PSJ-də yeni müqavilə

20.05.2023 21:25 227
Dünya futbolu
Markinyos PSJ-də hələ çox top qovacaq.

"Football-plus.az" xəbər verir ki, rəhbərlik komandanın kapitanı ilə müqaviləni yeniləyib.

Fransa klubunun mətbuat xidmətinin xəbərində braziliyalı müdafiəçinin yeni müqaviləyə əsasən 2028-ci ilin yayına qədər komandada qalacağı bildirilir.

Markinyos Paris klubuna 2013-cü ildə “Roma”dan keçib. O, bu mövsüm Fransa çempionatında 31 oyuna 2 qol vurub.