• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Forza” qayıtdı, “Neftçi” darmadağın etdi - REPORTAJ

Premyer-liqa / Manşet

1-05-2024, 21:0

Mövsüm sona yaxınlaşdıqca avrokuboklar uğrunda mübarizə kəskinləşir.

Ölkəmizi qitəmiqyaslı turnirlərdə təmsil etmək şansını qoruyan komandalardan ikisi “Neftçi Arena”da üz-üzə gəldi. Tarixi Azərbaycan derbisi maraqlı və gərgin alındı. Təbii ki, buna azarkeş amili da öz töhfəsini verdi. “Forza Neftçi” klubun çağırışını qəbul edərək martın 8-dən sonra ilk dəfə tribunalarda yerini almışdısa, “bozqurdlar”ın “Turan Ultras”ı da vacib matçda komandanı tək qoymamışdı.

Oyun meydan sahiblərinin üstünlüyü ilə başladı. “Ağ-qaralar” artıq 15-ci dəqiqədə hesabı açdı. Lebon Ozobiçi zərbə mövqeyinə çıxardı. Təcrübəli futbolçu ilə bu fürsəti boşa vermədi – 1:0. Çox keçmədən “Neftçi” penalti vurmaq hüququ qazandı. Matias başla zərbə endirməyə hazırlaşarkən Qonçalveş onun qarşısını kobudluqla kəsdi. Baş hakim tərəddüd etmədən “nöqtə”ni göstərdi. Topun arxasına zərərçəkən özü keçdi və zərbəni dəqiq yerinə yetirdi. Bayramov topun istiqamətini düzgün müəyyənləşdirsə də, qola mane ola bilmədi. Tovuzluların ilk zərbəsi isə 35-ci dəqiqədə gəldi. Komandanın kapitanı Nəcəfov uzaq məsafədən qapını yoxladı. Lakin Cəfərov sayıqlığı itirmədi. Hissənin sonlarında hücumlarının sayını artıran qonaqlar daha bir dəfə qola yaxın oldu. Hakmanın başla zərbəsinin qarşısını Matias gövdəsi ilə kəsdi.

İkinci hissənin startında “bozqurdlar” daha fəal təsir bağışladı. Hücumların birində Pusinin cinah reydindən sonra ötürdüyü topu Souza qapıdan yan vurdu. 60-cı dəqiqədə isə “Turan Tovuz” azlıqda qaldı. Qonçalveş “Neftçi”nin cərimə meydançası daxilində Haqverdiyə baş zərbəsi endirdi. Həmzəzadə əvvəlcə ona ikinci sarı vərəqəni göstərsə də, VAR-ın müdaxiləsindən sonra vərəqəni ləğv etdi və müdafiəçiyə birbaşa qırmızı vərəqə göstərdi. Rəqibin azlıqda qalmasından istifadə edən “ağ-qaralar” hücumlarının sayını artırdı. 66-cı dəqiqədə Hacıyevin ötürməsini Şinyaşiki zərbə ilə tamamlasa da, Bayramov zərbəni dəf etdi. Lakin epizodun davamında referi VAR-ın müdaxiləsindən sonra epizoda yenidən baxdı və tovuzluların qapısına daha bir penalti təyin etdi. Bu dəfə topun arxasına Rəhman Hacıyev keçdi. Qolkiper yenə topun istiqamətini müəyyənləşdirsə də, bu dəfə də zərbənin qarşısını kəsə bilmədi. 74-cü dəqiqədə meydan sahibləri fərqi 4 topa çatdırmağa yaxın oldu. Salyanskiyin zərbəsi qapıdan aralı keçdi. Son dəqiqələrdə qonaqlar Zülfüqarlı ilə təsəlli qoluna yaxın oldu. Lakin onun zərbəsi dəqiq olmadı.

Beləliklə, inamlı qələbə qazanan “Neftçi” xal sayını 50-yə çatdırdı və yenidən ilk “3-lüy”ə qayıtdı.

Gözdən qaçmadı
* “Forza Neftçi” tribunalara qayıtsa da, vurulan qolların heç birinə sevinmədi.
* Matçın gedişində “Turan Tovuz” azarkeşləri ilə polis əməkdaşları arasında mübahisə yarandı. Fanatlardan biri polis tərəfindən saxlanıldı.
* “Forza Neftçi” “ağ-qaralar”ın şəninə “hər kəsə nəsib olmaz o böyük forma, dəyərini bilərək oyna” şüarını səsləndirirdi.
* “Turan Ultras” etiraz əlaməti kimi pankartını yığışdırdı. Fanatların bir çoxu tribunaları tərk etdi.
* Tovuz azarkeşləri oyunboyu Rəvan Həmzəzadənin qərarlarına etiraz edir, onun ünvanına təhqir səsləndirirdilər.
* Komandasının 3:0 öndə olmasına baxmayaraq, Bojoviç final fitinə qədər sakitləşmədi.

İSMAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

9-04-2024, 21:0

“Neftçi” 2-ci pilləni əldən verdi - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2024, 18:0

“Kəpəz”in seriyası üç oyun çəkdi - REPORTAJ

Premyer-liqa / Reportaj

5-03-2024, 18:0

“Qarabağ” Azərbaycan derbisini ardıcıl 4-cü dəfə qazandı! - REPORTAJ

Premyer-liqa / Reportaj

3-04-2024, 17:0

Bayılda heç-heçə oldu, komandalar yerində saydı - REPORTAJ

Ölkə kuboku / Reportaj

5-04-2024, 10:0

“Qarabağ” cütün taleyini “Neftçi Arena”da həll etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

27-09-2023, 16:0

“Neftçi” liderlərdən bir qədər də uzaq düşdü - REPORTAJ

Aktual
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
Son xəbərlər
  • Bu gün, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Bu gün, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Bu gün, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Bu gün, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Bu gün, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Bu gün, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Bu gün, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə