• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çempionluğa iddialılar qələbə qazandı, MY uduzdu - TURUN ŞƏRHİ

Dünya futbolu

7-04-2024, 20:0

Aprelin 2-4-də premyer-liqada 31-ci turun oyunları keçirildi.

“Football-plus.az” xəbər verir ki, qazetimizin ötən sayında çərşənbə axşamı keçirilən oyunların icmalını təqdim etmişdik. Sonrakı günlərdə meydana İngiltərə futbolunun nəhəngləri çıxdı. Bəribaşdan deyək ki, liderlərin üçü də, yəni həm “Liverpul”, həm də “Arsenal”la “Mançester Siti” qələbə qazandı.

Aşkar autsayder “Şeffild Yunayted”lə qarşılaşan “Liverpul” bir qədər əziyyət çəkdi. Nunyes hesabı erkən açsa da, qonaqların 58-ci dəqiqədəki əks-hücumu gözlənilmədən hesabın bərabərləşməsiylə nəticələndi: Bredli qapıların yerini səhv saldı. Klopp dərhal iki dəyişikliyə əl atdı. Bu da nəticə verməyincə 73-cü dəqiqədə Consla Qakponu da meydana buraxdı. 77-ci dəqiqədə Makallister “qırmızılar”ı irəli çıxardı. Sona yaxın isə Qakpo komandasının 3-cü qolunu vurdu. Nəticədə “Liverpul” zirvədəki yerini qorudu.

“Liverpul” kimi, “Arsenal”ın da rəqibi autsayder idi. “Topçular” kadr problemlərindən əziyyət çəkən “Luton”u qəbul etdi. Arteta da rotasiyaya əl ataraq Smit-Rou, Parti və Nelsonu start heyətinə salmışdı. Üç futbolçunun hər biri özünü yaxşı göstərdi. “Arsenal”a qələbəni ilk yarıda vurulan qollar qazandırdı. 24-cü dəqiqədə cərimə meydançasında Havertsdən ötürmə alan Edeqor topu qapının sol “6-lığ”ına göndədi. Hissənin sonunda isə Nelsonla mübarizəyə girişən Hasioka topu öz qapısına göndərdi. Bununla da 2-ci hissə formallığa çevrildi. “Arsenal” artıq qənaət rejimində oynamağa başladı, rəqibinə qol vəziyyəti yaratmağa imkan vermədi.
“Aston Villa”nı qəbul edən MS dekabrdakı məğlubiyyətin (0:1) əvəzini çıxmaq hissi ilə alışıb-yanırdı. Onda “şəhərlilər”in oyununda heç nə alınmamışdı, komanda Qvardiola dönəmində ən zəif oyunlarından birini keçirmişdi. İndi isə “Aston Villa”nın çoxlu zədəlisi var, heyətin geniş olmaması sıx qrafik üzrə oynayan (növbəti həftə Avropa Liqasında “Lill” ilə qarşılaşacaqlar) komandanı çətinə salıb. MS artıq 11-ci dəqiqədə hesabı açdı. Foden – Dokyu – Rodri kombinasiyasını sonuncu dəqiq zərbə ilə bitirdi. Ancaq “Aston Villa” 20-ci dəqiqədə gözlənilmədən hesabı bərabərləşdirdi. Tabloda 1:1 hesabı ilk yarının uzatma dəqiqələrinə qədər yandı. Amma cərimə zərbəsini ideal şəkildə yerinə yetirən Foden “Siti”ni irəli çıxardı. Fasilədən sonra komandalar bir neçə qol vəziyyətini boşa verdi. Amma növbəti qolu da Foden hesabına yazdı. 69-cu dəqiqədə isə o, daha bir gözəl qolla oyunda son nöqtəni qoydu. Foden bu mövsüm “böyük beşlik” ölkələrində 20 və daha artıq qol vuran, 10 və daha artıq məhsuldar ötürmə verən 5-ci futbolçudu.
“Brentford” – “Brayton” oyunu qolsuz bitdi və bu nəticə tərəflərdən heç birini razı salmadı. Qonaqlar oyunboyu hücum etdi, daha çox qol vəziyyəti yaratdı, ancaq hesabı aça bilmədi.

Turun son oyununda qarşılaşan “Çelsi” ilə “Mançester Yunayted” azarkeşlərə əsl tamaşa bəxş etdi. Bu oyunda futbol qurmanlarının zövqünü oxşayan hər şey var idi. Həm qeyri-adi süjet, həm son saniyələrdə gələn qollar, həm də çoxlu təhlükəli vəziyyət... Əlbəttə, şübhəli hakim qərarlarından da yan keçmək mümkün olmadı. Bunlardan biri 18-ci dəqiqəyə təsadüf etdi. MY-nin cərimə meydançasında Antoni ilə Kukurelya arasındakı təmasdan sonra referi “nöqtə”ni göstərdi. Həmin vaxt “Çelsi” artıq hesabda irəlidəydi. Qallaher 4-cü dəqiqədə Onananı məyus etmişdi. Penaltini qola çevirən Palmer isə fərqi artırdı. Ancaq 2:0-ı fasiləyə qədər qorumaq mümkün olmadı. 34-cü dəqiqədə Qarnaço, 5 dəqiqə sonra isə Fernandeş fərqləndi. 2-ci hissənin ortalarında qonaqlar, ümumiyyətlə, önə çıxdı! Antoninin ideal ötürməsindən sonra Qarnaço bu oyunda 2-ci dəfə fərqləndi. MY qələbə hesabını 90+10-cu dəqiqəyə qədər saxladı. Amma Palmer əvvəlcə Maduekenin qazandığı penaltini qola çevirdi, ardından məhz onun zərbəsindən sonra “yolüstü” Maktomineyə dəyən top tora daxil oldu. “Çelsi” Palmerin sayəsində dramatik qələbə qazandı.

31-ci tur
Liverpul – Şeffild Yunayted 3:1
Nunyes, 17. Makallister, 76. Qakpo, 90 – Bredli, 58-öz qapısına. (60055)
Liverpul: Kelleher, Qomes (Qakpo, 73), Van Diyk, Konate, Bredli, Soboslai (Cons, 73), Makallister, Qravenberh (Robertson, 60), Dias, Nunyes, Salah (Elliott, 60).
Arsenal – Luton 2:0
Edeqor, 24. Hasioka, 44-öz qapısına. (60262)
Arsenal: Rayya, Zinçenko (Tomiyasu, 74), Qabriel, Saliba, Uayt, Edeqor, Parti (Rays, 67), Smit-Rou (Jorjinyo, 85), Trossar, Haverts (Nketia, 66), Nelson (Martinelli, 74).
Mançester Siti – Aston Villa 4:1
Rodri, 11. Foden, 45+1; 62; 69 – Duran, 20. (53422)
MS: Orteqa, Qvardiol, Akanci, Diaş, Lüis, Rodri (Nunyeş, 75), B.Silva (Kovaçiç, 75), Qriliş, Foden (Bobb, 80), Dokyu (Qomes, 80), Alvares.
Çelsi – Mançester Yunayted 4:3
Qallaher, 4. Palmer, 19-p.; 90+10-p.; 90+11 – Qarnaço, 34; 67. Fernandeş, 39. (39694)
Çelsi: Petroviç, Kukurelya, Badyaşil, Disasi (Çaloba, 75), Hüsto (Gilkrist, 75), Kaysedo (Çukvuemeka, 71), Fernandes, Mudrik (Sterlinq, 71), Qallaher (Madueke, 89), Palmer, Cekson.
MY: Onana, Van-Bissaka, Maquayr, Varan (Evans, 46/Kambvala, 66), Dalot, Kazemiro (Maktominey, 75), Maynu, Qarnaço (Maunt, 85), Fernandeş, Antoni, Heylunn (Reşford, 66).
Brentford – Brayton 0:0
(17024)
Turun ilk 5 oyunu aprelin 2-də keçirilib: Vest Hem – Tottenhem 1:1 (62469), Nottingem Forest – Fulhem 3:1 (28997), Nyukasl – Everton 1:1 (52135), Bernli – Vulverhempton 1:1 (21528), Bornmut – Kristal Pelas 1:0 (11207).
1. Liverpul 30 21 7 2 70-28 70
2. Arsenal 30 21 5 4 72-24 68
3. Mançester S. 30 20 7 3 67-29 67
4. Aston Villa 31 18 5 8 63-46 59
5. Tottenhem 30 17 6 7 62-44 57
6. Mançester Y. 30 15 3 12 43-44 48
7. Vest Hem 31 12 9 10 50-55 45
8. Nyukasl 30 13 5 12 64-52 44
9. Brayton 30 11 10 9 51-46 43
10. Çelsi 29 12 7 10 53-50 43
11. Vulverhempton 30 12 6 12 43-47 42
12. Bornmut 30 11 8 11 44-53 41
13. Fulhem 31 11 6 14 47-50 39
14. Kristal Pelas 30 7 9 14 34-50 30
15. Brentford 31 7 7 17 42-55 28
16. Everton (-6) 30 8 8 14 31-42 26
17. Nottingem F. (-4) 31 7 8 16 39-53 25
18. Luton 31 5 7 19 43-64 22
19. Bernli 31 4 7 20 32-66 19
20. Şeffild Y. 30 3 6 21 28-80 15
Bombardirlər: Holann (MS) - 18, Uotkins (Aston Villa), Salah (Liverpul), Solanke (Bornmut), Palmer (Çelsi) - 16, Bouen (Vest Hem), Son Hın Min (Tottenhem), İsak (Nyukasl) – 15.

Turun rəqəmi
400 – Son Hın Min “Tottenhem”in heyətində bütün turnirlərdə keçirdiyi oyun sayını bu həddə çatdırdı. 2015/16 mövsümündən bəri “mahmızlar”ın şərəfini qoruyan koreyalı bu müddətdə 160 qol vurub. Onun premyer-liqada 100 qol vurmağı bacaran ilk koreyalı və asiyalı futbolçu olduğunu da xatırladaq.
Turun ulduzu
Fil Foden (MS) – het-trik edən iki futbolçudan birini seçmək üzərində ciddi şəkildə düşündük. Sonda seçimi Koul Palmerin yox, Fodenin üzərində saxladıq. Hər halda, Fil iki dəfə oyun vəziyyətində fərqlənib, bir qolu isə cərimə zərbəsindən vurub. Amma Palmerin üç qolundan ikisi penaltinin payına düşüb.

Turun sitatı
Koul Palmer, “Çelsi”nin hücumçusu:

“Ağlasığmaz oyundu. 99-cu dəqiqədə qol vuranda düşündüm ki, dərhal topu götürüb oyuna başlamalıyıq. Qələbə qolunu vuranda nə etməli olduğumu bilmirdim, sadəcə, dövrə vururdum. Het-trik het-trikdi. Biz qol vuranda Poçettino dedi ki, hələ iki dəqiqə var. O, həmişə bizi irəli səsləməyə çalışır. Risk etdik və xoşbəxtlikdən qələbə topunu da vurduq. Bu böyük qələbə bizə impuls verəcək və əhval-ruhiyyəmizi qaldıracaq. Ümid edirəm ki, bu ruhda da davam edəcəyik”.


Reaksiyalar
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Çox sevinirəm. Həqiqətən çətin oyun idi. “Luton” çox yaxşı komandadı, işimizi çətinləşdirdi. İlk yarıda iki yaxşı qol vursaq da, 2-ci hissədə rəqibin oyunu üzündən düzgün ritmi tuta bilmədik. Sonradan meydana çıxanların oyunundan razıyam. Aprel gərgin yaydı, yığmaların oyunlarına görə yaranan fasilədən sonra yaxşı başlamışıq”.


Xosep Qvardiola, MS-nin baş məşqçisi:
“Həqiqətən yaxşı oyun keçirdik. Dörd ay əvvəl "Villa Park"dakı oyunda rəqib daha yaxşı idi. Bu gün isə biz yaxşı oynadıq. Çoxlu qol imkanını qaçırdıq, bundan da artıq qol vura bilərdik. Holann ilə De Bruyneyə istirahət? Bizə təzə-tər oyunçular lazımdı, üç gün əvvəl “Arsenal”la oynamışdıq. Onları qorumalıydım, təqvim bunu tələb edir”.


Yürgen Klopp, “Liverpul”un baş məşqçisi:
“Çox dərin qazmalı olduq, ancaq bu normaldı. Oyuna yaxşı köklənsək də, əksər məqamlarda yaxşı oyun göstərmədik. 60-cı dəqiqədən sonra sürətli ötürmələrin oyunun axarını necə dəyişə biləcəyini gördük. Makallisterin qolu oyunun axarını tam dəyişdi, 3-cü qol da möhtəşəm idi. Birinci qolu Nunyes özü yaratdı. Nə qədər çətin olsa da, qələbə qazandıq”.


Erik ten Haq, MY-nin baş məşqçisi:
“Neytral azarkeşlər üçün möhtəşəm oyun idi. Yüksək keyfiyyətli fantastik futbol izlədik. “Yunayted” dominantlıq etsə də, müəyyən səhvlərə yol verdik və bunlar bizə məğlubiyyət bahasına başa gəldi. Bu oyundan dərs çıxarmalıyıq. MY-nin oyunçusansa, artıq belə şəraitlərdə hansı qərar verməli olduğunu anlamalısan. Komandamın oyunu xoşuma gəldi, fantastik idi. Rəqib üzərində dominantlıq etdik. Beş gün ərzində 5 xal itirdik. Bu yolverilməzdi. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparmaq istəyiriksə, standartlarımız yüksək olmalıdı”.


Fakt
“Liverpul” “Şeffild Yunayted”lə oyunda topa sahibolma göstəricisinə görə tarixi rekorda imza atıb. Bu hesablamanı “Opta” idman analitikası şirkəti aparıb. 2003/04 mövsümündən bəri bu statistikanı öyrənən şirkətin məlumatına görə, “Enfild”də keçirilən “Liverpul” – “Şeffild Yunayted” oyununda “qırmızılar”ın topa sahibliyi 83,1 faiz olub ki, bu da bütün zamanların ən yüksək göstəricisidi. Xatırladaq ki, əvvəlki rekord buna 2018-ci ildə nail olmuş “Mançester Siti”yə məxsus idi. Beş il öncə “şəhərlilər” “Suonsi” ilə oyunda oyun vaxtının 82,9 faizində topa malik olmuşdu. 

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-02-2024, 23:0

“Arsenal” “meşəçilər”in öhdəsindən gəldi

Dünya futbolu

7-12-2023, 19:0

“Arsenal”: ardıcıl 6-cı qələbə, özü də 90+7-ci dəqiqədəki qolla!

Dünya futbolu

24-12-2023, 11:0

“Liverpul” “Vest Hem”i darmadağın etdi, “Fulhem”ə rəqib oldu

Dünya futbolu

5-02-2023, 23:0

''Liverpul''da nə baş verir?

Dünya futbolu

27-02-2024, 19:0

“Liverpul” Liqa kubokunu 10-cu dəfə qazandı

Dünya futbolu

15-01-2024, 21:0

“Liverpul” əzmkar qələbə qazandı

Aktual
“ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
“Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
“Turan Tovuz” finala çıxmaq istəmirdi?
“Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
“Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
Son xəbərlər
  • Bu gün, 01:00
    “ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
  • Bu gün, 00:06
    10 il əvvəlki çempion 3-cü diviziona düşdü!
  • Dünən, 23:32
    Milli komandada istefa
  • Dünən, 23:01
    Günay Qurbanova bürünc medal qazandı - AÇ
  • Dünən, 22:15
    "Kolambus Kryu" Nərimanı təbrik etdi
  • Dünən, 21:37
    Qaliblər vətənə döndü! - 2 qızıl, 3 bürünc, 133 xal
  • Dünən, 20:42
    Zaur Axundov futzalın qara gününü niyə ört-basdır edir?! – YAZI
  • Dünən, 20:11
    Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
  • Dünən, 19:40
    Cəbrayılda cüdo üzrə kəmər imtahanı keçiriləcək
  • Dünən, 19:19
    Rəhim Həsənov Rəvan Həmzəzadədə səhv tapmadı - VİDEO
  • Dünən, 18:48
    “Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
  • Dünən, 18:17
    LNZ ilk 15 dəqiqədə qol buraxanda həmişə qələbəyə həsrət qalır - İCMAL
  • Dünən, 17:46
    ''Beşiktaş'' prezidenti icarədə olan oyunçular və Fernandeş haqda nə dedi?
  • Dünən, 17:15
    Cokoviçlə Alkaras Madrid turnirindən çəkildi
  • Dünən, 16:44
    Millimiz Belarusla qarşılaşacaq
  • Dünən, 16:13
    MBA-nın oyunlarını Amerikada 170 milyon adam izləyib!
  • Dünən, 15:42
    Makdevid mövsümün bombardiri, Makkinnon snayperi oldu
  • Dünən, 15:11
    “Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
  • Dünən, 14:40
    “Turan Tovuz” finala çıxmaq istəmirdi?
  • Dünən, 14:19
    “Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
  • Dünən, 13:58
    Jalə Əliyeva Avropa çempionatının yarımfinalında
  • Dünən, 13:27
    Nəbi İsgəndərovdan növbəti qələbə - Dünya Kuboku
  • Dünən, 12:56
    “Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
  • Dünən, 12:25
    Nəbadə, Elvin!
  • Dünən, 11:54
    “Sabah” ölkə kubokunda 20-ci ev qoluna imza atdı
  • Dünən, 11:23
    “Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
  • Dünən, 10:52
    Güləş millimiz Avropa çempionu oldu
  • Dünən, 10:31
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:00
    Daha dörd güləşçimiz mübarizəyə başlayır - AÇ
  • 22-04-2026, 23:0
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • 22-04-2026, 23:0
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • 22-04-2026, 23:0
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • 22-04-2026, 22:0
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • 22-04-2026, 22:0
    "Sabah" da finalda! - YENİLƏNİB
  • 22-04-2026, 21:0
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
Daha çox
Oxunub: 615
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 271
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 271
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 185
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə