Markinyos PSJ-də hələ çox top qovacaq. Rəhbərlik komandanın kapitanı ilə müqaviləni yeniləyib.
"Football-plus az" xəbər verir ki, braziliyalı müdafiəçinin yeni müqaviləyə əsasən 2028-ci ilin yayına qədər komandada qalacağı bildirilir.
Markinyos Paris klubuna 2013-cü ildə “Roma”dan keçib. O, bu mövsüm Fransa çempionatında 32 oyuna 2 qol vurub.