Markinyos PSJ-də hələ çox top qovacaq. Rəhbərlik komandanın kapitanı ilə müqaviləni yeniləyib.
"Football-plus.az" xəbər verir ki, Fransa klubunun mətbuat xidmətinin xəbərində braziliyalı müdafiəçinin yeni müqaviləyə əsasən 2028-ci ilin yayına qədər komandada qalacağı bildirilir. Markinyos Paris klubuna 2013-cü ildə “Roma”dan keçib. O, son mövsümdə Fransa çempionatında 33 oyuna 2 qol vurub.