Mourinyo Parisə indi daha yaxındı

22.05.2023 16:59 228
Dünya futbolu
Joze Mourinyo yeni mövsümdən PSJ-ni çalışdırmağa yaxındı.

“La Repubblica” qəzetinin məlumatına görə, “Roma”nın rəhbərliyi portuqaliyalı mütəxəssisin nümayəndələrinin görüş keçirmək cəhdlərinə məhəl qoymur.

Bu, Mourinyonu əsbiləşdirir. Mütəxəssis hesab edir ki, transfer büdcəsində “maliyyə feyr-pleyi”ni pozma ehtimalı ilə bağlı məhdudiyyətlər onun gedişi üçün mühüm amildi.

Mourinyonun Paris klubunun baş məşqçi vəzifəsinə təyinat variantı barədə bir müddət əvvəl də məlumat yayılmışdı. İndi isə Mourinyonun PSJ ilə anlaşmağa yaxın olduğu qeyd edilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul