• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Tarixi” superkubokda sevinən “Qalatasaray” oldu

Dünya futbolu

10-04-2024, 18:0

Həftəsonu Türkiyə futbol ictimaiyyətinin diqqəti Şanlıurfaya yönəlmişdi.

“Football-plus.az” xəbər verir ki, ötənilki zəlzələdən zərər görmüş şəhərlərdən olan Şanlıurfada Türkiyə superkubokunun qalibi müəyyənləşməliydi. Amma futbol ictimaiyyəti iki əzəli rəqibin meydandakı mübarizəsini yox, tam fərqli şeylər izləmək məcburiyyətində qaldı...

“Fənərbaxça” dediyini etdi və meydandan çəkildi
Bilindiyi kimi, “Fənərbaxça” bu oyuna U-19 komandası ilə çıxacağını əvvəlcədən açıqlamışdı və İstanbul nəhəngi sözünün üstündə durdu. Aprelin 7-də, yəni oyun günü “Fənər”in U-19 komandasının öz oyunu var idi. Türkiyə Futbol Federasiyası həmin matçı təxirə salmadığından oyun baş tutdu. “Sarı-lacivərdlilər” “Girəsunspor”lu həmyaşıdlarını 4:1 məğlub etdilər. 19 yaşa qədər futbolçular bu oyunun ardından bəlkə də həyatlarının sonuna qədər unutmayacaqları bir olayın iştirakçısına çevrildilər. Bu komandanın 15 üzvü, başqan Əli Koç və digər yönəticilərlə birlikdə təyyarə ilə Şanlıurfaya yollandı. Maraqlıdı ki, superkuboku izləməyə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi ilə yanaşı, gənclər və idman naziri Osman Aşkın Bak da gəlmişdi. Görəsən, onlar “oyundan” zövq aldımı?!

Daha öncə “Fənərbaxça”nın U-19 komandasının meydana 9 futbolçu ilə çıxacağı iddia edilmişdi. Amma belə olmadı. Hər iki komanda meydana 11 futbolçu ilə çıxdı. Bu məqamda sizi heyətlərlə də tanış edək. “Qalatasaray”ın “11-liy”ində bu futbolçular yer aldı: Muslera, Kaan Ayhan, Nelsson, Əbdülkərim Bardakcı, Kön, Torreyra, Berkan Kutlu, Barış Alpər Yılmaz, Mertens, Kərəm Aktürkoğlu, İkardi. “Fənərbaxça”nın gənclərinə də diqqət yetirək (kim bilir, bəlkə də gələcəkdə onlardan biri dünya ulduzuna çevriləcək): Furkan Onur Akyüz, Mustafa Akyıldız, Yusuf Akçiçək, Ümitcan Okan, Muhammet İmre, Efecan Karayazı, Əmirhan Arkutcu, Muhammet Zəki Dursun, Çağrı Fedai, Kərəm Kayaarası, İbrahim Dəmirəl.

Hakim Volkan Bayarslanın start fiti ilə “Qalatasaray” oyuna mərkəzdən başladı. “Cim-Bom” 50 saniyə topu özündə saxladı. 16 ötürmənin verildiyi bu müddət ərzində yalnız iki futbolçu – Kərəm Aktürkoğlu ilə Muslera topa toxunmadı. 1 dəqiqə tamam olmamış Bardakcı topu irəli vurdu. Barış Alpər Yılmazın başla ötürməsindən sonra İkardi çətin vəziyyətdə olmasına baxmayaraq, topu tora göndərdi. Maraqlıdı ki, komanda yoldaşları İkardinin başına toplaşaraq onu bu qola görə təbrik etdilər. Qoldan sonra “Fənər”li gənclər oyuna mərkəzdən başlamadılar. Onlar ehtiyat zonada dayanmış idarə heyətinin üzvü Ahmet Ketencinin göstərişi ilə meydanı tərk edərək paltardəyişmə otağına yollandılar. Bu sırada İkardi başda olmaqla bəzi “Qalatasaray”lı futbolçuların onları alqışlaması diqqəti çəkdi. Bundan sonra “Qalatasaray”lı futbolçular böyük coşqu və sevinc yaşayaraq, bu “zəfəri” normal qazanılan bir qələbə kimi qeyd etməyə başladılar. Bu sırada “Fənərbaxça” başqanı Əli Koç VİP-lojadan qalxaraq tribunadakı “Fənərbaxça” fanatlarının yanına getdi. Maraqlıdı ki, “Qalatasaray”lılar daha sonra meydanda ikitərəfli oyun keçirdilər. Fanatlar da təzahüratlarla onlara dəstək verdilər. TFF-nin uzağı bir həftə ərzində bu oyunla bağlı qərarını açıqlayacağı gözlənilir. Əslində isə hər şey bəllidi: “Fənərbaxça”ya texniki məğlubiyyət, “Qalatasaray”a superkubok veriləcək. Beləcə Türkiyə cümhuriyyətinin 100-cü ildönümünə həsr edilən bu başıbəlalı superkubok ölkənin futbol tarixinə qara ləkə kimi düşdü. Qısaca xatırladaq ki, superkubok hələ dekabrın sonlarında Səudiyyə Ərəbistanında oynanılmalı idi. Amma o vaxt ərəblərin Atatürkə hörmətsizlik etməsi üzündən “Fənərbaxça” ilə “Qalatasaray” meydana çıxmaqdan imtina etmişdi. Federasiya daha sonra uzun müddət oyunun yeni tarixini müəyyənləşdirməklə bağlı çətinlik yaşadı. 7 aprel tarixi “Fənərbaxça”nı qane etmədi. Çünki aprelin 11-də “sarı-lacivərdlilər”i Konfrans Liqasında “Olimpiakos”la oyun gözləyir. “Fənər”in superkubokun tarixinin dəyişdirilməsi ilə bağlı tələbi TFF tərəfindən rədd olundu. Belədə həm də Trabzonda yaşanan son olaylar üzündən acıqlı olan “Fənərbaxça” superkubokdan imtina etdi.

İkardi derbinin tarixinə düşdü
U-19 komandasının meydandan çəkilməsinin ardından “Fənərbaxça”dan bu cür bir bəyanat gəldi:

“Bu gün qazanmaq üçün yox, doğruları müdafiə etmək üçün meydana çıxdıq. Bu addımımızla birlikdə vurğulamaq istədiyimiz bir şey var. Sadəcə, futbolda yox, yarışdığımız hər idman növündə 117 illik tarixi ilə Türkiyə idmanına xidmət edən, muzeyində alın təri ilə qazanılmış minlərlə kuboku olan, 30 milyon azarkeşi ilə ölkənin milli dəyərlərini daxilində hiss edən dünyanın ən böyük idman klubu olaraq, dünən olduğu kimi bu gün və sabahlarda da dik durmaqda davam edcəcəyik”.


“Fənərbaxça”lı idman yazarı Gürcan Bilgiçin iddiasına görə, komanda Şanlıurfada meydan çıxmasaydı, 11 milyon avro təzminat ödəmək məcburiyyətində qalacaqdı! Bura reklam anlaşmaları, bilet pulları, stadionun xərci, yayın anlaşmalarından əldən çıxan pullar daxil olacaqdı. Məhz buna görə “Fənər” oyuna U-19 ilə çıxmalı oldu. Şayiələrə inansaq, superkubokun yayın haqqını alan və bunun qarşılığında TFF-yə pul ödəyən bir çox ölkənin kanalı pulunu geri tələb edib.
Superkubokdakı biabırçılıq Almaniya, Fransa, Rusiya, İsveçrə, Bolqarıstan, Niderland, Polşa, Monteneqro, Xorvatiya, Avstriya, Şimali Makedoniya, Serbiya, Sloveniya kimi Avropa ölkələrindən başqa bir sıra Yaxın Şərq və Afrika ölkələrində də yayınlandı. Avropanın aparıcı idman nəşrləri də bu olaya biganə qalmadılar.
Yeri gəlmişkən, budəfəki derbi cəmi 1-2 dəqiqə davam etsə də, tarixə düşməyi bacardı. Məsələn, İkardi 50-ci saniyədə qol vurmaqla 115 illik bu rəqabətdəki ən erkən qolun müəllifi oldu! Buna qədər bu derbinin tarixində ən erkən qolu Mirzə Seydiç vurmuşdu. Bosniyalı futbolçu 1984-cü il aprelin 8-də “Əli Sami Yen”də keçirilən çempionat derbisinin 55-ci saniyəsində fərqlənməklə “Qalatasaray”ı hesabda önə keçirmişdi. Həmin görüş 1:1 hesabı ilə başa çatmışdı. Bundan başqa, iki əzəli rəqibin oyunu 90 illik fasilədən sonra ilk dəfə yarımçıq dayandırıldı! Bu hal sonuncu dəfə 1934-cü il fevralın 23-də İstanbul Liqası çərçivəsindəki oyunda baş vermişdi. O vaxt “Taksim Stadionu”ndakı derbinin 60-cı dəqiqəsində iki klubun futbolçuları əlbəyaxa olmuşdu. Fanatların meydana axışması ilə olaylar böyümüş və oyun yarımçıq dayandırılmışdı. Həmin vaxt “Fənər”in 9, “Qalatasaray”ın 8 futbolçusuna uzunmüddətli cəza verilmişdi. Bu arada “Fənərbaxça”nın idarə heyətinin sədri Uğur Dündarın paylaşımı diqqəti çəkib. O, “instaqram”da “Qalatasaray”ın əfsanəsi Mətin Oktayın uzun illər öncə derbidə çəkilmiş bir şəklini paylaşaraq bunları yazıb: “Bütün futbolsevərlərin könlündə taxt qurmuş “tacsız kral” ləqəbli Mətin Oktay yaşasaydı və dünənki oyunda kapitan olsaydı, ilk dəqiqədə ayağına gələn o topu qapıya vurmaq əvəzinə auta göndərərdi! Bundan başqa, komanda yoldaşlarının sanki çətin oyundan sonra kubok qazanıblarmış kimi sevinmələrinə mane olardı. Çünki “Fənərbaxça”lılar bu addımı tək özlərinə görə atmadılar. Bu, federasiyanın ədalətsizliyinə qarşı bütün klubların mənafeyini qorumaq üçün atılmış bir addım idi. Hər halda, insan durduğu yerdə “tacsız kral” adını qazanmır. Məkanı cənnət olsun”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-03-2024, 17:0

TFF ''Fənərbaxça''nın superkubokla bağlı tələbini geri çevirdi!

Dünya futbolu / Manşet

4-04-2024, 23:0

''Fənərbaxça'' superkuboka U-19 komandası ilə çıxacaq!

Dünya futbolu

16-03-2024, 18:0

''Fənərbaxça''nın rəqibinin təqvimi dəyişdi

Dünya futbolu

21-02-2024, 18:0

Türkiyə superkuboku uğrunda matçın məkanı dəqiqləşdi

Dünya futbolu

23-02-2024, 00:0

Türkiyə çempionatında mövsüm bir həftə gec bitəcək

Dünya futbolu

9-04-2022, 22:0

''Qalatasaray'' ''Fənərbaxça''ya bir ilki yaşada bilər!

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə