• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Liverpul” yenə büdrədi, MS potensial lider oldu - TURUN İCMALI

Dünya futbolu

28-04-2024, 15:0

Premyer-liqada mövsüm sona yaxınlaşır, həlledici məqamda əsəblər gərilib.

“Football-plus.az” xəbər verir ki, çərşənbə günü və cümə axşamı 29-cu turdan təxirə salınan daha 5 oyun keçirildi. Bu oyunlar ilk növbədə “Liverpul”un növbəti dəfə büdrəməsi ilə yadda qaldı. Son üç oyunun ikisində uduzan “qırmızılar”ın çempionluq şansı xeyli azaldı.

Nəzəri cəhətdən “Brayton” çempionluq mübarizəsinə təsir etməyə qadir komandalardan biri kimi görünürdü. Praktikada isə De Zerbinin komandası liderlə oyuna qətiyyən hazır deyildi. “Şəhərlilər”in elə ilk yaxşı hücumu qolla nəticələndi. Uokerin cinah asmasından sonra De Bruyne başla topu tora göndərdi. 10 dəqiqə sonra cərimə zərbəsi qazanan Foden 2-ci qolu vurdu. “Canlı sədd”ə dəyən top Qrossdan səkərək tora düşdü. Əslində bu qol oyunun taleyini həll etsə də, hissənin sonuna 11 dəqiqə qalmış “qağayılar” daha bir kobud səhvə yol verdi. Foden isə Barkonun səhvindən yararlandı. Belədə 2-ci hissə formal xarakter daşıdı. De Zerbinin dəyişiklikləri işə yaramadı. Yenə aqressiv oynayan qonaqlar sona yarım saat qalmış 4-cü qolu da vurdu. Yalnız bundan sonra “Brayton” bir neçə təhlükəli vəziyyət yaratdı. Ən yaxşı imkanı Joao Pedro əldən verdi. MS darmadağınla 2-ci pilləyə qayıtdı, ancaq Qvardiolanın komandasının “Tottenhem”lə təxirə salınan oyununa qədər “Arsenal” hələ zirvədə özünü rahat hiss edə bilər.

“Liverpul”un isə rahatlıq üçün heç bir əsası yoxdu. “Everton” 2010-dan bəri ilk dəfə əzəli-əbədi rəqibini “Qudison Park”da məğlub etdi. “Göylər”in çətin turnir vəziyyətini və elitada qalmaq uğrunda mübarizə apardığını nəzərə alsaq, bu qələbə ikiqat önəmlidi. Digər tərəfdən də “Liverpul”un çempionluq ambisiyasına ciddi zərbə vurdu. “Qırmızılar” oyunboyu topa daha çox sahib oldu, qapıya daha çox zərbə endirdi. Ancaq “Everton” daha məqsədyönlü və maraqlı oyun göstərdi. Meydan sahibləri yaxşı müdafiə olunur, əks-hücumlarda təhlükə yaradırdı. Nəticədə 28-ci dəqiqədə hesabı açdılar. “Everton” fasilədən sonra da rəqibin hücum dalğasının qarşısını savadlı şəkildə aldı. 58-ci dəqiqədə Kalvert-Lüin 2-ci topu vurdu. “Liverpul” qalan vaxt ərzində heç nə edə bilmədi. Kloppun komandası yaradıcı oyun göstərməkdə çətinlik çəkdi. “Everton” isə birmənalı şəkildə qələbəni haqq etdi.

“Mançester Yunayted” aşkar autsayder “Şeffild Yunayted” üzərində əzmkar qələbə qazandı. “Qırmızı şeytanlar” oyunboyu ciddi ərazi və oyun üstünlüyünə malik olsa da, həmişə kimi qol vəziyyətlərindən yararlanmaqla bağlı problem var idi. İlk 15 dəqiqədə Dalot, Qarnaço və Heylunn imkanları boşa verdi. Mankunianlar rəqib qapısı önündə “yatsa” da, hesabı məhz qonaqlar açdı. “Şeffild”in məhsuldar hücumu Onananın səhvindən sonra başladı, Boqlun zərbəsi ilə bitdi. Fasilə ərəfəsində Maquayr hesaba tarazlıq gətirdi. Fasilədən sonra MY-nin müdafiəsini bu komandaya heç də yad olmayan Brereton Dias gərginlikdə saxladı. O, 50-ci dəqiqədə qonaqları növbəti dəfə irəli çıxardı. 10 dəqiqə sonra Dalota qarşı kobudluğa görə təyin olunan penaltini Fernandeş qola çevirdi. Ardından Brereton Dias iki dəfə qonaqları irəli çıxarmaq şansını qaçırdı. Sonda mankunianların ifaçılıq bacarığı qonaqların entuziazmından və intizamından üstün oldu. Fernandeş uzaqdan zərbə ilə qələbə topunu vurdu, oyunda sön nöqtəni Heylunn qoydu. Premyer-liqada 4 oyunluq qələbəsiz seriyaya son qoyan MY 6-cı pilləni ələ keçirdi.

Ona görə ki, həmin mövqedəki “Nyukasl” “Kristal Pelas”a iki cavabsız qolla uduzdu. Daha bir təxirə salınan oyunda “Vulverhempton” evdə “Bornmut”a uduzdu.

29-cu turdan təxirə salınan oyunlar
Everton – Liverpul 2:0
Brentueyt, 27. Kalvert-Lüin, 58. (38222)
Liverpul: Alisson, Robertson (Simikas, 84), Van Diyk, Konate (Kuansa, 63), Aleksander-Arnold (Qomes, 84), Cons (Elliott, 63), Soboslai (Endo, 63), Makallister, Dias, Nunyes, Salah.
Brayton Mançester Siti 0:4
De Bruyne, 17. Foden, 26; 34. Alvares, 62. (31596)
MS: Ederson, Uoker (Lüis, 79), Akanci, Ake, Qvardiol, Rodri (Qomes, 79), Kovaçiç, B.Silva (Dokyu, 78), De Bruyne (Nunyeş, 72), Foden (Qriliş, 71), Alvares.
Mançester Yunayted – Şeffild Yunayted 4:2
Maquayr, 42. Fernandeş, 61-p.; 81. Heylunn, 85 – Boql, 35. Brereton Dias, 50. (73549)
MY: Onana, Van-Bissaka, Maquayr, Kazemiro, Dalot, Eriksen (Maktominey, 64), Maynu (Amrabat, 90+1), Qarnaço, Fernandeş, Antoni (Dyallo, 55), Heylunn (Uitli, 90+1).
Kristal Pelas – Nyukasl 2:0
Mateta, 55; 88. (25002)
Vulverhempton – Bornmut 0:1
Semenyo, 37. (25541)
Çərşənbə axşamı keçirilən oyunun nəticəsi: Arsenal – Çelsi 5:0 (60238).
1. Arsenal 34 24 5 5 82-26 77
2. Mançester S. 33 23 7 3 80-32 76
3. Liverpul 34 22 8 4 75-34 74
4. Aston Villa 34 20 6 8 71-50 66
5. Tottenhem 32 18 6 8 65-49 60
6. Mançester Y. 33 16 5 12 51-50 53
7. Nyukasl 33 15 5 13 69-54 50
8. Vest Hem 34 13 9 12 54-63 48
9. Çelsi 32 13 8 11 61-57 47
10. Bornmut 34 12 9 13 49-60 45
11. Brayton 33 11 11 11 52-54 44
12. Vulverhempton 34 12 7 15 46-54 43
13. Fulhem 34 12 6 16 50-54 42
14. Kristal Pelas 34 10 9 15 44-56 39
15. Brentford 34 9 8 17 52-59 35
16. Everton (-8) 34 11 8 15 36-48 33
17. Nottingem F. (-4) 34 7 9 18 42-60 26
18. Luton 34 6 7 21 47-75 25
19. Bernli 34 5 8 21 37-69 23
20. Şeffild Y. 34 3 7 24 33-92 16
Bombardirlər: Holann (MS), Palmer (Çelsi) - 20, Uotkins (Aston Villa) - 19, Solanke (Bornmut) – 18, Salah (Liverpul), İsak (Nyukasl) – 17.

Turun rəqəmi
1085 – Maquayrın 42-ci dəqiqədə “Şeffild Yunayted”in qapısından keçirdiyi qol tarixi əhəmiyyət daşıdı. Belə ki, bu, cari mövsümdəki 1085-ci qol idi. Komanda sayının 20-yə çatdırıldığı 1995/96 mövsümündən bəri premyer-liqada ən məhsuldar mövsüm yaşanır. Sona isə hələ 44 oyun qalır.

Turun ulduzu
Rodriqo Muniz (Fulhem) – “Tottenhem” üzərindəki darmadağında (3:0) rolunu qiymətləndirməmək olmaz. Braziliyalı hücumçu iki dəfə lazımi anda lazımi yerdə olmaqla imkanlardan əla yararlandı. İlk epizodda asmanı dəqiq zərbə ilə tamamladı, fasilədən sonra isə top dirəkdən dönərkən hamıdan cəld davrandı. 22 yaşlı forvard 64-cü dəqiqədə əvəzlənəndən sonra “bağbanlar” daha qol vurmadı.

Turun sitatı
Vircil van Diyk, “Liverpul”un müdafiəçisi:

“Bundan daha yaxşı oynamalıydıq. Bugünkü kimi oynasaq, özümüzü titula iddialılar sırasına qoya bilmərik”.


Faktlar
* MS premyer-liada məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir. “Şəhərlilər”in son məğlubiyyəti ötən il dekabrın 6-da qeydə alınıb – onda “Aston Villa”ya uduzmuşdular (0:1). “Siti” həmin vaxtdan bəri keçirdiyi 18 oyunun 14-də qələbə qazanıb, 4-də heç-heçə edib.
* “Şeffild Yunayted” premyer-liqanın bir mövsümündə buraxılan qol sayına görə rekord müəyyənləşdirdi. Adı çəkilən komanda artıq 92 qol buraxıb. Premyer-liqanın 20 komandalı formata keçdiyi 1995/96 mövsümündən bəri heç bir komanda bu qədər qol buraxmamışdı. Şeffildlilər hələ daha 4 oyun keçirməlidi.

Reaksiyalar
Erik ten Haq, MY-nin baş məşqçisi:
“Bu gün çoxlu pozitiv gördüm. Komanda iki dəfə hesabda geri düşəndən sonra mübarizəni davam etdirməklə möhkəmlik göstərdi. Ancaq oyunumuzda neqativ məqamlar da var idi. Bəzən təşəbbüsü rəqibə verirdik. Belə olmamalıdı, bu yolverilməzdi. Bundan dərs çıxarmalıyıq. Ancaq qələbədən razıyam, irəli hərəkət etməliyik. Hesabda geri düşəndən sonra hansısa panika gördüzmü? Yox, qətiyyən, onda da toparlanmışdıq. Oyunboyu təhlükəli vəziyyətlər yaratmağa davam etdik. Komandanı inkişaf etdirməyə çalışırıq. Hazırda vurduğumuz qolların sayı böyük tərəqqidi. İdeal müdafiə “dördlüy”ümüz bərpa olunsa, çox sabit oynayacağıq”.


Yürgen Klopp, “Liverpul”un baş məşqçisi:
“Liverpul” hələ də titulu qazana bilərmi? “Arsenal”la “Mançester Siti”nin işləri hədsiz pis gedərsə. Bugünkü oyuna görə adamlardan yalnız üzr istəyə bilərəm. Biz özümüzü daha yaxşı göstərməliydik, ancaq bacarmadıq”.


Pep Qvardiola, MS-nin baş məşqçisi:
“Komandanın haqqını verməliyəm, ona görə ki, necə rəqibə qarşı oynadığımızı bilirəm. “Brayton” bu mövsüm çoxlu oyunçu itirib. Buna baxmayaraq, yenə də mətanətlə oynayır, heç vaxt təslim olmur. 4:0 bizim üçün yaxşı, çox yaxşı nəticədi. Futbolçulara demişdim ki, topa nəzarəti əldən versək, dözməliyik. Onlarr bunu çox yaxşı bacardılar. Sona beş oyun qalıb, turnir cədvəlində sıxlıq yarandığını bilirik. Bu oyunların hər birində qalib gəlməliyik. Oyundan-oyunda çempionluğa bir qədər də yaxınlaşırıq. “Liverpul”un başına gələn – ardıcıl iki məğlubiyyət – bizim də başımıza gələ bilər. Vacib məqam odu ki, biz hələ də çempionluq yarışının içindəyik”.


Eddi Hau, “Nyukasl”ın baş məşqçisi:
“Çox inamsız oynadıq, məyusam. Heç cür oyunun ritminə düşə bilmədik. Xüsusən ilk bir saatda zəif oynadıq. Ənənəvi standartlarımızdan uzaqdıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-04-2023, 18:0

Çempionluq uğrunda mübarizə qızışır - ŞƏRH

Dünya futbolu

2-02-2024, 23:0

“Arsenal” “meşəçilər”in öhdəsindən gəldi

Dünya futbolu

24-12-2023, 11:0

“Liverpul” “Vest Hem”i darmadağın etdi, “Fulhem”ə rəqib oldu

Dünya futbolu

24-02-2024, 00:0

“Mançester Siti” “Arsenal”ı arxada qoydu

Dünya futbolu

15-04-2022, 15:0

Kim çempion olacaq: “Mançester Siti”, yoxsa “Liverpul”?

Dünya futbolu

27-05-2022, 20:0

“Liverpul”un qələbəsi üçün 100 funt qoydu, 95 min funtdan imtina etdi

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Dünən, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Dünən, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Dünən, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Dünən, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Dünən, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Dünən, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Dünən, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Dünən, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • 19-05-2026, 23:0
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 241
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 213
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə