Taylandın paytaxtı Banqkokda keçirilən FİFA-nın 74-cü konqresindən öncə UEFA-nın prezidenti Aleksander Çeferinlə AFFA-nın prezidenti Rövşən Nəcəf arasında görüş keçirilib.
"Football-plus.az" xəbər verir ki, görüşdə UEFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, UEFA-nın dəstəyi ilə Azərbaycanda həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.
Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə ediblər.
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü
Ölkə futbolu



