İtaliyalı tennisçi Matteo Berrettini mayın 8-19-u aralığında Romada keçirilən “Masters” seriyalı turnirin iştirakçıları arasında yoxdu.
“Football-plus.az” xəbər verir ki, ilk mərhələdə həmvətəni Stefano Napolitano ilə qarşılaşmalıydı. Berrettinin turnir torunda boşaltdığı yeri amerikalı Ceffri Volf tutub. Matteo sosial şəbəkə hesabında bunları yazıb:
“Heç cür oynaya bilməyəcəm, artıq bütün variantları sınamışam. Yarış gərginliyinə davam gətirməyə hazır deyiləm. Turnirə qatılacağım təqdirə özümə zərər vura, ümumiyyətlə, karyeramı bitirmək təhlükəli ilə üzləşə bilərdim. Bu qərarı ürək ağrısı içində verdim. Bu haqda sosial şəbəkədə yazmaq istəmirdim, ancaq məcburam. 2025-in mənim üçün daha yaxşı il olacağına ümid edirəm”.