• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” cütün taleyini “Neftçi Arena”da həll etdi - REPORTAJ

Ölkə kuboku / Reportaj

5-04-2024, 10:0

Təbii ki, “Neftçi”nin bu oyunda qələbə qazanacağını düşünməyə əsas verən heç bir əlamət yox idi.

Bakılılar “Qarabağ”a cari mövsümdəki oyunların hamısında uduzmuşdu, azarkeş dəstəyindən məhrum idi. Sadəcə, kuboku qazanmaq, mövsümü titulla bitirmək həvəsi önə çıxmalıydı. Rəqib yenicə növbəti çempionluğu bayram edən, Avropada ad-san qazanan “Qarabağ”dısa, deməli, vəziyyət çətinləşir. Bəlkə də ən yaxşı seçim cütün taleyini cavab görüşünə daşımaq olardı. Amma belə olmadı.

Hər halda, ilk təhlükəli vəziyyəti “Neftçi” yaratdı. Boqomolski Ozobiçin qapı önünə ötürməsini dəyərləndirsəydi, hesab erkən açılacaqdı. Lakin belaruslu hücumçu qeyri-dəqiq zərbə ilə yadda qaldı. Ardından Eddi hücuma keçmək istəyən Yankoviçi kobud qayda pozuntusuyla dayandırdı. Həmzəzadənin təyin etdiyi cərimə zərbəsini məhz Marko yerinə yetirdi. Topun “canlı sədd”in içində olan Yeqorun əlinə toxunması penalti qərarıyla nəticələndi. Rza Toralın zərbəsinin istiqamətini düzgün müəyyənləşdirib qola mane olmağa çalışdı. Amma gec idi. Meydan sahiblərinin növbəti hücumu özünü çox gözlətmədi. Burda Ozobiçin “çərçivə”yə göndərdiyi topa yiyələnmək Lunyov üçün çətin olmadı. “Ağ-qaralar”ın kəsərsiz hücum cəhdləri “Qarabağ”ı irəli atılmağa sövq edirdi. 29-cu dəqiqədə Toral dublunu rəsmiləşdirdi. O, Benzyanın qapıya paralel ötürməsini qolla tamamladı. Qeyd etmək vacibdi ki, “Neftçi”nin müdafiə xəttindəki başıpozuqluq gözdən qaçmırdı. Xüsusilə Koffi, Haqverdi və Azər etibarsız çıxışıyla seçilirdi. Birinci hissənin sonuncu kritik epizodu 37-ci dəqiqəyə təsadüf etdi. Belə ki, Elvin Bədavinin uzaqdan sol cinaha göndərdiyi topla xeyli irəliləyib Zubiri “gördü”. Toral fransalı yarımmüdafiəçinin qapı önünə ötürməsini dəyərləndirmək istədi ki, başla zərbəsi yaxşı alınmadı. Ardından Matias özünü meydanda qalan topa çatdırmaq uğrunda mübarizədə Yankoviçə uduzdu. Monteneqrolu Azəri çox asanlıqla keçərək “çərçivə”ni dəqiq nişan aldı. Əlbəttə, Toral Elvinin ötürməsiylə ələ keçən fürsətdən yararlansa, dördüncü qola da şahidlik edə bilərdik. Lakin birinci hissənin sonları Lunyovun Morenonun qol vurmaq istəyinə mane olması və Elvinin qapı tirindən qayıdan zərbəsiylə yadda qaldı.

Fasilədən sonra həm oyunun tempi aşağı düşdü, həm də “Neftçi” daha çox hücum etməyə çalışdı. Düzdü, “Qarabağ”ın hücumları daha təhlükəli alınırdı. Əvvəl Veşoviçin baş zərbəsi qapıdan xeyli aralı keçdi. Sonra Juninyo komandasının dördüncü qoluna imza atmaq şansını qaçırdı. Daha dəqiqi, Rza üzərinə gələn topu asanlıqla saxladı. “Neftçi”nin qapıçısı çox keçmədən Zubirin zərbəsini zərərsizləşdirdi. Meydan sahiblərinin iki ardıcıl hücum cəhdi isə uğursuzluğa düçar oldu. Emin Romao səddini keçə bilmədiyindən top meydanı tərk etdi. Lebona gəlincə, fransalı yarımmüdafiəçiyə Lunyovun cəldliyi imkan vermədi. Bu ərəfədə Juninyo yaxşı fürsəti qaçırdı. Braziliyalı bu dəfə də həlledici zərbəni istədiyi kimi vura bilmədi. “Qarabağ” 4-cü qolu vurmaq niyyətindən əl çəkmirdisə, “Neftçi” təsəlli qolu üçün tər tökürdü. Bu anda Rəhman Lebonun yaxşı ötürməsini boşa verdi. Növbəti cəhd “köhlən atlar”dan gəldi. Lakin Leandro Elvinin ötürməsindən faydala bilmədi, top qapıdan aralı keçdi. Nəhayət, 86-cı dəqiqədə 4-cü qoli vuruldu. Leandronun cərimə meydançasına göndərdiyi topu Nəriman tora qovuşdurdu. Onun qarşısını almaq istəyən Azər Rzaya da mane oldu. Nəticədə ikisi də yerdə qaldı. Topa son toxunuş isə Axundzadədən idi. Sonuncu dəqiqədə Rza Keytanın zərbəsini dəf etdi.

Hakimin start fiti “Neftçi”nin biabırçı məğlubiyyətini və “Qarabağ”ın cütün taleyinə böyük ölçüdə aydınlıq gətirməsini rəsmiləşdirdi. Bu cütdə cavab görüşünü keçirməmək də olar!

KƏNAN BAHADIR

Gözdən qaçmadı
* Komandalar meydana autizm sindromlu uşaqlarla çıxdı. Şüar “Autizmin fərqindəyik, onların yanındayıq” idi.
* “Neftçi”nin ən böyük fanklubu “Forza Neftçi” yenə tribunalarda yox idi. “Qarabağ”ı “İmarət”, “1951”, “Ultras 2009”, “Fanatics”, “Qarabağ Hooligans” fanklubları dəstəkləyirdi.
* 66-ci dəqiqədə Benzya ilə İsrafilov arasında qalmaqal yaşansa da, komanda yoldaşları futbolçuları sakitləşdirdi. Düzdü, sonradan əlcəzairli meydanı tərk edərkən Eddi ilə görüşdü, münasibətləri yoluna qoydu.
* Matç bitəndən sonra meydana kənar şəxslər çıxdı. Tərəfdarlara soyuq münasibət göstərən Elvin Cəfərquliyevdən fərqli Bəhlul Mustafazadə onlardan birinə formasını bağışladı, şəkil çəkdirdi.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku / Reportaj

11-02-2024, 20:0

“Qarabağ” kubokda ilk dəfə 4 top buraxdı - REPORTAJ

Premyer-liqa / Reportaj

13-02-2024, 21:0

“Qarabağ” “Braqa” ilə oyun ərəfəsində 3 qol buraxdı - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2024, 20:0

Yorğun “Qarabağ” Tovuzda da xal itirmədi - REPORTAJ

Ölkə kuboku / Reportaj

1-02-2024, 22:0

“Neftçi” ilk yarıda fırtına kimi əsdi, fasilədən sonra çökdü – REPORTAJ

Avropa Liqası

10-08-2023, 16:0

“Qarabağ” cütün taleyini 70-80 faiz Bakıda həll edəcək”

Premyer-liqa / Reportaj

5-03-2024, 18:0

“Qarabağ” Azərbaycan derbisini ardıcıl 4-cü dəfə qazandı! - REPORTAJ

Aktual
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
Son xəbərlər
  • Bu gün, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Bu gün, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Bu gün, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 79
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə