• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Nə “Fənər” məndən yararlana bildi, nə də mən “Fənər”dən” - Dəmiral Avropaya qayıdacağını istisna etmədi

Dünya futbolu

21-05-2024, 18:0

Karyerasını Səudiyyə Ərəbistanında davam etdirən tanınmış futbolçular arasında Merih Dəmiral da var.

“Football-plus.az” xəbər verir ki, Türkiyə yığmasının da şərəfini qoruyan mərkəz müdafiəçisi “Əl-Əhli”nin uğurları üçün tər tökür. “Fənərbaxça”nın yetirməsi olan Merihin “Yuventus” və “Atalanta” macərasından sonra daha da irəliləyəcəyi gözlənilirdi. Amma o, 25 yaşında Səudiyyə Ərəbistanına yollanmağa üstünlük verdi. İllik qazancının ən azı 10 milyon avro olduğunu nəzərə alsaq, Merihin bu seçimini anlamaq olar. Hər halda, futbolu bəziləri pula, bəziləri güclü karyera qurmağa görə oynayır... Dəmiral bugünlərdə “TRT Spor” kanalına müsahibə verib.

- “Əl-Əhli”yə keçidin necə baş tutdu?
- Hər şey çox sürətlə oldu. Bura gələcəyi
mi özüm də gözləmirdim. Baş məşqçimizin mənimlə bağlı fikirləri həlledici oldu. Onunla danışandan sonra Səudiyyə Ərəbistanına gəlməyə razılıq verdim. Həm də klub rəsmiləri mənə öz layihələrindən, burda futbolun sürətli inkişafından bəhs etdilər. Bura mənim üçün yeni təcrübə və yeni bir meydan oxumaq fürsətidi. Çox da xoşbəxtəm. İnşallah, burda uzun illər qalaram.

- Kriştiano Ronaldonun bura gəlişinin digər futbolçular üçün cığır açdığını söyləmək olarmı?
- Bəli, bunun da rolu oldu. Gəlmədən öncə onunla da söhbət etdim. Onun da məsləhətlərinin rolu oldu. Hər kəsə yol açdı. Burda böyük futbolçular var və yenə də gəlməkdə davam edəcəklər. Mən də onların arasında olduğum üçün özümü şanslı sayıram.

- Martda burda Ronaldo ilə üz-üzə gəldin. AÇ-də də qarşılaşacaqsız.
- Bəli, tez-tez üz-üzə gəlirik. “Yuventus”dan sonra yığmada qarşılaşdıq. İndi də burda bir-birimizə qarşı oynadıq. Ona qarşı oynamaq bir tərəfdən çətindisə, digər tərəfdən insana qürur verir. Çünki hər kəsə nəsib olmur. Çox da yaxşı formadadı. Həmin matçda yaxşı müdafiə olunduq və bəxtimiz gətirdi ki, Ronaldo bir şey edə bilmədi. İnşallah, AÇ-də də qarşılaşacağıq.

- “Yuventus”a transfer olunduğun ilk günlərdə məşqlərdə Ronaldoya qarşı hədsiz aqressiv oynamağınla bağlı şayiələr gəzirdi.
- Bəli, məşqlərdə bu cür anlar olurdu. Xüsusilə də İquaynla Ronaldoya qarşı. Sağ olsunlar, çox peşəkardılar. Mən nə qədər topa sərt müdaxilə etsəm də, təcrübəli olduqları üçün bunu şişitrmirdilər. Mənimlə hər zaman yaxşı davranırdılar. Hətta tez-tez söhbət edərək məsləhətlər verirdilər.

- Hazırda hansı formadasan?
- Çox yaxşı formadayam. Fərdi məşqçim var. Adı Covannidi. Mənə çox köməyi dəyir. Türkiyədə də onu tanıyırlar. Səhərlər onunla məşq edirəm. Burda məşqlər çox ağır və Avropa futbolu səviyyəsində keçir. Özümü inkişaf etdirmək üçün ən yaxşı şəkildə çalışıram. Burdakı insanlar hədəfə çatmaq yolunda onlara yardım etməyim üçün məni transfer ediblər. Mən də bunun qarşılığını verməyə çalışıram.

- AÇ-nin startına bir aydan da az vaxt qalıb. Turnir barədə düşüncələrin və hədəflərin nədi?
- Həyəcanla gözləyirəm. Hər birimiz üçün uğurlu turnir olacağına inanıram. İnşallah, heyətdəki futbolçular əllərindən gələni etməyə çalışacaqlar. Təbii ki, bu, mənə də aiddi. Heyətdə olmağı çox istəyirəm. Çünki yığmada olmaq xüsusi bir hissdi. Üstəlik Almaniyada yaşayan həmyerlilərimizin bizə çox böyük dəstək verəcəklərini düşünürəm.

- Gələcəkdə yenidən A seriyasına qayıtmaq ehtimalın varmı?
- Belə ehtimal həmişə mövcuddu. İndi Səudiyyə Ərəbistanındayam və burda xoşbəxtəm. Amma gələcəkdə nə olacağını heç kim bilmir. İmkan olsa, təbii ki, Avropaya qayıtmağa çalışacam.

- İmicini dəyişərək bığ saxlamağa başlamısan. Saçlarını da uzatmaq fikrin varmı?
- “Fənərbaxça”da əsas komanda ilə məşqlərə çıxanda həmişə saçımı keçəl qırxdırırdım. Volkan Dəmirəllə Mehmet Topal da bu üzdən mənə zarafatca “Stam” deyirdilər. Saçım az olanda özümü daha rahat hiss edirəm. Belə olanda futbola daha çox köklənə bilirəm. İndiyə qədər də beləyəm. Bığ saxladıqdan sonra da özümü yaxşı hiss etdiyimi gördüm. Fərqli bir şey etmək istədim. Amma saçımı uzatmaq fikrim yoxdu.

- “Fənərbaxça”dan ayrıldığın günlər haqda danışa bilərsənmi?
- “Fənərbaxça” həmişə qəlbimdə bir yaradı. Çünki nə “Fənər” məndən yararlana bildi, nə də mən “Fənər”dən. Halbuki o zamanlar böyük arzularım var idi. Stadionumuzda fanatlarımızın önündə meydana çıxmaq arzusu ilə yaşayırdım. Amma iş elə gətirdi ki, ayrılmaq məcburiyyətində qaldım. Bu, mənim üçün çox düzgün və faydalı bir qərar oldu. Portuqaliyada oynamaqla təcrübə qazandım. Sonra da hər bir türk gəncinin arzularından birini reallaşdırdım. Amma dediyim kimi “Fənərbaxça” içimdə bir yaradı. O dönəm işlər heç bir tərəfi qane edəcək şəkildə irəliləmədi. Bəzi şəxslər orda qalmağıma mane oldu (Merihin bu sözlərindən sonra “Fənərbaxça” rəhbərliyi ona kiçik bir məktub və klubun formasını göndərib – red.)!

- Belə çıxır, “Fənər”lə bağlı böyük arzuların var idi.
- 17 yaşım var idi və əsas komanda ilə yenicə məşqlərə çıxmağa başlamışdım. İnanılmaz dərəcədə həvəsliydim. O forma ilə adicə məşqə çıxmağın özü artıq mənim üçün böyük qürur idi. Bəli, arzularım böyük idi. Amma karyeram tam fərqli şəkidə irəlilədi. Ona görə də bəzi arzularım həyata keçmədi. Mənim problemim “Fənərbaxça” ilə yox, ayrı-ayrı şəxslərlə idi. Çünki o zaman klubda sözü keçən bəzi adamlar var idi. Gözləmədiyim şeylər etdilər. Bu haqda çox danışmaq istəmirəm. Yəqin, nə demək istədiyimi anladız...

- “Yuventus”da komanda yoldaşın olmuş Bonuççi də “Fənərbaxça”dadı. Onunla ünsiyyətin varmı?
- Fikrimcə, “Fənər” Bonuççidən daha yaxşı yararlana bilərdi. Həm meydanda, həm də ondan kənarda çox güclü xarakterə malikdi. Onun təcrübəsindən faydalanmaq hər kəsə nəsib olmaz. Komanda yoldaşlarına təsir etmək gücünə malikdi. Ona görə deyirəm ki, ondan daha yaxşı şəkildə yararlanmaq olardı. Bəli, onunla tez-tez danışıram. “Fənər”ə gəlməmişdən öncə də, gələndən sonra da görüşmüşük. Bonuççi çox sevdiyim və dəyər verdiyim bir isimdi. “Yuventus”da mənə çox köməyi dəymişdi. Ona zaraftla “mütləq 1 il Türkiyədə oynamalısan” deyirdim. Bu zamana nəsib oldu.

- Bir çox dünya ulduzu ilə komanda yoldaşısan. Heç aranızda Türkiyə çempionatına aid söhbətlər olurmu?
- Bəzən olur. Keçən dəfə Firmino ilə söhbət etdik. O “Liverpul”dan ayrıldıqdan sonra çoxlu sayda “come to Fenerbahce”, “come to Galatasaray” mesajları alıbmış. Türkiyədən durmadan ona mesaj göndərirmişlər. Mahrezlə də buna bənzər dialoqlar olur. Türkiyədəki klubları çox yaxşı tanıyır. Çünki bir neçə dəfə Türkiyədən təkliflər alıb. Türkiyəyə münasibətləri çox yaxşıdı. Ölkəmizin gözəl olduğunu deyirlər.

- Voytsex Şensnı Kənan Yıldızın qarşıdakı 5 il ərzində “Qızıl top”u qazanacağını iddia edib...
- Kənan həqiqətən də özəl futbolçudu. Ümid edirəm ki, Şensnının proqnozu doğrulacaq. “Qızıl top”u türkiyəli futbolçunun qazanması əla olardı. Amma gəlin, Kənanı rahat buraxaq. Hələ gəncdi. AÇ-yə sakit şəkildə yollanmalıdı.

- Qasperini ilə münasibətlərin necədi?
- Berqamodan ayrılarkən onunla vidalaşmadım. O da məni axtarımadı. Hələ də fikrimdə qalıram. Onun futbolçularla davranış tərzini bəyənmirəm. Mənim üçün digər çalışdığım məşqçilər – De Zerbi, Sarri və Pirlo insani keyfiyyətlər baxımından Qasperinidən qat-qat üstündü. Onlarla hər an rahat şəkildə yeməyə gedərəm. Amma Qasperini ilə heç vaxt getmərəm!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-10-2023, 13:0

Türkiyə yığmasının üzvü əməliyyat olundu

Dünya futbolu

23-12-2023, 11:0

Türkiyəli futbolçu Səudiyyə Ərəbistanında ilk qolunu vurdu

Dünya futbolu

20-08-2023, 13:0

Merih Dəmiral Türkiyə futbolunun tarixinə düşdü

Dünya futbolu

30-12-2023, 16:0

Səudiyyə Ərəbistanında oynayan Merih Dəmiraldan sərt cavab

Dünya futbolu

18-08-2023, 23:0

Türkiyə yığmasının üzvü də Ərəbistana yollanır

Dünya futbolu

1-05-2023, 20:0

Merih Dəmiral Qasperrini ilə yola getmir

Aktual
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
"Sabah"ın məğlub heyəti, qələbə həsrəti - "bayquşlar" ÇL-yə hazırdımı?
“Xızıroğlu” Xızır kimi yetişdi
Boqomolski coşdu – 10 oyunda 0 qol, 4 oyunda 4 qol!
Bakıda keçiriləcək dünya çempionatı ətrafında qalmaqal - Avropa Parlamentinin üzvləri FİFA prezidentinə müraciət etdi
İlahi Ədalət budu – sövdələşən yığmalardan 5-i evə yollandı!
Son xəbərlər
  • Bu gün, 11:13
    Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
  • Bu gün, 10:52
    “Neftçi” bu gün “Partizan”la üz-üzə gələcək
  • Bu gün, 10:31
    Bundestimin rekordu təkrarlandı
  • Bu gün, 10:00
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 07:48
    İngiltərə də 1/4 finala vəsiqə qazandı - DÇ səhəri
  • Bu gün, 02:05
    Holann Braziliyanı evə göndərdi - DÇ gecəsi
  • Dünən, 23:59
    Romadan Milana üz tuta bilər
  • Dünən, 23:39
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:00
    Fransaya qayıtmayacaq
  • Dünən, 22:37
    Mahir Almaniyaya yollandı, sabah məşqlərə başlayacaq! - başqa klubla anlaşıb?
  • Dünən, 22:21
    "Qarabağ"da daha bir ayrılıq - hücumçu Şotlandiya çempionuna gedir!
  • Dünən, 22:00
    "Qəbələ" hazırlıqlara başladı
  • Dünən, 21:30
    “Şamaxı”dan növbəti transfer
  • Dünən, 21:05
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 20:34
    MS-ni tərk edə bilər
  • Dünən, 20:04
    Millimiz İrlandiyaya uduzdu
  • Dünən, 19:33
    ''Fənərbaxça'' Avstriyaya yollandı - DÇ-də iştirak edənlər də heyətdədi
  • Dünən, 19:02
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:32
    "Qarabağ"dan 8-ci transfer
  • Dünən, 18:01
    Parisi tərk edəcək
  • Dünən, 17:30
    Florensiyanı tərk etdi
  • Dünən, 17:00
    Kapitan daha bir il "Turan"da
  • Dünən, 16:29
    "Zirə" afrikalı oyunçu transfer etdi
  • Dünən, 15:58
    Paraqvay çirkli oyunu heç bir işə yaramadı - ''Əksinə biz onları əsəbləşdirdik''
  • Dünən, 15:30
    ''Fənərbaxça'' bu transferi təkzib etdi
  • Dünən, 14:59
    Cüdoçumuz Praqada "gümüş" qazandı
  • Dünən, 14:27
    Madriddən Londona üz tutacaq
  • Dünən, 13:56
    "Vestri"nin baş məşqçisi Qurban Qurbanovdan nə gizlədir? - xalları qurban verdi
  • Dünən, 13:42
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 13:11
    Millimiz Albaniya ilə qarşılaşacaq
  • Dünən, 12:43
    "Kəpəz"in daha bir rəqibi müəyyənləşdi
  • Dünən, 12:27
    ''Beşiktaş'' gənc qürbətçini transfer etdi
  • Dünən, 11:58
    "Sabah"ın məğlub heyəti, qələbə həsrəti - "bayquşlar" ÇL-yə hazırdımı?
  • Dünən, 11:32
    Milandan Turinə yollana bilər
  • Dünən, 11:00
    Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə!
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 271
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 163
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
Oxunub: 139
Kaşkilyanın da Allahı var!
Oxunub: 139
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə