Ronaldo hamını arxada qoydu

2.04.2024 21:20 288
Dünya futbolu
Səudiyyə Ərəbistanı çempionatında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, bu nominasiyada “Əl-Nəssr”in ulduz futbolçusu Kriştiano Ronaldo qalib gəlib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, 39 yaşlı hücumçu mart ayında çempionatda meydana çıxdığı 5 matçda 5 qol vurub.

Ronaldo bu mövsüm turnirdə meydana çıxdığı 23 oyunda 26 qolla bombardirlərin siyahısına başçılıq edir.