• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Terimin Yunanıstan macərası fiaskoyla yekunlaşdı!

Dünya futbolu

21-05-2024, 10:0

Türkiyə futbolunun gəlmiş-getmiş ən güclü məşqçisi hesab olunan Fatih Terimin Yunanıstan macərası uzun çəkmədi.

“İmperator” ötən il dekabrın 26-da “Panatinaikos”un baş məşqçisi təyin olunmuşdu. Dünən isə bu iş birliyinə rəsmən yekun vuruldu.

“Mövsüm bitəndən sonra deyiləsi çox sözüm olacaq”

Dünən səhər saatlarında ünlü mütəxəssis “instaqram” səhifəsində bu sözləri paylaşdı:
“Dekabrdan bu yana köməkçilərimlə birlikdə var gücümüzlə çalışdığımız “Panatinaikos”da hədəfimiz mövsümü çempion kimi tamamlamaq və fanatlara 13 mövsümdü həsrətində olduqları sevinci yaşatmaq idi. Dünən (srağagün – red.) axşam başqan Yannis Alafuzosla bir araya gələrək durumu dəyərləndirdik. 2024/25 mövsümü üçün planlarımızın üst-üstə düşmədiyini gördük. Bunun nəticəsi kimi peşəkar münasibətləri bititirməyə qərar verdik. Afinada keçirdiyimiz 6 ay boyunca bizi bağrına basan fanatlara, prezidentə, eləcə də bizə hər fürsətdəcə sevgisini, hörmətini göstərən Yunanıstan futbol ictimaiyyətinə təşəkkür edirəm. “Panatinaikos”a bundan sonrakı dönəmdə ürəkdən uğurlar arzulayıram”.

Ötən həftəsonu Yunanıstan çempionatında çempionluq qrupunun 9-cu turunun oyunları keçirildi. Tura 71 xalla 3-cü pillədə daxil olan “Panatinaikos” 74 xalla 2-ci pillədə qərarlaşan PAOK-un qonağı oldu. Aktivində 75 xal olan lider AEK isə 70 xallı “Olimpiakos”un qonağı oldu. Yəni “Pana” onsuz da cüzi olan çempionluq şansını davam etdirmək üçün PAOK-u yenməli və AEK-in uduzmasına ümid bəsləməli idi. Əslində ikinci variant reallaşdı. AEK səfərdə “Olimpiakos”a 2 cavabsız qolla boyun əydi.

Amma “Panatinaikos” üçün “Tumba” stadionundakı oyun tam bir fiasko ilə nəticələndi. Razvan Luçeskunun komandasının 4 qoluna Terimin komandası yalnız 1 qolla cavab verə bildi. Bununla da “Panatinaikos” həm 4-cü pilləyə yuvarlandı, həm də çempionluq şansını rəsmən itirdi. Çempionluq həsrəti 14 ilə yüksəldi. Halbuki komanda qalib gələcəyi təqdirdə son tura liderdən yalnız 1 xal geridə daxil olacaqdı. Hər məğlubiyyətdən sonra diqqətçəkən açıqlamalar verən Terim bu dəfə də ənənəsinə sadiq qaldı:
“Olaya sırf nəticə prizmasından baxmamalıyıq. Sadəcə, uduzduq və hədəfə çata bilmədik. Olaya bu şəkildə yanaşmaq lazımdı. PAOK-u təbrik edirəm. Hələ ki “Olimpiakos”la oyun və kubokun finalı barədə düşünməliyik. Amma mövsüm bitəndən sonra deyiləsi çox sözüm olacaq. Qolu çox gec vurduq. İrəlidə istədiyimiz kimi oynaya bilmədik. Bəzi şeyləri doğru etsək də, fərdi səhvlər yenə bizə baha başa gəldi. İlk qolu buraxdıqdan və hesabda geri düşdükdən sonra çox çətinlik çəkməyə başlayırıq. Mövsümün sonunda “Panatinaikos” fanatlarına bəzi şeyləri açıqlayacam”.


“Kiçik komandalarla oyunlara lazımi qədər diqqət ayırmadı”

Əslində Terimlə “Panatinaikos” arasındakı iplər hələ aprelin sonlarında qopmuşdu. 8-ci turda Afina nəhəngi sürpriz şəkildə öz meydanında “Aris”ə minimal hesabla boyun əymişdi. Biz də həmin vaxt “Terim 23 il əvvəlki aqibətlə üzləşə bilər” sərlövhəli yazı dərc etmişdik. Zaman göstərdi ki, tanınmış məşqçi həqiqətən də bu cür aqibətlə üzləşdi. “İmperator” 2001-də “Fiorentina”nı İtaliya kubokunun finalına yüksəltsə də, çempionatdakı pis nəticələr üzündən həlledici oyuna çıxmadan qovulmuşdu. İndi də belə oldu. Terim komandasını kubokun finalına yüksəltdi. Həlledici görüş mayın 25-də “Aris”ə qarşı olmalı idi. Amma əfsanəvi türkiyəli məşqçi o matçda komandanın başında olmayacaq. “Aris”ə çempionat çərçivəsində evdəki şok məğlubiyyətin ardından “Pana” fanatları ilk dəfə Terimi fitə basmışdı. O qarşılaşmadan dərhal sonra prezident Yannis Alafuzosun Terimdən kəskin şəkildə narazı olduğu və onu mövsüm başa çatmamış istefaya göndərəcəyi barədə çoxsaylı şayiələr yayılmışdı. Sadəcə Alafuzos həmin vaxt bu yükün altına girə biləcək bir məşqçi tapmamışdı. Psixoloji cəhətdən çökmüş komandanı çempionatda iki prinsipial rəqibə – PAOK və “Olimpiakos”a qarşı görüşlər, üstəlik kubokun finalı gözləyirdi. Heç bir məşqçi bu cür həlledici məqamda bu vəzifəyə gəlmək istəmədi. Bu üzdən Alafuzos məcburiyyətdən Terimlə yola davam edərək PAOK-la oyunda ona sonuncu dəfə şans vermək istədi.

Amma hər şey daha da bərbad oldu. Yunanıstanlı jurnalist İoannis Sapuntzakis Terimin dönəmini “Fanatik” nəşrinə dəyərləndirərək bunları deyib: “Terim Yunanıstana bir hədəf – yalnız çempionluq üçün gətirilmişdi. Amma buna nail olmadı. Xüsusilə son 3 oyunda komanda sadəcə fəlakət bir performans sərgilədi. Hiss olunurdu ki, heç bir plan yoxdu. Terim əvvəlki məşqçinin dönəmində mühüm rol oynayan futbolçuları ortadan qaldırdı. Əslində Terim bir çox şeyi sınaqdan keçirdi. Onun əsas səhvi kiçik komandalarla oyunlara lazımi qədər diqqət ayırmaması oldu. “Lamia”, “Kifisia”, OFİ ilə görüşlərdə itirilən xallar buna sübutdu. Komandada qruplaşmalar yaranmışdı. Oynamayan futbolçular ondan narazı idi. Terim komandanı kifayət qədər yaxşı durumda qəbul etmişdi. Əvvəlki məşqçini fanatlar çox sevirdi. O, 2,5 il ərzində çox mühüm işlər görmüşdü. Terimdən sadəcə komandanı bir addım irəliyə daşımaq tələb olunurdu. Ancaq bu aylar ərzində bunu bacarmadı. Komanda əksinə daim geriyə getdi”.

Beləliklə, “Panatinaikos” Terimlə 26 rəsmi oyundan 13 qələbə, 6 heç-heçə, 7 məğlubiyyətlə ayrılmış oldu. Yunanıstan mətbuatının yazdığına inansaq, Afina nəhəngini son turda “Olimpiakos”a, eləcə də kubokun finalında “Aris”ə qarşı oyunlara Xristos Kontis çıxaracaq. 49 yaşlı mütəxəssis Terimdən öncə “Pana”da işləmiş İvan Yovanoviçin köməkçisi idi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-01-2024, 19:0

Terimin Yunanıstan macərası qələbə ilə başladı

Dünya futbolu

15-02-2024, 12:0

Terim Luçeskudan qisasını aldı

Dünya futbolu

2-03-2024, 15:0

Terimin komandası bu dəfə büdrəmədi

Dünya futbolu

18-01-2024, 10:0

Terimin komandası məğlubiyyətsiz yoluna davam edir

Dünya futbolu

13-03-2024, 12:0

Terimin ''Panatinaikos''u yenə əzəli rəqibini devirdi

Dünya futbolu

28-02-2024, 19:0

Terimin komandası autsayderlə bacarmadı

Aktual
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
Son xəbərlər
  • Bu gün, 21:00
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • Bu gün, 20:30
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
  • Bu gün, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Bu gün, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Bu gün, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Bu gün, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə