Cim Retkliffin planı baş tutub: böyük britaniyalı milyarder rəsmən “Mançester Yunayted”in sahibi olub.
Bu barədə klubun saytı məlumat yayb.
Retkliff MY-nin A kateqoriyalı səhmlərinin 27,7 faizini və B kateqoriyalı səhmlərinin 27,7 faizini alıb. Müqavilənin bütün şərtləri yerinə yetirilib, İngiltərə Futbol Assosiasiyası və Premyer-Liqanın razılığı da alınıb. Retkliff A və B siniflərindən olan əlavə səhmləri almaq üçün kluba 200 milyon dollar sərmayə qoyub. Kluba bu il dekabrın 31-nə qədər daha 100 milyon dollar sərmayə qoyulacaq. Bu vəsait “Old Trafford” stadionunda yenilənmə işlərinin görülməsi üçün nəzərdə tutulub.