PSJ-nin yeni rekordçusu oldu

13.04.2024 15:50 155
Dünya futbolu
Çempionlar Liqasının “Barselona” ilə oyunu Markinyos üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, o, paytaxt klubunda yeni rekorda imza atıb. Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə ilk oyunu (2:3) braziliyalı futbolçu üçün Paris klubunda 436-cı olub. Markinyos PSJ-də ən çox oyun keçirən futbolçu adına yiyələnib. O, Jan-Mark Pilorjeni (435 oyun, 1975-89) arxada qoyub.

29 yaşlı Markinyos Fransa klubunda 2013-cü ildən çıxış edir. O, komandanın kapitanıdı.