Co Lüis böyük məbləğdə ziyana düşüb.
“Football-plus.az” xəbər verir ki, ABŞ məhkəməsi onu üç il şərti həbs cəzasına məhkum edib.
“Tottenhem”in sahibi həmçinin 5 milyon dollar məbləğində cərimələnib. Buna britaniyalı milyarderin ona məxsus olan şirkətlərlə bağlı insayder birja məlumatlarını ötürməsi səbəb olub. Lüis İngiltərə klubundan başqa “Tavistock Group” sərmayə şirkətinin də sahibidi.