Niderland birinci divizionunda 33-cü turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, millimizin yarımmüdafiəçisi Ozancan Kökçünün formasını geydiyi “Eyndhoven” səfərdə “Oss”la qarşılaşıb. Görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Ozan da bu matçda iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb. O, 11-ci dəqiqədə fərqlənib. Bununla da 25 yaşlı futbolçu cari mövsümdə 11-ci qolunu vurub.
Qeyd edək ki, 33 turdan sonra 38 xalı olan "Eyndhoven" hazırda turnir cədvəlində 20 komanda arasında 14-cüdü.