• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İtaliyada məşqçilərin zəruri yerdəyişməsi - Klublar yalnız təcrübəlilərə yox, nisbətən gənclərə də güvənir

Dünya futbolu

10-05-2024, 23:0

A seriyasında 2023/24 mövsümü başa çatmaq üzrədi.

“Football-plus.az” xəbər verir ki, belə məqamda ölkə futbol ictimaiyyətində ən çox müzakirə olunan mövzular sırasında baş məşqçilərin yerdəyişməsi də var. Artıq mövsüm ərzində liqada çıxış edən 20 komandanın 9-da bu planda dəyişiklik baş verib. Belə halın zəif və ortabab komandalarda yaşanması təbiidi. Daha iddialı klublardan “Napoli”, “Roma” və “Latsio” da bu planda dəyişikliyə məruz qalıb. İndi isə çoxlarını başqa aparıcı klublarda yayda baş verəcək yerdəyişmələr düşündürür.

“Roma” De Rossi...
Əvvəlcə paytaxt klublarında zərurətə çevrilən istefalara nəzər salaq. Əlbəttə, Romanın eyniadlı klubunun Joze Mourinyo ilə yolları mövsümün gedişində ayırması bir qədər gözlənilməz oldu. Doğrudu, “canavarlar” portuqaliyalı mütəxəssisin yanvarın 16-da istefaya göndərilməsi ərəfəsində çempionatda 9-cu yeri tuturdu. Bu, təbii ki, iddialı kluba yaraşmayan göstəricidi. Amma hər halda “Roma”nı Konfrans Liqasının (KL) debüt mövsümündə (2021/22) qələbəyə daşıyan, növbəti mövsüm isə Avropa Liqasının (AL) finalına çıxaran dünya şöhrətli çalşdırıcının 20-ci turdan sonra qovulması onun üçün də gözlənilməz oldu. Don Joze sonrakı açıqlamalarında bu iki fakta əsaslanaraq haqsızlığa məruz qaldığını vurğulamaqdan çəkinmir.

Rəhbərlik ona “doğma” mütəxəssisi xələf seçdi. Sözsüz, Daniele De Rossi futbolçu karyerasının 18 ilini (2001-19) həsr etdiyi komandada “çox isti” qarşılanmalıydı. Təyinat mənasında yalnız onun təcrübəsizliyi müzakirə mövzusu oldu. Amma 2022/23 mövsümündə B seriyasında SPAL-a başçılıq edən DÇ-2006-nın qalibinin doğma klubuna baş məşqçi kimi qayıdışı yetərincə uğurlu alındı. A seriyasında əksər oyunlarda xal ehtiyatını əhəmiyyətli dərəcədə artıran “Roma” mövsümün sonuna 3 tur qalmış 60 xalla 6-cı yeri tutur. Bu yer AL-ə vəsiqə verir. Amma romalıların əsas hədəfi Çempionlar Liqasında (ÇL) oynamaqdı. De Rossinin komandası hazırda ən nüfuzlu klub turnirinə yollanmaq hüququ verən 5-ci yerdəki “Atalanta” ilə eyni xala malikdi. Fərq ondadı ki, berqamoluların ehtiyatda “Fiorentina” ilə təxirə salınan oyunu var. “Roma” ÇL-ə AL-in qalibi olmaqla da vəsiqə qazana bilər. Lakin yarımfinalın ilk oyununda 0:2 hesablı məğlubiyyət paytaxt komandasının finala çıxmaq ehtimalını yetərincə azaldıb. Deməli, De Rossinin komandası A seriyasında son oyunları maksimum nəticə ilə başa vurmalı və həm də 4-cü yerdəki “Bolonya”nın da mövsümü uğursuz nəticələrlə başa vurmasına ümid etməlidi.

Amma görünür, “Roma” rəhbərliyi hətta ÇL-ə vəsiqə qazanılmayacağı halda belə baş məşqçiyə ciddi irad tutmayacaq. Çünki artıq 40 yaşlı mütəxəssis ilə müqavilənin müddəti artırılıb.

...“Latsio” Tudorla davam edəcək
Mauritsio Sarrinin “Latsio”dan gedişi də birmənalı qarşılanmadı. Rəhbərlik 65 yaşlı mütəxəsislə 2021-ci ildə başladığı əməkdaşlığı martın 13-də dayandırmalı oldu. Daha doğrusu, Sarri qeyri-qənaətbəxş nəticələrə görə özü istefa verdi. Bu faktı romalılar üçün itki saymaq olar. Hər halda, komanda A seriyasında uzun illərdən sonra 2022/23 mövsümündə 2-ci yeri tutmuşdu. Amma bu mövsüm əsas diqqətin ÇL-ə ayrılması “qartallar”ın çempionatdakı vəziyyətinə mənfi təsir göstərdi: komanda Sarrinin istefası ərəfəsində A seriyasında 9-cu yeri tuturdu.

Rəhbərlik baş məşqçi vəzifəsinə İqor Tudoru təyin etməklə çoxlarını təəccübləndirdi. Hər halda, xorvat çalışdırıcı İtaliyada daha əvvəl böyük klublarda işləməmişdi. Amma “Udineze” ilə “Verona”nı qısa müddətdə çalışdıran Tudorun “Latsio”dakı debütünü pis saymaq olmaz. Əsas odu ki, “ağ-mavilər” finişə üç tur qalmış 7-ci yerdədi. Bu yer komandaya AL-ə vəsiqə qazandıracaq. Reallığa görə, ÇL-də oynamaq şansı minimuma bərabərdi. Yəqin ki, bosslar Tudorla müqavilə bağlayarkən bunun nəzərə alıblar. “Latsio” gələn mövsümə də Tudor ilə başlayacaq.

“Napoli” Konte ilə anlaşıb?
Şübhəsiz, İtaliyanın son çempionunun mövsüm ərzindəki “həyatı” daha keşməkeşli alındı. “Napoli”yə 33 ildən sonra tarixinin 3-cü skudettosunu qazandıran Luçano Spallettinin istefaya yollanmasından sonra vəziyyət böyük ölçüdə dəyişdi. Hətta pisləşdi deyə də bilərik. Hazırda İtaliya yığmasının başında olan 65 yaşlı mütəxəsis komandanın daha yüksək səviyyəyə qaldırılması planında Aurelio De Laurentislə anlaşa bilmədi. Klubun həmişə şəxsi düşüncəsi ilə transfer siyasəti yürüdən prezidenti yayda fransalı Rudi Qarsiyanı İtaliyaya qaytardı. Bu ölkədə 2013-16-cı illərdə “Roma”da az-çox uğurlu fəaliyyəti ilə yadda qalan fransalı üçün sələfinin mükəmməl işini davam etdirməyin çətin olacağı ehtimal edilirdi. Əsas ifaçılar qalsa da, komanda əvvəlki kimi oynaya bilmirdi. Çempionatda qeyri-sabit çıxış edən neapollular artıq noyabrın 14-də baş məşqçisiz qaldılar. 60 yaşlı Qarsiya istefaya göndərilərkən komanda 4-cü yerdə idi.

De Laurentis fransızın yerinə Valter Matsarrini təyin etdi. Neapolda 2009-13-cü illərdə qənaətbəxş fəaliyyəti ilə yadda qalan 62 yaşlı çalışdırıcının vəziyyəti düzəldəcəyinə yönələn ümid puç oldu. Onun komanda ilə nail olduğu yeganə uğur ÇL-də 1/8 finala vəsiqə qazanmaq oldu. Lakin Matsarri bu mərhələnin “Barselona” ilə ilk oyunu ərəfəsində - fevralın 9-da istefaya göndərildi. Müqaviləsinin müddəti mövsümün sonuna qədər nəzərdə tutulan məşqçi qovularkən çempion A seriyasında 9-cu yerdə idi...

De Laurentis bu dəfə postu Françesko Kaltsonaya həvalə etdi. O, müxtəlif illərdə klubda məşqçi və texniki direktor kimi fəaliyyət göstərmişdi. 55 yaşlı mütəxəssisin ÇL macərası qısa çəkdi: evdə “Barselona” ilə 1:1 hesablı heç-heçəyə nail olan neapollular İspaniyada aciz qaldılar - 1:3. Kaltsonanın fəaliyyətinin komandada irəliləyişə səbəb olduğunu əsla söyləyə bilmərik. Ona görə ki, hazırda çempionatda 8-ci yeri tutan “Napoli” bu mövqeyini qoruyacağı halda yalnız KL-ə vəsiqə qazanacaq. De Laurentis isə komandasının ÇL-dən başqa turnirdə oynamasını istəmir. Maraqlıdı ki, cənublular sonda 8-ci yerdən aşağı düşməklə avrokuboklardan kənarda da qala bilər. KL-də oynamaqdansa, gələn mövsüm diqqəti yalnız A seriyasına ayırmaqla mümkün qədər yüksək yerləri tutmağı düşünən De Laurentisin Antonio Konte ilə anlaşdığı deyilir. İddiaya əsasən, məşhur italyan hətta prezidentin yayda heyəti bahalı oyunçularla gücləndirməmək planı ilə də razılaşıb. Bax, buna inanmaq olmur. Çünki Konte getdiyi yeni klubda rəhbərlikdən ona lazım olan oyunçuların alınmasını tələb edən məşqçi kimi də tanınır. Yeri gəlmişkən, “Napoli”nin başda Viktor Osimhen olmaqla bir neçə aparıcı oyunçusunu satacağı haqda xəbərlər çoxdan səslənir. Klubun gedən oyunçuların yerinə onları layiqincə əvəzləyəcək yeniləri transfer edəcəyi o qədər də inandırıcı görünmür. Belə olan surətdə 54 yaşlı Konte skudetto uğrunda “İnter”, “Milan” və “Yuventus” ilə necə mübarizə aparacaq?..

Pyoli “Milan”dan gedəcək!
“Milan” mövsümə çempionluq iddiası ilə başlamışdı. Bunda qeyri-adi nəsə yoxdu. Azı ona görə ki, bu komanda 2021/22 mövsümünü çempion kimi başa vurmuşdu. Ölkə nəhənginin 11 illik skudetto həsrətinə son qoyan Stefano Pyoli karyerasında ilk dəfə çempionluq sevincini yaşamışdı! “Milan” növbəti mövsümü çempion “Napoli”dən 20 xal (!) geri qalmaqla 4-cü yerdə başa vurdu. Amma rəhbərlik belə geriləməyə görə Pyoli ilə yolları ayırmaq haqda düşünmədi. Səbəb komandanın ÇL-də yarımfinala qədər irəliləməsi ilə bağlıdı. “Qırmızı-qaralar” bu mərhələdə əzəli rəqibi “İnter”ə uduzdular (0:2, 0:1). Bosslar yetərincə prinsipial xarakter daşıyan bu məqama da göz yumdular.

Amma cari mövsümdəki uğursuzluqlar Pyolini istefaya göndərilməkdən xilas etməyəcək. Çünki nəticələr ümumilikdə heç də yaxşı sayıla bilməz. Əsas fakt odu ki, artıq komandanın ardıcıl ikinci mövsümü titulsuz başa vuracağı dəqiqləşib. Həm bu, həm də “İnter”in 20-ci skudettonu məhz “Milan”la matçdakı 2:1 hesablı qələbə ilə rəsmiləşdirməsi (!) tifozinin hissləri ilə oynamaq deməkdi. Rəhbərlik hazırda 2-ci yerdə olsa da, ÇL-ə vəsiqəni təmin etsə də, əzəli rəqibindən 18 xal geri düşən “Milan”a çoxdan yeni baş məşqçi axtarır. Uzun müddətdi müxtəlif mənbələrdə 58 yaşlı Pyolinin yerinə namizəd kimi Paulu Fonseka, Xulen Lopetegi, Sarri, Konte və başqa mütəxəssislərin adı hallanır. Maraqlıdı, görəsən, “Milan”a kim təyinat alacaq?..

Alleqrinin yerini Tyaqo Motta tutacaq
Artıq Massimiliano Alleqrinin aqibəti də müəyyənləşib. “Yuventus” mövsümü İtaliya kuboku ilə başa vurmaq şansını saxlayır. Yerli mənbələr bu titul qazanılsa belə, baş məşqçinin yenilənəcəyini çoxdan iddia edir. İlk dövrədə “İnter”in əsas rəqibi kimi görünsə də, turinlilərin yetərincə gəncləşən heyətlə milanlılarla sona qədər rəqabət apara bilməyəcəkləri böyük ölçüdə məlum idi. Fevralın 4-də “İnter”ə məğlubiyyət (0:1) Alleqrinin komandasına psixoloji cəhətdən çox pis təsir etdi. Uzun müddətdi özünə gələ bilməyən “Yuventus” çempionatda keçirdiyi son 12 oyunda yalnız 2 qələbə qazanıb. Nəticədə 2-ci yerdə itirilib.

Qarşıdakı iki-üç həftədə qeyri-adi nəsə baş verməsə, 56 yaşlı Alleqrinin 5 çempionluq qazandırdığı komandadakı yerini Tyaqo Motta tutacaq. O, “Bolonya”dakı uğurlu fəaliyyəti ilə bir sıra digər klubların da hədəfində idi. Amma Turin klubunun artıq 41 yaşlı məşqçi ilə anlaşdığı məlum olub. Hələlik bu haqda rəsmi açıqlama verilməyib. İstənilən halda gənc mütəxəssisin böyük klubdakı fəaliyyətinin necə alınacağı maraq doğurur.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-01-2024, 13:0

Mourinyo “Roma”dan hara gedəcək?

Dünya futbolu

4-03-2023, 16:0

Mourinyo Çempionlar Liqasına vəsiqə qazana bilməsə...

Dünya futbolu

21-03-2022, 19:0

Roma derbisinin tarixinə düşdü

Dünya futbolu

30-06-2023, 21:0

“Roma”ya sadiq qaldı

Dünya futbolu

30-03-2023, 15:0

Mourinyo “Roma”dan gedəcək?

Dünya futbolu

21-02-2023, 14:0

PSJ Mourinyo ilə danışıq aparır?

Aktual
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Son xəbərlər
  • Bu gün, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Bu gün, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Bu gün, 12:16
    Vembanyama niyə ağladı?
  • Bu gün, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Bu gün, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Bu gün, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Dünən, 11:30
    Milandan Madridə yollanacaq
  • Dünən, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Daha çox
Oxunub: 712
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 248
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 247
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 154
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə