Premyer-liqada ötən həftəsonu mövsümə yekun vuruldu.
“Football-plus.az” xəbər verir ki, təbii ki, əsas diqqətlər çempionluq mübarizəsinə yönəlmişdi. Çünki son tura 3 komanda çempionluq şansı ilə daxil olmuşdu.
Amma öncə qısaca digər oyunlara və elitada qalmaq uğrunda mübarizəyə nəzər salaq. “Fakel” son turda motivasiyasız “Axmat”ı məğlub edərək hətta pley-off zonasından da qurtuldu. “Orenburq” isə evdə “Spartak”dan qopardığı 1 xal sayəsində elitada qalmağı təmin etdi. “Baltika” son həftələrdə heç cür özünə gələ bilmədi. Son turda evdə “Lokomotiv”ə uduzan və ardıcıl 4-cü dəfə meydanı başıaşağı tərk edən Kalininqrad təmsilçisi elita ilə vidalaşmalı oldu. 25 ildən sonra elitaya yüksələn komandanın premyer-liqa macərası cəmi bir mövsüm çəkdi. “Loko”nun isə mövsümü çempiondan cəmi 4 xal geridə bitirməsi diqqəti çəkdi. Mövsümü uyğun olaraq, 13-14-cü pillələrdə başa vuran “Nijni Novqorod” ilə “Ural” premyer-liqada qalmaq üçün aşağı liqa təmsilçiləri ilə pley-off matçlarına çıxacaq. “Nijni Novqorod” “Akron”la, “Ural” isə “Arsenal” ilə qarşılaşacaq.
Bazar günü Rusiya futbol ictimaiyyətinin diqqəti Krasnodara və Sankt-Peterburqa yönəlmişdi. Tura lider kimi daxil olan “Dinamo”nun 1976-dan bəri davam edən çempionluq həsrətinə son qoymaq şansı daha yüksək qiymətləndirilirdi. Çünki 1 xal çempionluq üçün kifayət edəcəkdi. Amma nəticədə “Krasnodar” nə özü çempion oldu, nə də “Dinamo”ya çempion olmağa imkan verdi! Hər iki qarşılaşmada əsas hadisələr 2-ci hissəyə təsadüf etdi. 52-ci dəqiqədə Kordoba Krasnodarı sevincə qərq etdi. Paralel matçda isə 2 dəqiqə sonra Ronaldo Piteri şoka salaraq “Rostov”u hesabda önə keçirdi. Bu nəticə “Krasnodar”ı çempion edirdi. Piterdə 2-ci hissənin ortalarında Mantuan penaltidən bərabərlik qolunu vurdu. Krasnodarda “Dinamo” əlindən gələni etsə də, heç cür qol vura bilmirdi. Moskvalıların bir hücumunda top iki dəfə dirəkdən döndü. Turun və bütövlükdə mövsümün ən vacib qolunu Artur vurdu. “Zenit”in bu qış heyətinə qatdığı “sambaçı” 85-ci dəqiqədə həm qələbə, həm də çempionluq qolunun müəllifi oldu! Sergey Semakın komandası ardıcıl 6-cı çempionluğunu qazandı. Piterlilər tarixində 11-ci, müstəqillik dönəmində isə 10-cu dəfə çempion olmaqla bu göstəricidə rekordçu “Spartak”a çatdı. Semak məşqçi kimi 6-cı çempionluğunu qazanmaqla Oleq Romantsevə (8) bir qədər də yaxınlaşdı. Amma “Zenit”in bu çətin çempionluğu həm də komandanın gerilədiyini göstərir. Təkcə bir faktı vurğulayaq ki, premyer-liqa yarandığı 2002-ci ildən bəri çempion heç vaxt bu qədər az (57) xal toplamamışdı. Komandanın bu uğurunu “Bavariya”nın ötən mövsümdəki təsadüfi çempionluğuna bənzətmək olar. Semak səhvlərindən nəticə çıxarmasa, Almaniyada olduğu kimi, gələn mövsüm Rusiyada da yeni çempion görə bilərik. Onu da bildirək ki, daha öncə 3 dəfə bürünc medalları qazanan Murad Musayevin “Krasnodar”ı tarixində ilk dəfə gümüş medallara sahib çıxdı.
30-cu tur
Zenit – Rostov 2:1
Mantuan, 65-p. Artur, 85 – Ronaldo, 54.
Zenit: Adamov, Karavayev (Artur, 74), Yerakoviç, Nino, Alip, Barrios, Klaudinyo, Vendel (Vasilyev, 90+9), Mantuan (Yeroxin, 79), Sergeyev (Pedro, 46), Kassyerra (Rodriqao, 90+2).
Krasnodar – Dinamo 1:0
Kordoba, 52.
Krasnodar: Safonov, Olusequn, Tormena, Alonso, Olasa, Çernikov, Krivtsov (Pina, 75), Batçi (Kobnan, 85), Spertsyan (Kayo, 88), Sa (Yektov, 88), Kordoba.
Dinamo: Leşuk, Mariçal, Balbuena, Fernandes, Skopintsev (Parşivlyuk, 75), Laksalt, Çaves (Smolov, 90), Fomin (Qrulyov, 75), Karraskal (Bitello, 54), Nqamalyo, Tyukavin.
Baltika – Lokomotiv 1:3
Lisakoviç, 76-p. – Mirançuk, 8. Karpukas, 66. Süleymanov, 88.
Lokomotiv: Lantratov, Silyanov, Nyamsi, Morozov, Samoşnikov, Barinov, Batrakov (Karpukas, 59), Pinyaev (Sarveli, 46), Mirançuk (Fasson, 80), Qluşenkov (Jemaletdinov, 80), Süleymanov (Rakov, 90+2).
Orenburq – Spartak 0:0
Spartak: Maksimenko, Klassen (Bozov, 65), Litvinov (Ryabçuk, 65), Çernov, Denisov, Umyarov, Prutsev, Bonqonda (Martins, 83), Medina (Zobnin, 65), Zinkovski, Sobolev (Uqalde, 72).
ÇSKA – Ural 2:0
Davila, 40. Musayev, 42.
ÇSKA: Akinfeyev, Kellven, Diveyev, Roşa, Aqapov (Nababkin, 46), Oblyakov (Qolıbin, 90+1), Mendes, Zdelar, Davila (Zabolotnı, 59), Fayzullayev (Çalov, 85), Musayev (Qlebov, 85).
Fakel – Axmat 2:0
Bojin, 6. Markov, 54.
Krılya Sovetov – Nijni Novqorod 1:1
Qarre, 58 – Ze Turbo, 77.
Rubin – Soçi 1:1
Daku, 22 – Quarirapa, 87.
Yekun cədvəl
1. Zenit 30 17 6 7 52-27 57
2. Krasnodar 30 16 8 6 45-29 56
3. Dinamo 30 16 8 6 53-39 56
4. Lokomotiv 30 14 11 5 52-38 53
5. Spartak 30 14 8 8 41-32 50
6. ÇSKA 30 12 12 6 56-40 48
7. Rostov 30 12 7 11 43-46 43
8. Rubin 30 11 9 10 31-38 42
9. Krılya Sovetov 30 11 8 11 46-44 41
10. Axmat 30 10 5 15 33-45 35
11. Fakel 30 7 11 12 22-31 32
12. Orenburq 30 7 10 13 34-41 31
13. Nijni Novqorod 30 8 6 16 29-51 30
14. Ural 30 7 9 14 30-46 30
15. Baltika 30 7 5 18 33-42 26
16. Soçi 30 5 9 16 37-48 24
Bombardirlər: Kassyerra (Zenit) – 21, Tyukavin (Dinamo), Kordoba (Krasnodar) – 15.
Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi: