üçün stadiona gəlməyi, milli komandamıza dəstək olmağı aşılayırıq. Yüksək nəticə göstərməyən milli komandaya azarkeşlik edən bir qrup üçün bunun həm öz çətinliyi, həm də öz gözəlliyi var. Bolqarıstan matçda komandamızın hesabda 0:1 geri düşməsinə baxmayaraq, bütün tribunamız futbolçuları daha güclü şəkildə sona kimi dəstəkləməyə davam etdi və nəticədə qol da vuruldu. Nəticəyə fikir vermədən sonra kimi bu cür dəstəyə yalnız bayrağını və ölkəsini sevən azarkeşlərlə nail olmaq olar.
Çempionatda tribunaların boş olmasına gəlincə, bunda klublar daxil hər kəsin günahı var. Fikrimcə, bu mövzuda liqadakı klubların azarkeş qrupunun rəhbərləri fikir bildirsə, daha düzgün olar. Biz hazırda bütün fikrimizi yığma komandalarımıza yönəltmişik".

GÜNAY SÜLEYMANOVA 

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

3-04-2024, 12:0

“Bombanın fitilinə çaxmaq vurmaq vaxtıdı” - yığmanın azarkeşləri Qurban Qurbanovun gəlişini istəyir

Aktual / Yığma

22-03-2024, 16:0

“Çünki gücümüzü bölmək istəmirik” – “Göyqurdlar” U-21-in yanında olmayacaq

Yığma / Manşet

14-01-2024, 18:0

“AFFA gətirəcəyi məşqçinin önünə mütləq bu şərti qoymalıdı” – “Göyqurdlar” nə deyir?

Ölkə futbolu / Manşet

22-05-2022, 20:0

“Baş məşqçi seçimində qərarı tək mən vermirəm” – Oqtay Abdullayev

Aktual / Yığma

25-03-2024, 17:0

Bu gün yığmanı nə qədər azarkeş dəstəkləyəcək?

Yığma / Manşet

23-03-2024, 18:0

"Verilən dəstəkdən razı qaldığımı desəm, yalan olar"

Aktual
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
“Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
“Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
“Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
“Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
Son xəbərlər
  • Bu gün, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Bu gün, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Bu gün, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Bu gün, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Bu gün, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Bu gün, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Bu gün, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Bu gün, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Bu gün, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Bu gün, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Bu gün, 13:17
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Bu gün, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Bu gün, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Bu gün, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Bu gün, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Bu gün, 10:00
    Klubuna sadiq qaldı
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Dünən, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Dünən, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Dünən, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Dünən, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 122
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 94
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə