25 mayda Portuqaliyanın Koimbra şəhərində yeniyetmələr arasında Avropa kuboku turnirinin ilk gününə start verilib.
“Football-plus.az” xəbər verir ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə 2 gümüş və 1 bürünc medal qazanıb. Oğlanlar arasında 60 kq. çəkidə Nihad Rəhimov gümüş medal qazanıb, Özqan Quliyev 7-ci yerə çıxıb. 66 kq. çəkidə Səlim Sultanov gümüş, Kənan Sadıqov bürünc medal əldə edib, Ramil Mahmudov isə yarışı 5-ci yerdə başa vurub.
Qızlar arasında 52 kq. çəkidə Aysun Məmmədova 5-ci yerə çıxıb.