Mourinyo Asiyada işləyəcək

22.01.2024 11:13 164
Dünya futbolu
Yanvarın 16-da “Roma”dan istefaya göndərilən Joze Mourinyonun işsiz günləri tezliklə sona çatacaq.

"Football-plus.az" xəvər verir ki, onun yeni klubu praktiki olaraq müəyyənləşib.

Portuqaliyalı mütəxəssisin Səudiyyə Ərəbistanında çalışacağı böyük ölçüdə məlumdu. “Aawsat” nəşrinin yaydığı xəbərə görə, o, “Əl-Şəbab” ilə ilkin razılığa gəlib.

Mənbənin məlumatında Mourinyonun “Zoom” şəbəkəsi vasitəsilə klubun idman direktoru Dominiko Tite ilə fikir mübadiləsi apardığı bildirilib. Onun müqavilənin şərtlərini razılaşdırmaq üçün tezliklə paytaxt Ər-Riyada gedəcəyi də xəbər verilib.

Qeyd edək ki, “Əl-Şəbab” 2012-ci ildən sonra ölkə çempionu ola bilmir. Yeri gəlmişkən, paytaxt komandası hazırda Səudiyyə Ərəbistanı Pro Liqasında 11-ci yeri tutur.