Burda bütün idman növləri üçün şərait yaradılıb. Sarayın infrastruktur baxımdan zəngin olması, müasir tələblərə cavab verməsi ölkənin ikinci şəhərində növbəti illərdə böyük yarışların keçirilməsini gözlənilən edir. Hətta sual yaranır: növbəti il lll MDB oyunları məhz həmin idman qurğusunda keçirilə bilərmi?
Bu məsələyə aydınlıq gətirmək üçün Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyevə müraciət etdik. O, "Football-plus.az"a belə dedi:
“Məlumdu ki, gələn il ölkəmiz III MDB Oyunlarına evsahibliyi edəcək. Oyunların Gəncə ilə yanaşı, ətraf rayonlarda da təşkili nəzərdə tutulur. Növlər üzrə yarışlar Gəncə və başqa şəhərlərdə olan idman qurğularında keçiriləcək. Şübhəsiz, yeni istifadəyə verilən Gəncə İdman Sarayında da bir neçə idman növü üzrə yarışlar planlaşdırılır. Başqa detallar tam dəqiqləşəndən sonra daha ətraflı məlumat veriləcək”.
RÖYANƏ OĞUZ


