• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mourinyonun sayəsində “Fənərbaxça” ÇL-in finalında “iştirak etdi”

Dünya futbolu

5-06-2024, 23:0

“Fənərbaxça” fanatları sanki şirin bir yuxudadı və hələ uzun müddət bu yuxunun bitməsini istəməyəcəklər.

“Football-plus.az” xəbər verir ki,ötən sayımızda “Fənər” rəhbərliyinin Joze Mourinyo ilə anlaşdığını, başqan Əli Koçun ünlü portuqaliyalı ilə son detalları razılaşdırmaq üçün Londona – Çempionlar Liqasının finalını izləməyə yollandığını xəbər vermişdik. Bu təyinat artıq baş tutub. Futbol tarixinin ən sayılıb-seçilən və titullu məşqçilərindən biri yeni mövsümdə İstanbul nəhəngini çalışdıracaq. Əli Koç faktiki bir güllə ilə iki quş vurdu: həm “Qalatasaray”ın çempionluğunu gündəmdən saldı, həm də güclü bir məşqçi qazanmış oldu.

Səudiyyə Ərbistanına “yox”, Türkiyəyə “hə”
“Fənərbaxça”nın şənbə günü “Uembli”də baş tutan ÇL-in finalına heç bir aidiyyatı olmasa da, Mourinyonun sayəsində həmin gün “sarı-lacivərdlilər”in adı “Real” və “Borussiya”dan sonra bəlkə də ən çox çəkilən klub oldu. Portuqaliyalı mütəxəssis finala “TNT Sports”un şərhçisi qismində qatılmışdı. Final fitindən sonra 61 yaşlı mütəxəssis “Fənərbaxça” və Türkiyənin üçün heç bir pulla ölçülməyəcək reklamını etdi. Mourinyo bir müddət səmimi şəkildə “Real”ın ulduzu Bellingem ilə söhbətləşdi. Onlar bir media quruluşuna müsahibə verərkən Mourinyo Bellingemə “gələn mövsüm “Fənərbaxça”ya qarşı oynasan, bir qədər sakit ol” dedi. Bundan başqa, Bellingem anası ilə Mourinyonun birlikdə şəklini çəkdikdən sonra portuqaliyalı ona “indi də “Fənərbaxça”ya gəlirsən” dedi. Daha bir maraqlı dialoq Rio Ferdinand ilə Mourinyo arasında yaşandı. İngiltərə futbolunun əfsanəsinin “hazırda telefonunda yer alan nömrələr arasında ən məşhuru kimə məxsusdu” sualına Mourinyo “Fənərbaxça”nın prezidenti” cavabını verdi. Bu məqamda qeyd edək ki, “Portu”, “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem” və “Roma”nın sabiq çalışdırıcısı həm də ərəblərin çox ciddi maraq dairəsində idi. “Əl-Nəssr” və “Əl-İttihad” kimi Səudiyyə Ərəbistanı nəhəngləri, xüsusilə də “Əl-Qədisiyə” don Jozenin xidmətində maraqlı idi. Debütant olan “Əl-Qədisiyə” hətta Mourinyonun bütün maddi tələblərini yerinə yetirməyə və onun istədiyi bütün futbolçuları transfer etməyə hazır idi. Ona görə də ünlü məşqçinin bu sərfəli təklifləri düşünmədən rədd edərək Türkiyədən gələn təklifi qəbul etməsi ərəbləri şoka saldı. “2+1” illik müqaviləyə imza atan Mourinyonun iki il üçün 46 milyon avro kimi astronomik məbləğ qazanacağı, təbii ki, reallığı əks etdirmir. Düzdü, klub tərəfindən rəsmi şəkildə məbləğ açıqlanmayıb. Amma Türkiyə mətbuatında qeyd olunanlar arasında ən ağlabatanı Mourinyonun 10 milyon avro, köməkçilərinin 2 milyon avro qazanacağıdı. Yəni yeni məşqçilər korpusuna “Fənər”in büdcəsindən illik 12 milyon avro çıxacaq. Mourinyonun köməkçilərinə gəlincə, onların arasında Rikardo Formosinyo, Karlos Lalin, Stefano Rapetti və Covanni Serra yer alacaq. Formosinyo onunla birlikdə “Portu”da və “Tottenhem”də çalışıb. Lalin ilə Rapetti bütün karyerası ərzində Mourinyonun çalışdırdığı klublarda fizioterapevt kimi fəaliyyət göstərib. Serra isə rəqibləri təhlil edir və daha öncə “Roma”da Mourinyo ilə birlikdə çalışıb.

“Fürsət olsa, sabah ilk məşqimə, həftəsonu ilk oyunuma çıxardım”
Srağagün günorta saatlarında, nəhayət, Mourinyonu gətirən təyyarə İstanbula eniş etdi. Yerli vaxtla saat 19.00-da o, “Ülkər” stadionuna ayaq basdı. Məhz burda başqan Əli koçun da iştirakı ilə imza mərasimi keçirildi. Morunyonu qarşılamaq üçün stadiona təxminən 30 minə yaxın azarkeş gəldi. Mükəmməl imza mərasimindən sonra səbəbkar uzun müddət fanatlarla birlikdə zaman keçirərək imza payladı və onlarla şəkillər çəkdirdi. Amma imza mərasiminin gedişində bəzi fanatların Əli Koçu fitə basması, eləcə də Əziz Yıldırım lehinə təzahüratlar səsləndirməsi diqqətdən qaçmadı. İmza mərasimində sual qəbul etməyən və yalnız özü açıqlama verən Mourinyo dünən başqan Əli Koç və idman direktoru Mario Branko ilə birlikdə geniş bir mətbuat konfransı keçirdi. Mourinyonun sonda “20 illik karyeramın ən uzun mətbuat konfransı oldu” deməsi və Koçun ona “Türkiyəyə xoş gəldin” cavabını verməsi gülüşə səbəb oldu. Sonda Mourinyonun həm srağagünkü imza mərasimində, həm də dünənki mətbuat konfrasnında dediyi ən maraqlı sözlərlə sizi tanış edirik:

“Mənə göstərdiyiniz sevgiyə görə təşəkkür edirəm. Adım bu klubla yanaşı hallanmağa başladığı ilk gündən bu sevgini hiss etməyə başladım. Adətən, bir məşqçi əldə etdiyi zəfərlərdən sonra bu boyda sevgiyə layiq görülür. Amma mən indidən bunu hiss edirəm. Bu sevgi həm də üzərimdəki məsuliyyəti artırır. Mən də artıq bu ailənin bir üzvüyəm. Bu forma artıq mənim də həm dərim, həm də sümüyümdü! Futbol bir tutqudu. Bu tutqunu ən gözəl hiss edə biləcəyim yerlərdən birindəyəm. Mənə gözəl bir komanda qoyduğu üçün İsmayıl Kartala təşəkkür edirəm. Hər məşqçinin öz metodları var. Bir komandanın 99, digərinin 102 xal toplaması heç də yaxşı hal deyil. Türkiyə çempionatının səviyyəsini qalxması üçün digərləri ilə aradakı fərq azalmalıdı. Eybi yox, 99-dan az xal toplayaq, amma çempion olaq! Bu günə qədər “salam, məm Joze Mourinyoyam” deyirdim. Amma bu gündən etibarən “mən “Fənərbaxça”nın baş məşqçisiyəm” deyəcəm. Mənimlə ilk əlaqə quran Mario Branko oldu. Onun vasitəsilə Əli Koçla tanış oldum. Məni bura gəlməyə vadar edən məhz Koç oldu. Transferlə bağlı dedi-qodular çox olacaq. Buna artıq alışmışam. Amma heç kimlə danışmamışam. “Roma”dakılara, eləcə də Dibala və Lukakuya marağım yoxdu. Biz rəhbərliklə adları yox, profilləri müzakirə etdik. İndi tələsməyin və ya duyğusal davranmağın zamanı deyil. Təbii ki, Əziz Yıldırımla da görüşüm olub. Bunu gizlətməyəcəm. Amma “Fənərbaxça” ilə müqavilə imzalamaq üçün Yıldırımdan icazə almadım. Prezident başqası seçilsə belə, yenə də bu vəzifədə çalışmağa davam edəcəm. Mənə təqdim olunan layihə çox önəmli idi. Burda iki gündə hər şeyin Avropa səviyyəsində olduğunu gördüm. İki həftə sonra tam sürətlə işə başlayacağıq. İlk həftələr asan olmayacaq. Çünki bəzi futbolçular AÇ-2024-də yer alacaq. Portuqaliyada Türkiyə çempionatı canlı göstərilir. Hər tur 2 oyun verilir. “Fənər” rəsmiləri mənimlə əlaqə qurmadan öncə də Türkiyə çempionatını yaxından izləyirdim. Həm turniri, həm də “Fənər”i yüksəltmək üçün gəldim. Əsas hədəfimiz çempionluq olacaq. Bəlkə də bunu söyləməyim doğru olmayacaq. Amma ümid edirəm ki, AÇ-dəki futbolçularımız tez və sağlam dönəcəklər. O qədər istəkliyəm ki, əlimdə fürsət olsa, sabah ilk məşqimə, həftəsonu ilk oyunuma çıxardım. Fanatların çılğın və tələbkar olması normaldı. Mən belə şeyləri sevirəm. Onlar üzərimizdə təzyiq yaratmalıdı. Bu təzyiqi qaldıra bilməyən futbolçu “Fənərbaxça”da oynaya bilməz”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-05-2023, 16:0

Mourinyo Parisə indi daha yaxındı

Dünya futbolu

29-09-2022, 21:0

“Fənər” fanatları derbiyə buraxılmayacaq

Dünya futbolu

8-03-2024, 13:0

''Fənərbaxça''dan tarixi qələbə

Dünya futbolu

22-01-2024, 11:0

Mourinyo Asiyada işləyəcək

Dünya futbolu

25-05-2023, 20:0

''Fənərbaxça'' 18-ci dəfə finalda

Dünya futbolu

22-10-2023, 18:0

Mourinyonun yolu haradı?

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Bu gün, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Bu gün, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Bu gün, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Bu gün, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Bu gün, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Bu gün, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Bu gün, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Bu gün, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Bu gün, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Bu gün, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Bu gün, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Bu gün, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Bu gün, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Bu gün, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Bu gün, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Bu gün, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Bu gün, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Bu gün, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Bu gün, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Bu gün, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Bu gün, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Bu gün, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Bu gün, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Bu gün, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Bu gün, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Bu gün, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Bu gün, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 240
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 202
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə